Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3863/2025 29.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh Tovuz rayon Qeydiyyat imtahan və X3rşı avtomoblin texniki pasportunda rəngi-ağ, markası-24-11, buraxılış ili 1990, ban nömrəsiz, mühərrik nömrəsiz, qeydiyyat nişanının dəyişdirilib-dəyişdirilməməsi qeyd edilməklə texniki pasportun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Tovuz rayon Qeydiyyat imtahan və X3rşı avtomoblin texniki pasportunda rəngi-ağ, markası-24-11, buraxılış ili 1990, ban nömrəsiz, mühərrik nömrəsiz, qeydiyyat nişanının dəyişdirilib-dəyişdirilməməsi qeyd edilməklə texniki pasportun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb məhkəmə hesab edir ki, iddia ərizəsinin surəti və iş üçün əhəmiyyətli sənədlər ərizəyə əlavə edilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizələrin sayı cavabdehin sayına uyğun gəlmir. Belə ki, iddia ərizəsində 1 cavabdeh qeyd edilsə də, iş materiallarına iddia ərizəsinin cavabdehə veriləcək nüsxəsi əlavə edilməmişdir. Həmçinin iddiaçı tərəfindən tələbini təsdiq edən sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti əlavə edilməmişdir. İddia ərizəsinə yalnız həmin sənədin kserosurəti əlavə edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən İddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsi ilə müəyyən olunmuş tələbə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdeh Tovuz rayon Qeydiyyat imtahan və X3rşı avtomoblin texniki pasportunda rəngi-ağ, markası-24-11, buraxılış ili 1990, ban nömrəsiz, mühərrik nömrəsiz, qeydiyyat nişanının dəyişdirilib-dəyişdirilməməsi qeyd edilməklə texniki pasportun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Tovuz rayon Qeydiyyat imtahan və X3rşı avtomoblin texniki pasportunda rəngi-ağ, markası-24-11, buraxılış ili 1990, ban nömrəsiz, mühərrik nömrəsiz, qeydiyyat nişanının dəyişdirilib-dəyişdirilməməsi qeyd edilməklə texniki pasportun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №2(076)-3863/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3863/2025
29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver