Məhkəmə qərarları › İş №2(076)-3972/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3972/2024

21.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3972/2024 21.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediyasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə verərək, Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 13 sentyabr 2024-cü il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatında MŞG/1/MT007/2024-01788 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə Gəncə 1 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə MŞG/1/MT007/2024-01788 saylı barışıq sazişi bağlanmışdır. Qeyd edilənlərə əsasən Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 13 sentyabr 2024-cü il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatında MŞG/1/MT007/2024-01788 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edir və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, maddi vəziyyətilə əlaqədar alimenti ödəyə bilmədiyini və hal-hazırda birgə yaşadıqlarını bildirdi. Ona görədə ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli MŞG/1/MT007/2024-01788 nömrəli barışıq sazişindan görünür ki, ikinci tərəf Maraqlı şəxs 24 mart 2023-cü il təvəllüdlü X3 (AA ******* FİN: Z9Z6FAX) adlı uşağa 01 oktyabr 2024-cü il tarixindən hesablanmaqla yetkinlik yaşına çatanadək hər ay (hər növbəti ayın beşindən gec olmayaraq) 150 (bir yüz əlli) manat məbləğində birinci tərəf Ərizəçi sabit pul formasında alimenti ödəməyə öhdəlik götürmüşdür. Birinci tərəf birinci bənddə göstərilən ikinci tərəfin öhdəliyi ilə razılaşdığını bildirdi. Hər iki tərəf alimentin ödənilməsinin 01 oktyabr 2024-cü ildən özləri arasında razılaşacaqları üsul ilə ödəniləcəyinə dair razılığa gəlmişlər. İş materiallarında olan AZ-İV 856580 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Şəhadətnamədə ata qrafasında Maraqlı şəxs, ana adı qrafasında isə Ərizəçi qeyd olunmuşdur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli MŞG/1/MT007/2024-01788 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs və İsmayılova (Əliyeva) Esmira İsmayıl qızı barışıq sazişi bağlamış, həmin sazişə əsasən Maraqlı şəxs 24 mart 2023-cü il təvəllüdlü X3 (AA ******* FİN: Z9Z6FAX) adlı uşağa 01 oktyabr 2024-cü il tarixindən hesablanmaqla yetkinlik yaşına çatanadək hər ay (hər növbəti ayın beşindən gec olmayaraq) 150 (bir yüz əlli) manat məbləğində birinci tərəf Ərizəçi sabit pul formasında alimenti ödəməyə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hər tərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞG/1/MT007/2024-01788 saylı barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçin qızının ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Maraqlı şəxs 24 mart 2023-cü il təvəllüdlü X3 (AA ******* FİN: Z9Z6FAX) adlı uşağa 01 oktyabr 2024-cü il tarixindən hesablanmaqla yetkinlik yaşına çatanadək hər ay (hər növbəti ayın beşindən gec olmayaraq) 150 (bir yüz əlli) manat məbləğində birinci tərəf X1 pul formasında aliment ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar