Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4003/2024 23.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X15 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, bacısı X2 31 may 2024–cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bacısı X4 05 fevral 1975–ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuşdur. Lakin bacısı 31 may 2024–cü il tarixdə Zəyəm qəsəbəsində ildırım vurması nəticəsində vəfat etmiş və qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Mərhum bacısının ölümü müvafiq orqanlarda qeydiyyata alınmamış və ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən bacısının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, bacısının vəfatına dair ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum bacısının ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Hazırda bacısı ilə birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum bacısının ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki, məhkəmədən bacısı X2 31 may 2024–cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçinin əmisi oğludur, bu səbəbdən ərizəçini və ailəsini yaxından tanıyır. Həqiqətən, X4 ərizəçinin bacısı olmuşdur. Lakin 31 may 2024–cü il tarixdə Diləfruz Qurbanova ildırım vurması nəticəsində vəfat etmiş və o, Zəyəm qəsəbə qəbirstanlığında dəfn edilmişdir. O, özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 da şahid X3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, mərhum X4 onun arvadı olmuşdur. Belə ki, o, Diləfruz Qurbanova ilə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Lakin 31 may 2024–cü il tarixdə Diləfruz Qurbanova ildırım vurması nəticəsində vəfat etmiş və o, Zəyəm qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, atası X13, anası X5 olmaqla, xx xxxxxx 1973–cü il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4, atası X13, anası X5 olmaqla, 05 fevral 1975–ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuşdur. İşdə olan JN–1063A saylı Şəhadətnamənin surətindən görünür ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 53 saylı qərarı ilə X2 və onun digər ailə üzvlərinin mülkiyyətinə Şəmkir rayonu, Sabirkənd kəndində 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir rayon Təcili və X6 Stansiyasının 31 may 2024–cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X4 həmin tarixdə ildırım vurması nəticəsində vəfat etmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024–cü il tarixli qərardan görünür ki, X4 31 may 2024–cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində ildırım vurması nəticəsində vəfat etmiş, lakin toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan qəbir daşına aid fotoşəkildən görünür ki, X4 xx.xx.1975–ci il tarixdə doğulmuş, xx.xx.2024–cü il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan Şəmkir Rayon Mərkəzi X8 Şəxsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, X2 ölümü haqqında tibbi arayışın verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X4 05 fevral 1975–ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuş, 31 may 2024–cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində ildırım vurması nəticəsində vəfat etmiş və qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 Ərizəçi bacısı olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, bacısının ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Bacısının ölümü ilə bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum bacısının ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 05 fevral 1975–ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuş X2 31 may 2024–cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16
Məhkəmə qərarları › İş №2(076)-4003/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4003/2024
23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver