Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4048/2024 12.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 08 fevral 1958-ci ildə Şəmkir rayonunda doğulmuş X4nın 09 sentyabr 2024-cü il tarixdə Şəmkir rayonu Qaracəmirli kəndində ölməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o ailə üzvlərilə birlikdə Şəmkir rayonu Qaracəmirli kəndində yaşayır. X3 onun anasıdır. X4 08 fevral 1958-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. X4 şəkərli diabet xəstəliyinə tutulması səbəbindən psixoloji sarsıntı keçirərək 09 sentyabr 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin qarşısında yerləşən çardağın dəmir borusundan özünü asaraq intihar etmişdir. Hadisə yerinə polis şöbəsinin və prokuroluq əməkdaşları gəlmiş, meyit və hadisə yeri onların iştirakı ilə müayinə olunmuş, onlar anası Həcər Əhmədovanın daxili müayinəsinə etiraz etmişlər. Çünki ölümün səbəbi ona məlum olmuşdur. Anası X2 rayonu Qaracəmirli kəndində vəfat etmiş və Şəmkir rayonu Qaracəmirli kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt anasının meyitinin yarılmasına razılıq vermədiklərindən onun ölümü barədə tibbi sənədlər verilmədiyindən o mərhum anasına ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda o anasından miras qalmış əmlakla sənədləşdirmə işlərini aparmaq istəyir. Lakin, anası Həcərin ölüm haqqında şəhadətnaməsi olmadığından öz hüquqlarından istifadə edə bilmir. Anasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Mərhum anasının ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından mərhum anasının ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Mərhum anasının ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, bildirdi ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki, məhkəmədən X5 09 sentyabr 2024-cü il tarixdə Şəmkir rayonu Qaracəmirli kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, X3 onun bacısıdır. O xx.xx.2024-cü il tarixdə öz evində intihar etmişdir. Onlar təcili yardım çağırmış, lakin təcili yardım X6 xəstəxanaya aparmamışdır. Bacısı Həcər kənd qəbirstanlığında dəfn edilmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır. X3 onun bacısıdır. O xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində öz evində rəhmətə getmişdir. Onlar təcili yardım çağırmış, lakin təcili yardım X6 xəstəxanaya aparmamışdır. Bacısı Həcər kənd qəbirstanlığında dəfn edilmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan, AZE 07032063 saylı şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.1958-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. İşdə olan Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.1958-ci il tarixdə Şəmkir rayonu,Qaracəmirli kəndində anadan olmuş və xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu,Qaracəmirli kəndində vəfat etmiş, kənd qəbirsanlığında dəfn olunmuşdur. O vəfat edən tarixə qədər kənd ərazisində yaşamışdır. Ərizəçi X5 doğma qızıdır. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasından rədd edilməsi haqqında qərardan görünür ki, X5 intihar etməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X5 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəmkir rayonu Qaracəmirli kənd sakini xx.xx.1958-ci il təvəllüdlü X7 Şəmkir Rayon Mərkəzi xəstəxanasından ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Ona görədə ölüm haqqında tibbi arayışın verilməsi mümkün deyildir. Odur ki məhkəməyə müraciət edilməsi tövsiyyə olmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X3 xx.xx.1958-ci il tarixdə Şəmkir rayonu,Qaracəmirli kəndində doğulmuş, xx.xx.2024–cü il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 Ərizəçi anası olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ərinin ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Ölüm tarixindən uzun müddət keçdiyindən, bununla bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum anasının ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Şəmkir rayonu,Qaracəmirli kəndində doğulmuş X5 xx.xx.2024–cü il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-4048/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4048/2024
12.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver