Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-406/2025 27.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1978-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhərində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o 2014-ci ildə Şəmkir rayon İrmaşlı kənd sakini xx.xx.1978-ci il təvəllüdlü X10 ilə qeyri rəsmi ailə qurmuş, birgə ailə həyatından 2 nəfər uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Onlar bir müddət birlikdə yaşadıqdan sonra X10 çıxıb Rusiya Federasiyasına getmiş və 2024-cü ilin aprel ayında Rusiya Federasiyasında vəfat etmişdir. Onun meyiti gətirilərək İrmaşlı kənd qəbirstanlığında dəfn olunmuşdur. X4 ilə rəsmi nikahı olmasa da hər iki uşaqlarına atalıq müəyyən olumuşdur və uşaqlarının atasıdır. O, ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamış, hətta bununla bağlı Maraqlı şəxs tərəfindən rəsmi məktub da verilmiş və ona məhkəməyə müraciət etmək huququnun olması izah olunmuşdur. O, mərhum Kamaləddin Əsgərovun yaxınlarından ölüm haqqında şəhadətnaməni istəsə də ona Kamaləddin Əsgərov barəsində ölüm haqqında şəhadətnamə alınmadığını, onun meyidinin Azərbaycan Respublikasına icazə sənədi əsasında gətirildiyini bildirilmişdir. Ərizəçi məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır. X12 onun mərhum əridir. Əri Rusiya Federasiyası Moskva şəhərində vəfat etmişdir. Onun meyiti gətirilərək İrmaşlı kənd qəbirstanlığında dəfn olunmuşdur. X7 ölümü barədə müvafiq qeyd aparılması üçün, müraciət etdikdə ölümün qeyd olunmasından imtina olunmuş, imtinan əsası olaraq ölüm qeydiyyatının, ölüm faktının təsdiq edən tibbi şəhadətnamə olmaması göstərilmişdir. Hazırda ona sənədləşdirmələrin aparılması üçün X7 ölümünü qeyd etdirmək lazımdır. Odur ki məhkəmədən X7 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhərində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X19 izahatında göstərdi ki, o İrmaşlı kənd Bələdiyyəsinin sədridir. Şəfa X1 həyat yoldaşı olmuş və onlar sonradan ayrılmışlar. Ayrıldıqdan sonra X3 Federasiyasına getmişdir. Kamaləddin Əsgərovun epilepsiya xəstəliyi olmuşdur. O Rusiya Federasiyasında xx.xx.2024cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə onun meyiti gətirilmiş və İrmaşlı qəbirsanlığına dəfn olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X20 izahatında göstərdi ki, onun qaynanası Kəmaləddinin bibisi olmuşdur. X12 xx.xx.2024-cü il tarixdə Rusiya Fedrasiyasında vəfat etmiş, onun meyiti xx.xx.2024-cü il tarixdə gətirilmiş və İrmaşlı qəbirsanlığında dəfn edilmişdir. O dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində, X11 xx.xx.2015-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşlardır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 Şəfa Knyaz qızından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X5 atası hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon X15 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X7 ölümü haqqında məlumat daxil olmadığından onun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə verə bilmirlər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X7 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, X12 xx.xx.2024-cü il tarixdə İrmaşlı qəbirsanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X12 xx.xx.1978-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşdur, xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhərində vəfat etmiş və onun meyiti gətirilərək İrmaşlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, X7 ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Ölüm tarixindən uzun müddət keçdiyindən, bununla bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum ərinin ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1978-ci il tarixdə Şəmkir rayonunda doğulmuş X7 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-406/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-406/2025
27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver