Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4100/2025 15.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X15 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 29 iyul 2001-ci il tarixdə vəfat etməsi ilə bağlı onun ölməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun bibisidir. Qeyd etmək istəyir ki, bibisi X9 1961-ci ildə anadan olmuş və 2001-ci ildə vəfat etmiş, lakin bibisi öldükdən sonra onun ölüm qeydiyyatı aparılmamışdır. Hazırda onun tərəfimdən ona miras qalmış əmlakın varis olaraq qəbul edilməsi ilə bağlı Şəmkir rayon notariat kontoruna müracəit edilsə də notariat kontorunun bibisinin ölüm şəhadətnaməsi olmasa da həmin şəhadətnaməni notariat kontoruna müraciət edə bilmədiyindən miras əmlak üzərində əməliyyat aparılması mümkün olmamışdır. Bu baxımdan iş üzrə onun bibisinin ölüm faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Beləki, bibisinin ölüm şəhadətnaməsi olmadığından və arxivdən tapılması mümkün olmadığından xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, Şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X5 ölümü barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan fotoşəkildən görünür ki, X9 1961-ci ildə anadan olmuş və 2001-ci ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu Qapanlı kəndində vəfat etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-868/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.1991-ci ildə vəfat etmiş X10 ilə xx.xx.1976-cı il tarixdə vəfat etmiş X7 və XX.XX,1900-cu il təvəllüdlü İsmayılova Ziveydə (Zibeydə) İskəndər gızı arasında "valideyn-uşaq" qohumluq münasibətləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Milli Arxiv İdarəsinin Şəmkir filialının məktubundan görünür ki, Şamxor rayon X4 Şöbəsinın 1945-ci ildən sonrakı illərə dair arxiv sənədləri dövlət arxivinə təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. Buna görə də ölüm akt qeydiyyatlarından çıxarış verilməsi mümkün deyildir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir ki, Qapanlı kənd lƏD üzrə nümayəndəlik yazıb bildirir ki,X3 rayonu Qapanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, Şəmkir rayon 1 saylı notariat ofisində Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən mərhum xx.xx.1993-cü ildə vəfat etmiş X2 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldğı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2024-cü il tarixdə 895 saylı vərəsəlik işi açılmış, məhrumun vərəsəsi ilkin olaraq Ərizəçi müəyyənləşmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X9 ərizəçinin bibisidir və bibisinin vərəsəsidir. X9 xx.xx.2001-ci il tarixdə ölmüş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu fakt ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X6 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 1950-ci il tarixdə Şəmkir rayonu Qapanlı kəndində anadan olmuş X5 xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu Qapanlı kəndində ölməsi faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1950-ci il tarixdə Şəmkir rayonu Qapanlı kəndində anadan olmuş X5 xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu Qapanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Quliyev
Məhkəmə qərarları › İş №2(076)-4100/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4100/2025
15.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver