Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-418/2024 18.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs1 və Maraqlı şəxs2) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 iyun 2023-cü il tarixdə Şəmkir şəhərində ölmüş anası – X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1994-cü ildə Şəmkir şəhərində anadan olmuşdur. X1, anası isə X3r. Atası ilə anası faktiki nikahda olmuşlar. Onların arasında rəsmi nikah olmamışdır. Onların faktiki nikahdan iki uşaqları doğulmuşdur. Anası 16 iyun 2023-cü ildə intihar etmiş və onun intiharı ilə bağlı olaraq müvafiq araşdırmalar aparılmış, lakin anasının qohumları tərəfindən anasının daxili orqanlarına baxış keçirilməsinə (yarılmasına) icazə verilmədiyi üçün ekspert həkim tərəfindən ölümün qeydə alınması üçün müvafiq arayış verilməmişdir. Hazırda anasının ölümünün qeydə alınması ilə bir sıra çətinliklər yaranmışdır. Kommunal xidmət haqlarının ödənilməsi və ondan qalan miras əmlakla bağlı vərəsəlik işinin açılması qeyri-mümkün olmuşdur. Eyni zamanda Maraqlı şəxs1 mərhum anasının ölümünün qeydə almaqdan və ona ölüm haqqında şəhadətnamə verməkdən imtina edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, anası X2 16 iyun 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan XİX-ЖГ 381140 nömrəli təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mustafayeva (Abbasova) Rufanə Fariz qıızı xx xxxxxx 1994-cü il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İ 960504 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 28 avqust 2014-cü il tarixdə Şəmkir şəhərində nikaha daxil olmuşdur. Daha sonra arvada “Abbasova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş 28 oktyabr 2023-cü il tarixli, 18 nömrəli məktubundan görünür ki, 16 iyun 2023-cü il tarixdə Şəmkir rayon prokurorluğunun nümayəndəsinin iştirakı ilə Şəmkir şəhərində yaşayan X2 meyiti xarici müayinədən keçirilmiş, müayinə zamanı onun boyun nahiyəsində stranqulyasiya şırımı aşkar edilmişdir. Lakin meyit daxili müayinədən keçirilmədiyi üçün X2 ölməsi barədə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-2481 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs1 arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Ərizəçi 04 mart 2020-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 intihar etməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 may 1970-ci il təvəllüdlü X2 16 iyun 2023-cü il tarixdə Şəmkir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-418/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-418/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver