Məhkəmə qərarları › İş №2(076)-422/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-422/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-422/2023 31.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, əri X2 29 avqust 2022–ci il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, əri X4 07 oktyabr 1961–ci il tarixdə Şəmkir rayonu, Muxtariyyat kəndində doğulmuşdur. Onlar xx.xx.1990–cı il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Lakin 29 avqust 2022–ci il tarixdə əri yaşadıqları evdə dəmir pilləkəndən yıxılaraq vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum ərinin ölümü müvafiq orqanlarda qeydiyyata alınmamış və ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən ərinin ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, ərinin vəfatına dair ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum ərinin ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum ərinin ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki, məhkəmədən əri X2 29 avqust 2022–ci il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Qədimqala kəndində yaşayır. Ərizəçinin ailəsi ilə qonşudur, bu səbəbdən ərizəçini və ailəsini yaxından tanıyır. Həqiqətən, ərizəçinin əri X4 29 avqust 2022–ci il tarixdə yaşadıqları evdə dəmir pilləkəndən yıxılaraq vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Qədimqala kəndində yaşayır. Həqiqətən ərizəçi ilə X4 evli olmuş, lakin 29 avqust 2022–ci il tarixdə Rəsul Ələsgərov yaşadıqları evdə dəmir pilləkəndən yıxılaraq vəfat etmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə Ərizəçi arasında xx.xx.1990–cı il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan qəbir daşına aid fotoşəkildən görünür ki, X4 07 oktyabr 1961–ci il tarixdə doğulmuş, 31 avqust 2022–ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 29 avqust 2022–ci il tarixdə yaşadığı evdə dəmir nərdivandan yıxılaraq vəfat etmiş, onun ölməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022–ci il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X4 07 oktyabr 1961–ci il tarixdə Şəmkir rayonu, Muxtariyyat kəndində doğulmuş, 29 avqust 2022–ci il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 Ərizəçi əri olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ərinin ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Ölüm tarixindən uzun müddət keçdiyindən, bununla bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum ərinin ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 07 oktyabr 1961–ci il tarixdə Şəmkir rayonu, Muxtariyyat kəndində doğulmuş X2 29 avqust 2022–ci il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar