Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-423/2025 13.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 22 dekabr 2000–ci il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum oğlu, xx.xx.2000-ci ildə Şəmkir rayonun Qədimqala kəndində anadan olmuş, X10 24.10 2024-cü il tarixdə Qədimqala kəndində vəfat etmişdir. Oğlunun ölüm faktı ilə əlaqədar Şəmkir rayon prokurorunun köməkçisi X11 tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxarılmışdır. Həmin araşdırma zamanı oğlunun meyitinin yarılmaması səbəbindən oğlunun ölümünün səbəbi barədə tibbi rəy tərtib edilməmiş, nəticədə oğlunun ölümü haqqında şəhadətnamə ala bilməmişdir. Onu da əlavə edirm ki, oğlu Anar Məşədiyevin mülkiyyətində VAZ 2106 markalı, ** BK *** dövlət qeydiyyatlı minik avtomaşını vardır. Həmin avtomaşını vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəyir, ancaq oğlu Ərizəçi ölümü haqqında şəhadətnamənin olmamasına görə avtomaşın üzrə vərəsəlik şəhadətnaməsini ala biməmişdir. Oğlu, X4 ölümünün rəsmi dövlət qeydiyyatına alınması üçün Maraqlı şəxsnə müraciət edərək Şəmkir rayon prokurorunun köməkçisi X5 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı əsasında dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Ancaq, maraqlı şəxs oğlunun ölümünü qeydə almanın mümkün olmamasını, buna görə məhkəməyə müraciət etməli olmağını ona ünvanladığı xx.xx.2024cü tarixli imtina məktubunda bildirmişdir. Ona görə oğlu Anar Məşədiyevin ölüm faktının müəyyən edilməsi üçün məlum ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, bildirdi ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki 22 dekabr 2000–ci il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid olaraq X13 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Qədimqala kəndində yaşayır. X2 tanıyır. Mərhum xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etmiş və həmin kənddə dəfn edilmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid olaraq X3 da ifadəsində şahid X7 və Ərizəçi ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək mərhumun xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etməsini bildirdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Qədimqala kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, X10 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Qədimqala kənd qəbiristanlığında vəfat etmişdir. İş materiallarında olan qəbir daşının çəkilmiş fotoşəklindən görünür ki, X10 2000-ci il tarixdə anadan olmuş və xx.xx.2024-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X4 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X4 vəfat etməsi ilə bağlı toplanmış materialda cinayət tərkibi müəyyən edilməyərək cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X4 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölümünü təsdiq edən ölüm haqqında tibbi arayış verə bilmirlər. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 2106 minik markalı, ** BK *** d.q.n avtomobilin mülkiyyətçisi mərhum X8r. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X10 xx.xx.2000-ci il tarixdə doğulmuş, xx.xx.2024–cü il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 Ərizəçi övladı olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ərinin ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Ölüm tarixindən xeyli müddət keçdiyindən, həmçinin meyitn daxili müayinəsi aparılmadığından, bununla bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum övladının ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360– cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə doğulmuş X4, xx.xx.2024–cü il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-423/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-423/2025
13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver