Məhkəmə qərarları › İş №2(076)-4300/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4300/2025

06.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4300/2025 06.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun maraqlı şəxs, Maraqlı şəxs ilə Şəmkir şəhərində fəaliyyət göstərən, Goranboy 1 saylı Mediaisya Təşkilatının mediatoru X1 iştirakı ilə bağladıqları 16 iyun 2023-cü il tarixli, MŞG/MT0032/2023-00670 saylı Barışıq Sazişinin təsdiq edilməsinə dair həmçinin ödədiyi 100 manat rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs, Maraqlı şəxs ilə Şəmkir şəhərində fəaliyyət göstərən, Goranboy 1 saylı Mediaisya Təşkilatının mediatoru X1 iştirakı ilə bağladıqları 16 iyun 2023-cü il tarixli, MŞG/MT0032/2023- 00670 saylı Barışıq Sazişinə əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü Amaliya, xx.xx.2020-ci il təvəllüdlü Hüseyn və xx.xx.2023-cü il təvəllüdlü Mübariz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 (yüz) manat alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin ev və qızıl-zinət əşyalarının dəyəri olan 2100 (iki kin yüz) manatın hər ay 20 (iyirmi) manat ona ödəməklə öhdəlik götürmüşdür. Artıq 4 aydır ki Maraqlı şəxs nə alimenti nə də 20 manatı ödəmir. O, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün həmin Qanununun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, Barışıq sazişi üzrə götürdüyü öhdəliyi icra emtəkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM–nin 355-25.2-ci maddəsinə əsasən işə mövcud vəziyyətdə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında təsdiq edilmiş arayışlardan görünür ki, Maraqlı şəxs ilə, Ərizəçi birgə nikahlarından, xx.xx.2018-ci il təvəllüdlü Amaliya, xx.xx.2020-ci il təvəllüdlü Hüseyn və xx.xx.2023-cü il təvəllüdlü Mübariz olmaqla üç ümumi uşaqları doğulmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli, 00670 saylı barışıq sazişindən görünür ki, 01 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü Amaliya, xx.xx.2020-ci il təvəllüdlü Hüseyn və xx.xx.2023-cü il təvəllüdlü Mübariz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment Ərizəçi hesabına ödənilməsi, Maraqlı şəxs ona məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evindən 01 iyul 2023-cü il tarixdə özünə məxsus əşyaları ilə birlikdə çıxması və yaxın aylarda evi sənədləşdirib Ərizəçi adına keçirməsi və Ərizəçi üç usağı ilə birlikdə həmin evə köçüb orada yaşamaları, tərəflərin nikahlarının pozulması ilə məhkəməyə müraciət etmələri, Maraqlı şəxs Ərizəçi məxsus qızılzinət əşyalarının 2100(iki min yüz) manat dəyərinin hər ay 20 manat olmaqla Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli, 00670 saylı barışıq sazişinə əsasən 01 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü Amaliya, xx.xx.2020-ci il təvəllüdlü Hüseyn və xx.xx.2023-cü il təvəllüdlü Mübariz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment Ərizəçi hesabına ödənilməsi, Maraqlı şəxs ona məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evindən 01 iyul 2023-cü il tarixdə özünə məxsus əşyaları ilə birlikdə çıxması və yaxın aylarda evi sənədləşdirib Ərizəçi adına keçirməsi və Ərizəçi üç usağı ilə birlikdə həmin evə köçüb orada yaşamaları, tərəflərin nikahlarının pozulması ilə məhkəməyə müraciət etmələri, Maraqlı şəxs Ərizəçi məxsus qızıl-zinət əşyalarının 2100(iki min yüz) manat dəyərinin hər ay 20 manat olmaqla Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 00670 saylı barışıq sazişi təsdiq edilməlidir. Həmçinin, ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış, 01 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü Amaliya, xx.xx.2020-ci il təvəllüdlü Hüseyn və xx.xx.2023-cü il təvəllüdlü Mübariz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment Ərizəçi hesabına ödənilməsi, Maraqlı şəxs ona məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evindən 01 iyul 2023-cü il tarixdə özünə məxsus əşyaları ilə birlikdə çıxması və yaxın aylarda evi sənədləşdirib Ərizəçi adına keçirməsi və Ərizəçi üç usağı ilə birlikdə həmin evə köçüb orada yaşamaları, tərəflərin nikahlarının pozulması ilə məhkəməyə müraciət etmələri, Maraqlı şəxs Ərizəçi məxsus qızılzinət əşyalarının 2100(iki min yüz) manat dəyərinin hər ay 20 manat olmaqla Ərizəçi ödəməyi barədə xx.xx.2023-cü il tarixli, 00670 saylı barışıq sazişi təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilsin. Maraqlı şəxs 100 (bir yüz) manat məbləğində pul tutulub Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar