Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4391/2025 22.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü ildə Gədəbəy rayonu Nərimankənd kəndində anadan olmuş oğlu X2 xx.xx.2014-cü il tarixdə Şəmkir rayonunun Atabəy kəndində intihar etməsi səbəbindən vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X4 onun oğludur. Oğlu xx.xx.1993-cü ildə Gədəbəy rayonu Nərimankənd kəndində anadan olmuşdur. Oğlu xx.xx.2014-cü ildə Şəmkir rayonunun Atabəy kəndində intihar etmiş və ölmüşdür. Onun ölümü ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Lakin həmin qərarı prokurorluqdan əldə edə bilməmişlər. Oğlu xx.xx.2014-cü il tarixdə də Atabəy kənd qəbirsanlığında dəfn edilmişdir (qəbir daşının fotoşəkli ərizəyə əlavə olunur). Lakin bu günədək oğlunun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmçinin, Şəmkir rayon Mərkəzi xəstəxanasına müraciət edərək X3 ölümü haqqında xəstəxanada hər hansı məlumatın olub-olmaması barədə müraciət etmiş, xəstəxanadan verilmiş 03.1 1.2025-ci il tarixli məktubdan görünür ki, oğlunun ölümü haqqında məlumat Şəmkir rayon Mərkəzi xəstəxanasına daxil olmamışdır. Ona görə də oğlunun ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi izah edilmişdir. Ona görə də oğlunun vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın təsdiqi ona bir sıra hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Oğlunun xx.xx.2014-cü ildə ölməsini şahidlər X10 və X6 da təsdiq edə bilərlər. Onlar oğlunun dəfnində iştirak etmişlər. Odur ki, həmin şəxslərin məhkəmədə şahid qismində dindirilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, bildirdi ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki, xx.xx.1993-cü ildə Gədəbəy rayonu Nərimankənd kəndində anadan olmuş oğlu X2 xx.xx.2014-cü il tarixdə Şəmkir rayonunun Atabəy kəndində intihar etməsi səbəbindən vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid olaraq X7 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu X1 rayonunun Atabəy kəndində 2014-cü ildə intihar edərək vəfat etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X2 özünü asaraq intihar etməsi faktında Həsənli Niyaməddinə qarşı hər hansı şəxs tərəfindən amansız rəftar etmə, onun ləyaqətinin mütəmadi olaraq alçaldılması və ya ona hədə-qorxu gəlmə hallarının olmadığı müəyyən olunduğu və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlində törədilməsinə görə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanmış ********* №-li cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadəsindən müəyyən olundu ki, ərizəçinin oğlu (ərizəçinin mərhumun anası olması işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surəti ilə təsdiq edilir) xx.xx.1993-cü ildə Gədəbəy rayonu Nərimankənd kəndində anadan olmuş X4 xx.xx.2014cü il tarixdə Şəmkir rayonunun Atabəy kəndində vəfat etmiş və kəndin qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə vərəsəliyə dair sənədləşmə işlərinin aparılması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1993-cü ildə Gədəbəy rayonu Nərimankənd kəndində anadan olmuş X2 xx.xx.2014-cü il tarixdə Şəmkir rayonunun Atabəy kəndində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1993-cü ildə Gədəbəy rayonu Nərimankənd kəndində anadan olmuş X2 xx.xx.2014cü il tarixdə Şəmkir rayonunun Atabəy kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü ildə Gədəbəy rayonu Nərimankənd kəndində anadan olmuş X2 xx.xx.2014-cü il tarixdə Şəmkir rayonunun Atabəy kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-4391/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4391/2025
22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver