Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4513/2025 01.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 07 aprel 2025-ci il tarixdə bağlanmış, Maraqlı şəxs Aylin adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat alimenti ödəməyi öhdəsinə götürməsinə dair 07 aprel 2025-ci il tarixli MSG/MT007/2025-00504 saylı barışıq sazişinin təsdiq edilməsinə dair, həmçinin ödədiyi 100 manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs, Maraqlı şəxs ilə Şəmkir şəhərində fəaliyyət göstərən, Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə bağladıqları 07 aprel 2025-ci il tarixli, MSG/MT007/2025-00504 saylı Barışıq Sazişinə əsasən Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü Aylin adlı uşağına 01 may 2025-ci il tarixdən başlayaraq uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin uşaqla ünsiyyət barədə razılıq olunmuşdu. Lakin, maraqlı şəxs Nicat oğlu götürdüyü öhdəlikdən alimenti ödəməkdən imtina etmişdir, artıq 4 (dörd) aydır ki alimenti ödəmir. O, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün həmin Qanunun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, Barışıq sazişi üzrə alimenti ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Maraqlı şəxs Aylin adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat alimenti ödəməyi öhdəsinə götürməsinə dair 07 aprel 2025-ci il tarixli MSG/MT007/2025-00504 saylı barışıq sazişinin təsdiq edilməsinə dair, həmçinin ödədiyi 100 manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun ifadə verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, ərizəçini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli MŞG/MT007/2025-00504 nömrəli barışıq sazişindan görünür ki, birinci tərəf-Ərizəçi və ikinci tərəf-Maraqlı şəxs aralarında bağlanmış 18 aprel 2021-ci il tarixli, 89 qeydiyyat nömrəli nikahın pozulmasına dair razılığa gəldilər və bununla bağlı müvafiq məhkəməyə müraciət edəcəklərinə dair qərar verdilər. İkinci tərəf-Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşağının anası, birinci tərəf- Abbasova Sənǝm Söhrab qızının himayəsində olmasına, onunla birgə yaşamasına dair razılıq verdi. İkinci tərəf- Maraqlı şəxs yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşağının saxlanılması üçün hər ay, 01 may 2025-ci il tarixindən hesablanmaqla və hər ayın beşindən gec olmayaraq 200.0 (iki yüz) manat məbləğində alimentin birinci tərəf-Ərizəçi ödənilməsinə dair öhdəlik götürdü. Hər iki tərəf alimentin ödənilməsini özlərinin razılaşacaqları üsulla ödənilməsinə dair razılığa gəldilər. Birinci tərəf- Ərizəçi xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşağının, ikinci tərəf- Maraqlı şəxs ilə, uşağın məktəbəqədər və ümum təhsil müəssəsindən yayınmamaq şərti ilə, hər həftənin şənbə və bazar günləri, uşağın ad günü və həmçinin bayram günlərində özlərinin razılaşdıracaqları istənilən vaxtda görüşmələrinə, ünsiyyətdə olmalarına şərait yaradacağına dair öhdəlik götürdü. İş materiallarında olan AZ-İV 592246 nömrəli xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X2 xx.xx.2021-ci ildə Gəncə şəhəri, Nizami rayonunda anadan olmuşdur. Ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli MŞG/MT007/2025-00504 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs və Ərizəçi barışıq sazişi bağlamış, həmin sazişə əsasən Maraqlı şəxs yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşağının saxlanılması üçün hər ay, 01 may 2025-ci il tarixindən hesablanmaqla və hər ayın beşindən gec olmayaraq 200.0 (iki yüz) manat məbləğində alimentin birinci tərəf-Ərizəçi ödənilməsinə dair öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞG/MT007/2025-00504 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Maraqlı şəxs yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşağının saxlanılması üçün hər ay, 01 may 2025-ci il tarixindən hesablanmaqla və hər ayın beşindən gec olmayaraq 200.0 (iki yüz) manat məbləğində alimentin birinci tərəf-Ərizəçi ödənilməsinə dair öhdəlik götürdü” hissəsində təsdiq edilməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu olan 100.00 manat xərc maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Maraqlı şəxs tərəfindən yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşağının saxlanılması üçün hər ay, 01 may 2025-ci il tarixindən hesablanmaqla və hər ayın beşindən gec olmayaraq 200.0 (iki yüz) manat məbləğində alimentin birinci tərəf- Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat pul tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həvayət Məhəmmədi