Məhkəmə qərarları › İş №2(076)-4640/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4640/2025

12.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4640/2025 12.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi ilə Ərizəçi, Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə ətraflı məlumat verilmiş, lakin onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Bununla belə Ərizəçi məhkəməyə yazılı ərizə ünvanlayaraq hazırda ərizəsinə baxılmasını istəmədiyi üçün, işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli, ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən ərizənin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. İş materiallarından görünür ki, ərizəçi ərizəsinin baxılmamış saxlanmasını tələb edir və işə baxılmasına təkid etmir. Cavabdeh isə məhkəmədə iştirak etmir və işin mahiyyəti üzrə baxılmasına dair hər hansı bir müraciəti məhkəməyə daxil olmamışdır. İddiaçının bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi, onun ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, ərizə baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizəçi, Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair iddiası baxılmamış saxlansın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçiya qaytarılsın. Tərəfə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar