Məhkəmə qərarları › İş №2(076)-480/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-480/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-480/2025 17.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlunun (maraqlı şəxs X7) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı ildə Şəmkir rayonu Zəyəm qəsəbəsində doğulmuş X5 03 oktyabr 2024-cü il tarixdə Şəmkir rayonu Zəyəm qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayır. X2 onun oğludur. X8 18 avqust 1986-cı ildə Şəmkir rayonunda anadan olmuşdur. X3 ailə daxili narazılıqlar səbəbindən psixoloji sarsıntı keçirərək 03 oktyabr 2024-cü tarixdə yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilinin hasarından özünü asaraq intihar etmişdir. Hadisə yerinə polis şöbəsinin və prokuroluq əməkdaşları gəlmişdir. Meyiti və hadisə yerini onların iştirakı ilə müayinə edən zaman o qəti olaraq oğlu Hüseyn Hüseynovun meyitinin daxili müayinəsinə etiraz etmişdir. Oğlum Hüseynin ölüm səbəbi ona məlumdur. Oğlu X1 rayonu Zəyəm qəsəbəsində vəfat etmiş və Şəmkir rayonu Zəyəm qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt oğlu Hüseynin meyitinin yarılmasına razılıq vermədiyindən ölümü barədə tibbi sənədlər verilmədiyindən o mərhum oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda o X3ndan miras qalmış əmlakla bağlı sənədləşdirmə işlərini aparmaq istəyir. Lakin, onun ölüm haqqında şəhadətnaməsi olmadığından öz hüquqlarından istifadə edə bilmir. Oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, onun ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından mərhum oğlu Hüseynin ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Mərhum oğlunun ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xx.xx.1986-cı ildə Şəmkir rayonu Zəyəm qəsəbəsində doğulmuş X5 03 oktyabr 2024-cü il tarixdə Şəmkir rayonu Zəyəm qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı ildə Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olmuş X5 03 oktyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 745887 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X8 xx.xx.1986-cı il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan 22 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X8 yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilinin hasarından özünü asaraq intihar etməsi faktı ilə 170-C-24 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Şəmkir Rayonu Mərkəzi Xəstəxanası” X14 məktubundan görünür ki, X5 meyiti ölüm haqqında tibbi şəhadətnamə verilməmiş, buna görə də ölüm haqqında tibbi arayış verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-3006 nömrəli məktubundan görünür ki, X8 barəsində ölüm akt qeydinin müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxs arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat sistemində yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdəndə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X8 ərizəçinin oğludur. X8 xx.xx.1986-cı ildə doğulmuşdur, X8 xx.xx.2024-cü il tarixdə yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilinin hasarından özünü asaraq intihar etmişdir. Bu fakt ərizəçinin izahatı ilə yanaşı iş materiallarına əlavə edilmiş materiallarla və şəkillərlə təsdiq olunur. Ərizəçi X5 ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnamə verilməmişdir. X5 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı və X5 xx.xx.2024-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Şəmkir rayon, Zəyəm qəsəbəsində anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Zəyəm qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar