Məhkəmə qərarları › İş №2(076)-637/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-637/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-637/2025 27.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X14 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, oğlu X2 17 iyun 2014–cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, oğlu X7 04 iyul 1992–ci il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində doğulmuşdur. Lakin oğlu 17 iyun 2014–cü il tarixdə Kür çayında boğularaq vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum oğlunun ölümü müvafiq orqanlarda qeydiyyata alınmamış və ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən oğlunun ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, oğlunun vəfatına dair ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum oğlunun ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Hazırda mərhum oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum oğlunun ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki, məhkəmədən oğlu X2 17 iyun 2014–cü il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Bayramlı kəndində yaşayır, ərizəçi onun arvadıdır. Onların birgə nikahından 04 iyul 1992–ci il tarixdə doğulmuş Rauf adlı uşaqları 17 iyun 2014–cü il tarixdə Kür çayında boğularaq vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçinin həmkəndlisidir, bu səbəbdən ərizəçini və ailəsini yaxından tanıyır. Həqiqətən, X7 ərizəçinin oğlu olmuşdur. Rauf 17 iyun 2014–cü il tarixdə Kür çayında boğularaq vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. O, özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Bayramlı kəndində yaşayır. Ərizəçi onun anası, Rauf isə qardaşı olmuşdur. Həqiqətən qardaşı Rauf 17 iyun 2014–cü il tarixdə əmisi oğlu ilə birlikdə Kür çayında boğularaq vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7, atası X5, anası Ərizəçi olmaqla, 04 iyul 1992–ci il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində doğulmuşdur. İşdə olan AZE 09409913 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7, 04 iyul 1992–ci il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində doğulmuşdur. İşdə olan JN–182 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 50 nömrəli qərarı ilə X3, Ərizəçi, X4 və onların digər ailə üzvlərinə Şəmkir rayonu, Bayramlı kəndi ərazisində 2.12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir rayon prokurorluğunun xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Bayramlı kənd sakini X2 barəsində Şəmkir rayon prokurorluğunda cinayət işi istintaq edilməmiş, material araşdırılmamışdır. İşdə olan Şəmkir Rayon İHB–nın Bayramlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Bayramlı kənd sakini X7 17 iyun 2014–cü il tarixdə vəfat etmiş, vəfat etdiyi günə kimi Şəmkir rayonu, Bayramlı kəndində qeydiyyatda olmuş və kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşına aid fotoşəkildən görünür ki, X7 xx.xx.1992–ci il tarixdə doğulmuş, xx.xx.2014–cü il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan Şəmkir Rayon Mərkəzi X9 Şəxsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, X2 ölümü haqqında məlumat Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olmamışdır. Bu səbəbdən ölüm haqqında tibbi arayışın verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X7 04 iyul 1992–ci il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində doğulmuş, 17 iyun 2014– cü il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 Ərizəçi oğlu olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, oğlunun ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Oğlunun ölümü ilə bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum oğlunun ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 04 iyul 1992–ci il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində doğulmuş X2 17 iyun 2014–cü il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar