Məhkəmə qərarları › İş №2(076)-709/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-709/2024

02.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-709/2024 02.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka ½ hissədə payın müəyən edilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən X2 ilə birgə nikah dövründə əldə etdiyi (qazandıqları) Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Həsən Məmmədov küçəsi 41 saylı fərdi yaşayış evində yerləşən 98.90 kv.m evin X2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Həsən Məmmədov küçəsi 41 saylı fərdi yaşayış evində yerləşən 98.90 kv.m evə ½ hissədə payının müəyyən edilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən X2 ilə birgə nikah dövründə əldə etdiyi (qazandıqları) Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Həsən Məmmədov küçəsi 41 saylı fərdi yaşayış evində yerləşən 98.90 kv.m evin X2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Həsən Məmmədov küçəsi 41 saylı fərdi yaşayış evində yerləşən 98.90 kv.m evə ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayır. X2 ilə xx.xx.1975-ci ildə nikahlarını rəsimləşdirməklə ailə qurmuşuq. Birgə nikahlarından övladı olmamışdır. ünvan 1 ünvanında yerləşən torpaq sahəsini aldıqdan sonra 1982-ci ildə həmin ünvanda yaşayış evi inşa etdirmişlər. Aparılmış İslahatlar zamanı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X2nun, qızının X3 və onun mülkiyyətinə verilmişdir. 29.01,2023-cü ildə X10 vəfat etmişdir. X10 vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yerləşən 98.90 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X2nun adına sənədləşmişdir. Həmçinin X2nun birinci nikahdan olan övladları cavabdehlərdə X2ndan miras qalmış əmlakın qəbulu ilə bağlı Şəmkir rayon 1 saylı Notariat kontoruna müraciət etmişlər. Hazırda X2ndan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 1/3 hissəsi və onun üzərində yerləşən 98.90 kv.m fərdi yaşayış evi miras qalmışdır. Lakin iddiaçı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərində yerləşən 98.90 kv.m evin tam olaraq miras kütləsinə daxil olmasına yəni X2nun adına qeydə alınmasına narazıdır. Belə ki qeyd oluna fərdi yaşayış evini X2 ilə birgə nikah dövründə inşa etdirmişlər və X2 ilə birlikdə həmin ünvanda yaşayıb təsərrüfat idarə etmişlər. Hesab edir ki Şəmkir rayonu Çinarlı qəsəbəsi Həsən Məmmədov küçəsi 41 saylı fərdi yaşayış evində yerləşən 98.90 kv.m ev X2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və həmin əmlaka iddiaçının 1/2 hissədə payı müəyyən edilməldir. Mülki və ailə qanunvericiliyin tələbinə görə əmlakın ərarvadın birgə əmlakı hesab edilməsi üçün əmlakın kimin adına qeydə alınmasından asılı olmayaraq, həmin əmlakın birgə nikah dövründə ər-arvadın birgə təsərrüfat qurub, birgə qazancları əsasında əldə etmələri ilə şərtlənir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçı atasının arvadı olub. Mübahisə predmeti olan əmlaka ½ hissədə payın müəyyən edilməsinə razı deyil. Ancaq bərabər bölünməsinə razı ola bilər. Satılsın pulu bərabər bölünsün. Hətta iddiaçının qızına da bir pay verilməsinə razıdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin məhkəməyə teleqram göndərərək məhkəmə prosesində xəstəliyi ilə bağlı iştirak edə biləyəcəyini bildirsə də, məhkəməyə üzrlü səbəbdən gələ bilməməsi barədə sübut təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2023-cü il tarixində Şəmkir rayonun, Çinarlı qəsəbəsinə ölmüşdür. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X10 ilə X4 xx.xx.1975-ci ildə nikaha girmişlər, nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X7 xüsusi mülkiyyətindədir, bu hüququnun qeydiyyat tarixi xx.xx.2023-cü ildir, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.6 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə X7, İddiaçı və X1 mülkiyyətindədir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 98.90 kv.m olan fərdi yaşayış evinin tikilmə ili 1982-ci ildir. Qeyd olunan fərdi yaşayış evinə dair 1991-ci il tarixədək aparılmış inventarlaşma zamanı texniki pasport aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Cavabdeh1 Bayram oğlu,Cavabdeh2, İddiaçı və Cavabdeh3 X6 qalan miras əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.2024-cü ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 ilə İddiaçı xx.xx.1975-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah müddətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini inşa etmişlər. Məhkəmə hesab edir ki, mübahisəli əmlak iddiaçı ilə cavabdehin birgə nikahları müddətində birgə nikah vəsaiti hesabına əldə edildiyindən, tərəflərin birgə ümumi mülkiyyətidir. Birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, qeyd edilən fərdi yaşayış evi birgə nikah müddətində əldə etdikləri əmlak hesab edilməli və həmin fərdi yaşayış evində tərəflərin hər birinin payı bərabər hesab edilməlidir. Məhkəmə hesab edir ki, birgə nikah müddətində əldə edimiş əmlakda iddiaçının payı 1/2 hissə müəyyən edilməli, qalan 1/2 hissəsi isə X2nun payı hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı payı 1/2 hissə müəyyən edilsin, qalan 1/2 hissəsi isə X2nun payı hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar