Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-710/2024 27.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 iyul 1996-cı ildə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində doğulmuş qızı X3 15 may 1998-ci il tarixdə Şəmkir rayon Dəllər-Cırdaxan kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yaşayır. X5 ilə birgə nikahından 14 iyul 1996-cı ildə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində X8 adlı övladı doğulmuşdur. X24 15 may 1998-ci ildə epilepsiya xəstəliyindən Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində vəfat etmiş və Şəmkir rayonu Dəllər-Cırdaxan kənd qəbiristanlığında dəfn edilmişdir. Qızı vəfat edərkən onun 2 yaşı olmuşdur. Ona görə də o azyaşlı olduğundan dəfn olunarkən qəbir daşı şəkilli qoyulmamışdır. Qızı Samirə vəfat etdikdən sonra o onun doğum sənədini kənd icra nümayəndəliyinə təqdim edib məlumat vermis, lakin qanunu bilmədiyinə görə onun ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmişdir və ona ölüm haqqında şəhadətnamə almamışdır. Onun ailəsində torpaq sahəsi verilərkən həmin torpaq sahəsinə dair Dövlət aktında qızı X3 da adı qeyd edilmişdir. O həmin torpaq sahəsini sənədləşdirmək istəyərkən ondan qızının ölüm sənədini tələb etmişlər. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum qızının ölüm qeydinin bərpa edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyini məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum övladının ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən 14 iyul 1996-cı ildə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində doğulmuş qızı X3 15 may 1998-ci il tarixdə Şəmkir rayon Dəllər-Cırdaxan kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 14 iyul 1996cı ildə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində doğulmuş qızı X3 15 may 1998-ci il tarixdə Şəmkir rayon Dəllər-Cırdaxan kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan XİX-ЖГ seriyalı 381050 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 14 iyul 1996-cı ildə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində doğulmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X15 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarxili aktdan görünür ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan İƏD-nümayəndəsi X20, Şəmkir rayonu, Dəllər-Cırdaxan İƏDnümayəndəsinin müavini X9, Şəmkir rayon, Dəllər-Cırdaxan sakinləri X6, X1 və Ərizəçi təsdiq etdilər ki, X8 xx.xx.1996-ci tarixdı Şəmkir rayon Dəllər Cıxrdaxan kəndində anadan olmuş, xx.xx.1998-ci ildə vəfat etmişdir. Vəfat etdikdən sonra ölüm haqqında şahadətnamə alınmamşdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-2969 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 ölüm haqqında qeydi aşkar olunmamışdır və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan JN 0033 serialı 50406028 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının təsdiq olunmuş sürətindən görünür ki, X16, Ərizəçi, X14, X10, X7, X4 və X11 Şəmkir rayon Qaranoy kəndində 3.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o Ərizəçi qonşusudur. Ərizəçi və Həsənova Elmiranın 2 oğlu və 2 qız uşağı olmuşdur. Bələ ki, adını bilmədiyi qız uşağı 1995-ci 1996-cı ildə anadan olmuş, lakin bir müddət sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o Ərizəçi qonşusudur. Məzahirin və Elmiranın birgə nikahından 4 uşaq olmuşdur, 2 oğlan və 2 qız. Amma qız uşağının biri 2 yaşa çatmamış ölmüşdür. Həmin uşaq xəstə olmuşdur və 1 il 10 ayında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, o Ərizəçi həyat yoldaşıdır. Onların 4 uşaqları olmuşdur, 2 oğlan və 2 qız. Samirə adlı qızı 14 iyun 1996-ci ildə anadan olmuşdur. 15 may 1998-ci ildə epilepsiya xəstəliyindən vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 14 iyul 1996-cı ildə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində doğulmuş qızı X3 15 may 1998-ci il tarixdə Şəmkir rayon Dəllər-Cırdaxan kəndində vəfat etməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum qızı X3 adı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edildiyindən və həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı mərhum qızının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 15 may 1998-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 iyul 1996-cı ildə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində doğulmuş X3 15 may 1998-ci il tarixdə Şəmkir rayon Dəllər-Cırdaxan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-710/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-710/2024
27.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver