Məhkəmə qərarları › İş №2(076)-757/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-757/2023

12.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-757/2023 12.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səyavuş qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan, iddia ərizəsində qeyd olunan ümumi dəyəri 10 000 (on min) manat olan 1 dəst 4050 manat dəyərində krem rəngli yataq mebeli ( iki nəfərlik çarpayı, güzgü, iki ədəd tumbuçka, 1 ədəd böyük tumbuçka, 1 ədəd şkaf), 1 dəst 3500 manat dəyərində krem rəngli qonaq otağı mebeli ( 8 ədəd stul, 8 nəfərlik 1 ədəd stol, 1 ədəd güzgülü termo, 1 ədəd künc şkaf, 1 ədəd qorka şkaf), 1 ədəd 120 manat dəyərində krem rəngli sadə çılçıraq, 2 ədəd 50 manat dəyərində krem rəngli gecə lampası, 1 ədəd 30 manat dəyərində yataq otağı üçün içlik ağ pərdə, 1 ədəd 20 manat dəyərində uşaq paltarı üçün çəhrayı rəngli kauçuk tumbuçka, 1 ədəd 150 manat dəyərində 2x3 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 100 manat dəyərində 1x1.4 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 100 manat dəyərində 1x1.4 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 260 manat dəyərində qəhvəyi rəngli uşaq kolyaskası və 1 ədəd qəhvəyi rəngli uşaq yelləncəyi, 1 ədəd 750 manat dəyərində “HP markalı” qara rəngli noutbuk, 2 ədəd 50 manat dəyərində qaz tükündən ağ rəngli balınc, 2 ədəd 50 manat dəyərində sintifon tünd qəhvəyi rəngli balınc, 1 ədəd 25 manat dəyərində villur parçadan çəhrayı rəngli iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində ağ rəngli pambıq parçadan iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində krem rəngli pambıq parçadan iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində çəhrayı rəngli atlas parçadan iki nəfərlik pastel, 1 ədəd 30 manat dəyərində iki üzlü narıncıyaşıl rəngli odeyal, 1 ədəd 80 manat dəyərində sulu tozsoran, 1 ədəd 30 manat Teffal ütü, 6 ədəd 20 manat dəyərində ağ rəngli nəlbəki, 6 ədəd ağ rəngli razetka, 1 ədəd 10 manat dəyərində kauçuk, çəhrayı rəngli paltar səbəti, 1 ədəd 300 manat dəyərində iki nəfərlik qəhvəyi döşək və qəhvəyi yorğan, 1 ədəd 40 manat dəyərində 12 nəfərlik skatert, 1 ədəd 75 manat dəyərində krem rəngli divan-kreslo üstü, 1 ədəd 50 manat dəyərində krem rəngli qaşlı odeyal, 1 ədəd 20 manat dəyərində nejaveyka podnos, 1 ədəd 5 manat dəyərində kauçuk şirniyyat qabı, 6 ədəd 10 manat dəyərində nejaveyka çay qaşığından ibarək cehiz əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin, 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxcarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh onun keçmiş qayınanasıdır. O, (iddiaçı) cavabdehin oğlu Elnar Musayevlə 2020-ci ildə faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları doğulmuşdur. Cavabdehin oğlu ilə aralarında baş vermiş narazılıqlara görə faktiki ayrılmışlar. Azyaşlı uşağı onun himayəsində qalmışdır. Birgə ailə şəraitində yaşamaqları mümkün olmadığından o, məhkəmədə nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia qaldırmışdır. Hazırda mülki iş məhkəmənin icraatındadır. O, cavabdehin oğlu ilə ailə qurarkən hazırda cavabdehin yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə iddiaçıya valideynləri tərəfindən hədiyyə edilmiş cehiz əşyalarını və ona məxsus digər əmlaklarını yerləşdirmişdir. Həmçinin, Cavabdeh tərəfindən iddiaçıya toy hədiyyəsi olaraq qızıl əşyaları alınmışdır. İddiaçı aralarında narazılıq baş verdikdən sonra cavabdehə məxsus evdən gedərkən ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Hazırda cavabdehin yaşadığı evdə yerləşən və iddiaçıya məxsus olan cehiz və digər əmlaklarını cavabdehdən istəsə də, cavabdeh əşyaları verməkdən imtina edir. Səbəb kimi isə iddiaçıya toy hədiyyəsi olaraq alınmış qızıl əşyalarını cavabdehə qaytarmadığını göstərir. İddiaçıya ailəsi tərəfindən toy hədiyyəsi olaraq verilmiş və cavabdehin yaşadığı evdə qalmış cehiz əşyaları aşağıdakılardır: 1 dəst 4050 manat dəyərində krem rəngli yataq mebeli ( iki nəfərlik çarpayı, güzgü, iki ədəd tumbuçka, 1 ədəd böyük tumbuçka, 1 ədəd şkaf), 1 dəst 3500 manat dəyərində krem rəngli qonaq otağı mebeli ( 8 ədəd stul, 8 nəfərlik 1 ədəd stol, 1 ədəd güzgülü termo, 1 ədəd künc şkaf, 1 ədəd qorka şkaf), 1 ədəd 120 manat dəyərində krem rəngli sadə Çilçıraq, 2 ədəd 50 manat dəyərində krem rəngli gecə lampası, 1 ədəd 30 manat dəyərində yataq otağı üçün içlik ağ pərdə, 1 ədəd 20 manat dəyərində uşaq paltarı üçün çəhrayı rəngli kauçuk tumbuçka, 1 ədəd 150 manat dəyərində 2x3 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 100 manat dəyərində 1x1.4 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 100 manat dəyərində 1x1.4 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 260 manat dəyərində qəhvəyi rəngli uşaq kolyaskası və 1 ədəd qəhvəyi rəngli uşaq yelləncəyi, 1 ədəd 750 manat dəyərində “HP markalı” qara rəngli noutbuk, 2 ədəd 50 manat dəyərində qaz tükündən ağ rəngli balınc, 2 ədəd 50 manat dəyərində sintifon tünd qəhvəyi rəngli balınc, 1 ədəd 25 manat dəyərində villur parçadan çəhrayı rəngli iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində ağ rəngli pambıq parçadan iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində krem rəngli pambıq parçadan iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində çəhrayı rəngli atlas parçadan iki nəfərlik pastel, 1 ədəd 30 manat dəyərində iki üzlü narıncı-yaşıl rəngli odeyal, 1 ədəd 80 manat dəyərində sulu tozsoran, 1 ədəd 30 manat Teffal ütü, 6 ədəd 20 manat dəyərində ağ rəngli nəlbəki, 6 ədəd ağ rəngli razetka, 1 ədəd 10 manat dəyərində kauçuk, çəhrayı rəngli paltar səbəti, 1 ədəd 300 manat dəyərində iki nəfərlik qəhvəyi döşək və qəhvəyi yorğan, 1 ədəd 40 manat dəyərində 12 nəfərlik skatert, 1 ədəd 75 manat dəyərində krem rəngli divan-kreslo üstü, 1 ədəd 50 manat dəyərində krem rəngli qaşlı odeyal, 1 ədəd 20 manat dəyərində nejaveyka podnos, 1 ədəd 5 manat dəyərində kauçuk şirniyyat qabı, 6 ədəd 10 manat dəyərində nejaveyka çay qaşığından ibarət cehiz əşyaları cavabdehdə qalmışdır. Hazırda cavabdeh həmin əşyaları ona könüllü olaraq qaytarmaqdan imtina edir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək bildirdi ki, iddiaçıya məxsus bəzi əşyalar onun evində olsa da İddiaçı çıxıb gedərkən ona (cavabehə) məxsus bəzi əşyaları da özü ilə aparmışdır. İddiaçıya məxsus onun evində yerləşən əşyaların dəyərini mübahisələndirmir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Elnar Musayevlə 2020-ci ildə faktiki evlənmişdir. İddiaçıya ailəsi tərəfindən toy hədiyyəsi olaraq verilmiş 1 dəst 4050 manat dəyərində krem rəngli yataq mebeli ( iki nəfərlik çarpayı, güzgü, iki ədəd tumbuçka, 1 ədəd böyük tumbuçka, 1 ədəd şkaf), 1 dəst 3500 manat dəyərində krem rəngli qonaq otağı mebeli ( 8 ədəd stul, 8 nəfərlik 1 ədəd stol, 1 ədəd güzgülü termo, 1 ədəd künc şkaf, 1 ədəd qorka şkaf), 1 ədəd 120 manat dəyərində krem rəngli sadə Çilçıraq, 2 ədəd 50 manat dəyərində krem rəngli gecə lampası, 1 ədəd 30 manat dəyərində yataq otağı üçün içlik ağ pərdə, 1 ədəd 20 manat dəyərində uşaq paltarı üçün çəhrayı rəngli kauçuk tumbuçka, 1 ədəd 150 manat dəyərində 2x3 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 100 manat dəyərində 1x1.4 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 100 manat dəyərində 1x1.4 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 260 manat dəyərində qəhvəyi rəngli uşaq kolyaskası və 1 ədəd qəhvəyi rəngli uşaq yelləncəyi, 1 ədəd 750 manat dəyərində “HP markalı” qara rəngli noutbuk, 2 ədəd 50 manat dəyərində qaz tükündən ağ rəngli balınc, 2 ədəd 50 manat dəyərində sintifon tünd qəhvəyi rəngli balınc, 1 ədəd 25 manat dəyərində villur parçadan çəhrayı rəngli iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində ağ rəngli pambıq parçadan iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində krem rəngli pambıq parçadan iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində çəhrayı rəngli atlas parçadan iki nəfərlik pastel, 1 ədəd 30 manat dəyərində iki üzlü narıncı-yaşıl rəngli odeyal, 1 ədəd 80 manat dəyərində sulu tozsoran, 1 ədəd 30 manat Teffal ütü, 6 ədəd 20 manat dəyərində ağ rəngli nəlbəki, 6 ədəd ağ rəngli razetka, 1 ədəd 10 manat dəyərində kauçuk, çəhrayı rəngli paltar səbəti, 1 ədəd 300 manat dəyərində iki nəfərlik qəhvəyi döşək və qəhvəyi yorğan, 1 ədəd 40 manat dəyərində 12 nəfərlik skatert, 1 ədəd 75 manat dəyərində krem rəngli divan-kreslo üstü, 1 ədəd 50 manat dəyərində krem rəngli qaşlı odeyal, 1 ədəd 20 manat dəyərində nejaveyka podnos, 1 ədəd 5 manat dəyərində kauçuk şirniyyat qabı, 6 ədəd 10 manat dəyərində nejaveyka çay qaşığından ibarət cehiz əşyaları cavabdehdə qalmışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ona hədiyyə edilmiş əmlakla bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 666.1-ci madəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz qızıl-zinətini geri tələb edə bilər. Məhkəmə ilk növbədə tələb edilən cehiz əşyalarının mövcudluğu, dəyəri, çəkisi və kimdə qalması ilə bağlı məsələyə qiymət verərək, hesab edir ki, iddia ərizəsində göstərilən cehiz əşyalarının dəyəri və çəkisi real olmaqla həqiqətən də iddiaçıya məxsusdur. İş matertiallarında olan aktdan görünür ki, Cavabdeh evinə müvəqqəti təminat tədbiri əsasında qəbul edilmiş qərardadla verilən icra vərəqi üzrə icra məmuru tərəfindən baxış keçirilərkən 1 ədəd 25 manat dəyərində ağ rəngli pambıq parçadan iki nəfərlik pastel, 1 ədəd 30 manat dəyərində iki üzlü narıncı-yaşıl rəngli odeyal, 1 ədəd 30 manat Teffal ütü, 6 ədəd 20 manat dəyərində ağ rəngli nəlbəki, 6 ədəd ağ rəngli razetka, 1 ədəd 40 manat dəyərində 12 nəfərlik skatert, 1 ədəd 75 manat dəyərində krem rəngli divan-kreslo üstü, 1 ədəd 50 manat dəyərində krem rəngli qaşlı odeyal, 1 ədəd 20 manat dəyərində nejaveyka podnos, 6 ədəd 10 manat dəyərində nejaveyka çay qaşığından başqa digər cehiz əşyalarının yerində aşkar olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, 1 ədəd 25 manat dəyərində ağ rəngli pambıq parçadan iki nəfərlik pastel, 1 ədəd 30 manat dəyərində iki üzlü narıncı-yaşıl rəngli odeyal, 1 ədəd 30 manat Teffal ütü, 6 ədəd 20 manat dəyərində ağ rəngli nəlbəki, 6 ədəd ağ rəngli razetka, 1 ədəd 40 manat dəyərində 12 nəfərlik skatert, 1 ədəd 75 manat dəyərində krem rəngli divan-kreslo üstü, 1 ədəd 50 manat dəyərində krem rəngli qaşlı odeyal, 1 ədəd 20 manat dəyərində nejaveyka podnos, 6 ədəd 10 manat dəyərində nejaveyka çay qaşığından başqa digər cehiz əşyalar yerində aşkar edildiyindən iddia qismən təmin edilərək, 1 dəst 4050 manat dəyərində krem rəngli yataq mebeli ( iki nəfərlik çarpayı, güzgü, iki ədəd tumbuçka, 1 ədəd böyük tumbuçka, 1 ədəd şkaf), 1 dəst 3500 manat dəyərində krem rəngli qonaq otağı mebeli ( 8 ədəd stul, 8 nəfərlik 1 ədəd stol, 1 ədəd güzgülü termo, 1 ədəd künc şkaf, 1 ədəd qorka şkaf), 1 ədəd 120 manat dəyərində krem rəngli sadə çılçıraq, 2 ədəd 50 manat dəyərində krem rəngli gecə lampası, 1 ədəd 30 manat dəyərində yataq otağı üçün içlik ağ pərdə, 1 ədəd 20 manat dəyərində uşaq paltarı üçün çəhrayı rəngli kauçuk tumbuçka, 1 ədəd 150 manat dəyərində 2x3 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 100 manat dəyərində 1x1.4 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 100 manat dəyərində 1x1.4 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 260 manat dəyərində qəhvəyi rəngli uşaq kolyaskası və 1 ədəd qəhvəyi rəngli uşaq yelləncəyi, 1 ədəd 750 manat dəyərində “HP markalı” qara rəngli noutbuk, 2 ədəd 50 manat dəyərində qaz tükündən ağ rəngli balınc, 2 ədəd 50 manat dəyərində sintifon tünd qəhvəyi rəngli balınc, 1 ədəd 25 manat dəyərində vilur parçadan çəhrayı rəngli iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində krem rəngli pambıq parçadan iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində çəhrayı rəngli atlas parçadan iki nəfərlik pastel, 1 ədəd 80 manat dəyərində sulu tozsoran, 1 ədəd 10 manat dəyərində kauçuk, çəhrayı rəngli paltar səbəti, 1 ədəd 300 manat dəyərində iki nəfərlik qəhvəyi döşək və qəhvəyi yorğan, 1 ədəd 5 manat dəyərində kauçuk şirniyyat qabından ibarət əmlaklar naturada, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınaraq İddiaçı verilməli, idda qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 120 manat dövlət rüsumunun 100 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1 dəst 4050 manat dəyərində krem rəngli yataq mebeli ( iki nəfərlik çarpayı, güzgü, iki ədəd tumbuçka, 1 ədəd böyük tumbuçka, 1 ədəd şkaf), 1 dəst 3500 manat dəyərində krem rəngli qonaq otağı mebeli ( 8 ədəd stul, 8 nəfərlik 1 ədəd stol, 1 ədəd güzgülü termo, 1 ədəd künc şkaf, 1 ədəd qorka şkaf), 1 ədəd 120 manat dəyərində krem rəngli sadə çılçıraq, 2 ədəd 50 manat dəyərində krem rəngli gecə lampası, 1 ədəd 30 manat dəyərində yataq otağı üçün içlik ağ pərdə, 1 ədəd 20 manat dəyərində uşaq paltarı üçün çəhrayı rəngli kauçuk tumbuçka, 1 ədəd 150 manat dəyərində 2x3 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 100 manat dəyərində 1x1.4 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 100 manat dəyərində 1x1.4 ölçüdə krem rəngli, naxışlı yataq otağı üçün xalça, 1 ədəd 260 manat dəyərində qəhvəyi rəngli uşaq kolyaskası və 1 ədəd qəhvəyi rəngli uşaq yelləncəyi, 1 ədəd 750 manat dəyərində “HP markalı” qara rəngli noutbuk, 2 ədəd 50 manat dəyərində qaz tükündən ağ rəngli balınc, 2 ədəd 50 manat dəyərində sintifon tünd qəhvəyi rəngli balınc, 1 ədəd 25 manat dəyərində vilur parçadan çəhrayı rəngli iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində krem rəngli pambıq parçadan iki nəfərlik pastel, 1 ədəd 25 manat dəyərində çəhrayı rəngli atlas parçadan iki nəfərlik pastel, 1 ədəd 80 manat dəyərində sulu tozsoran, 1 ədəd 10 manat dəyərində kauçuk, çəhrayı rəngli paltar səbəti, 1 ədəd 300 manat dəyərində iki nəfərlik qəhvəyi döşək və qəhvəyi yorğan, 1 ədəd 5 manat dəyərində kauçuk şirniyyat qabından ibarət əmlak naturada, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar