Məhkəmə qərarları › İş №2(076)-82/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-82/2023

17.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-82/2023 17.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səyavuş qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X7 və X3 qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X7 və X3 qarşı (3-cü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) Şəmkir rayonu, Kür qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5, 1 saylı mənzilin paylı mülkiyyətçiləri arasında naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Cavabdeh mərhum qardaşı Muradın arvadı, X9 və X8 isə mərhum qardaşı Muradın övladlarıdır. X12 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Şəmkir rayonu, Kür qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5, 1 saylı mənzil onların və cavabdehin paylı mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 74.40 kv.m olmaqla yanaşı sahəsi 49.8 kv.m, otaqların sayı 4 olmaqla, sahələri 10.8 kv.m, 7 kv.m, 17.8 kv.m və 14.2 kv.m təşkil edir. Mənzil binanın 5-ci mərtəbəsində yerləşir. xx.xx.2019-cu ildə onlar mübahisəli mənzilə dair ********** qeydiyyat nömrəli DəDRX-nin reyestrindən çıxarış almışdırlar. Çıxarış alarkən anaları X1 idi və mənzildə 3/12 hissə payı var idi. xx.xx.2022-ci ildə anası Zərəngiz Hüseynova vəfat etmişdir. Onlar hazırda analarından çatacaq payı da vərəsəlik yolu ilə qəbul etmişlər və xx.xx.2022-ci ildə mənzilə dair ********** qeydiyyat nömrəli DƏDRX-nin reyestrindən çıxarış almışdırlar. Həmin çıxarışa əsasən mənzilin 36/108 hissəsi İddiaçı1 36/108 hissəsi İddiaçı2, 9/108 hissəsi Aydın Hüseynovun, 9/108 hissəsi Sinəm Hüseynovanın, 9/108 hissəsi Cavabdeh payına düşür. Göründüyü kimi mənzilin 2/3 hissəsi onların payına düşür. Cavabdeh mənzilin aralarında könüllü olaraq bölünməsini təklif etməklərinə baxmayaraq cavabdeh buna razı olmamış, evin çox hissəsinin ona və uşaqlarına düşdüyünü bildirmişdir. Belə olan halda onlar mənzilin özünə aid olan hissəsinə dair heç bir sərəncam verə bilmirlər. Ona görə də, Şəmkir rayonu, Kür qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5, 1 saylı mənzilin paylı mülkiyyətçiləri arasında naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh (X5 və X2 qanuni nümayəndəsinə) və 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərədə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxsin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən məhkəmə Cavabdeh (digər cavabdehlərin qanuni nümayəndəsinin) və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, İddiaçı2 36/108 hissəsinə, X5 9/108 hissəsinə, X2 9/108 hissəsinə, Cavabdeh 9/108 hissəsinə və İddiaçı1 36/108 hissədə Şəmkir rayonu, Kür qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5, 1 saylı mənzildə payı vardır. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X6 məhkəmə prosesi zamanı vəsatət verərək, Şəmkir rayonu, Kür qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5, 1 saylı mənzilin iddiaçılarla cavabdeh arasında naturada bölünməsinin mümkün olubolmamasının müəyyən olunması üçün məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan 2(076)-3326/2022 saylı, 30 dekabr 2022-ci il tarixdə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etmişdir. Mülki iş sənədlərinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/793 nömrəli, 27 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, “İnşaat Norma və Qaydaları” 2.08.01.89-cu, 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq Şəmkir rayonu, Kür qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5, 1 saylı mənzilin planlı yerləşməsi, o cümlədən həmin mənzilin yalnız 1 giriş-çıxış qapısının olduğu, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmadığı nəzərə alınaraq mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçıların izahatlarını, ekspert rəyini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X7 və X3 qarşı Şəmkir rayonu, Kür qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5, 1 saylı mənzilin paylı mülkiyyətçiləri arasında naturada bölünməsi tələbinə dair iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. İşin hallarından müəyyən edilir ki, hazırki işdə mülkiyyətçilər ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması haqqında razılığa gəlmirlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Beləliklə, məhkəmə həm yuxarıda sadalanan xüsusatlara və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/793 nömrəli, 27 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən hesab edir ki, “İnşaat Norma və Qaydaları” 2.08.01.89-cu, 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq Şəmkir rayonu, Kür qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5, 1 saylı mənzilin planlı yerləşməsi, o cümlədən həmin mənzilin yalnız 1 giriş-çıxış qapısının olduğu, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmadığı nəzərə alınaraq mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X7 və X3 qarşı Şəmkir rayonu, Kür qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5, 1 saylı mənzilin paylı mülkiyyətçiləri arasında naturada bölünməsi tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddiaçılar tərəfindən ödənilən 100 (bir yüz) manat dövlət rüsumu özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X7 və X3 qarşı Şəmkir rayonu, Kür qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5, 1 saylı mənzilin paylı mülkiyyətçiləri arasında naturada bölünməsi tələbinə dair iddia təmin edilməsin. İddiaçılar tərəfindən ödənilən 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları andan 1 (bir) ay müddətində Şəmkir rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonra sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar