Məhkəmə qərarları › İş №2(076)-920/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-920/2025

15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-920/2025 15.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum oğlu X6 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 oğludur. Oğlu 2024-cü ildə Şəmkir rayonu Bayramlı kəndində vəfat etmişdir. Həmin kənddə də dəfn olunmuşdur. Hazırda mərhumun ölüm haqqında şəhadətnaməsi yoxdur. Belə ki, həmin vaxt onun mərhum oğlunun tibbi sənədləri Şəmkir rayon VVAQ-na təqdim edilməsi üçün ona verilməmişdir. Çünki oğlu ev şəraitində rəhmətə getdiyi üçün səhlənkalıq və bilməməzlikdən oğlunun ölüm haqqında tibbi arayış alınmamışdır. O bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin onun mərhum oğlunun ölümü haqqında müvafiq tibbi sənədləri ekspert rəyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin faktı müəyyən edə bilməmişlər. Oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığı üçün dövlətdən ona çatacaq dəfn xərclərinin olunmasında çətinliklər çəkir. Çünki oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığı üçün problemlər yaşayır. Bunların düzəlməsi üçün ondan oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamə olmadan başqa sənədlərin alınması mümkün deyil. Oğlunun həmin ildə vəfat etməsinin təsdiq edən şahidləidə vardır. Oğlunun həqiqətən 12 avqust 2024-cü ildə Şəmkir rayonunun Bayramlı kəndində öldüyünü X10, X7 və X8 olmaqla şahidlər də təsdiq edə bilər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, bildirdi ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki 01 aprel 1978–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş oğlu X6 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid olaraq X11 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Bayramlı kəndində yaşayır. Ərizəçi qonşusudur. X3, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində vəfat etmiş və həmin kənddə dəfn edilmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid olaraq X2 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Bayramlı kəndində yaşayır. Ərizəçi qonşusudur. X3, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində vəfat etmiş və həmin kənddə dəfn edilmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 14214806 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bayramlı kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Kazımova X1 qeydiyyatdadır və orada yaşayır. İş materiallarında olan qəbir daşının çəkilmiş fotoşəklindən görünür ki, X12 1978-ci il tarixdə anadan olmuş və xx.xx.2024-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X6 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölümünü təsdiq edən ölüm haqqında tibbi arayış verə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin oğlu (ərizəçinin mərhumun anası olması işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surəti ilə təsdiq edilir) X12 xx.xx.2024–cü il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində vəfat etmiş və kəndin qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, sağlığında anasına məxsus olmuş daşınmaz əmlak (mənzil) üzrə vərəsəliyə dair rəsmiləşdirmə işlərinin aparılması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1978-ci il təvəllüdlü X6 Şəmkir rayonu, Bayramlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1978-ci il təvəllüdlü X6 xx.xx.2024–cü il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il tarixdə doğulmuş X6, xx.xx.2024–cü il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar