Məhkəmə qərarları › İş №2(076)-943/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-943/2023

25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-943/2023 25.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 yanvar 1988-ci il tarixdə doğulmuş qızı X3 11 avqust 1999-cu il tarixdə Şəmkir rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 18 yanvar 1988-ci il tarixdə X6 adlı övladı X7 ilə birgə nikahlarındann doğulmuşdur. Qızı Elnurə xx.xx.1999-cu il tarixdə vəfat etmiş, lakin qızı vəfat etdikdən sonra o məlumatsızlıqdan ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda o qızına ölüm haqqında şəhadətnamə almaq istəsə də ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyinə görə ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bununla bağlı Şəmkir rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, Qeydiyyat Şöbəsi qızının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək və ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, qızı Elnurə Allahverdiyeva xx.xx.1999-cu il tarixdə qəfil xəstəlikdən Bakı şəhərində ölmüş, bundan sonra azyaşlı qızının qəfil ölməsi səbəbindən sarsıntı keçirmiş və Ölüm haqqında tibbi şəhadətnamə almamışlar. Hazırda xəstəxanaya Tibbi Şəhadətnamə alınması üçün müraciət etmiş, lakin E. A. Allahverdiyevanın ölümü ilə bağlı tibbi şəhadətnaməsi verilməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə onlara mərhum ərindən qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi üçün lazımdır. Göstərilənləri nəzərə alaraq 18 yanvar 1988-ci il tarixdə doğulmuş qızı X3 11 avqust 1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Şəmkir Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, Şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, Ərizəçi ilə qonşuluqda yaşayır, Ərizəçi Asim Allahverdiyevlə nikahda olmuş, onların birgə nikahından 2 övladları doğulmuşdur. Onlardan biri X6 1999-cu il tarixdə ağır xəstəlik keçirmişdir. Bundan sonra onu Bakı şəhərinə Milli Hematologiya Mərkəzinə aparmışlar. X9 elə həmin xəstəxanada 11 avqust 1999-cu il tarixdə vəfat etmişdir. Bundan sonra uşaq dəfn olunmuş, onun yas mərasimində də o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 şahid X8 ifadəsinə uyğun ifadə verərək X2 1999-cu ildə ağır xəstəlik keçirməsini və ağır xəstəlikdən sonra vəfat etməsini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi uşağı X3 11 avqust 1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Qeydiyyat şöbəsinin 13 yanvar 2023-cü il tarixli, 051Q-74 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X3 ölümü barədə məlumat aşkar olunmamışdır. Şəmkir rayon Qeydiyyat Şöbəsinin 25 avqust 2022-ci il tarixli, 2488 nömrəli arayışından görünür ki, X6 18 yanvar 1988-ci il tarixdə Şəmkir rayonunda doğulmuşdur. Atası- X7, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-28-5/2-439a/2023 nömrəli məktubdan görünür ki, tibbi müəssisələrinin birləşməsi prosesi həyata keçirilən zaman təhviltəslim olunan mövcud sənədlər arasında X5 adına ölüm haqqında tibbi şəhadətnamə aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X6 ərizəçinin doğma qızıdır. X6 18 yanvar 1988-ci ildə ərizəçi ilə X4 nikahından doğulmuşdur. 11 avqust 1999-cu il tarixdə Bakı şəhərində xəstəxanada ölmüş, Şəmkir rayonunda dəfn olunmuşdur. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ölüm qəfil baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. E. Allahverdiyevanın ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum ərindən qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X3 11 avqust 1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 18 yanvar 1988-ci il tarixdə Şəmkir rayonunda doğulmuş X3 11 avqust 1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar