Məhkəmə qərarları › İş №2(076)-964/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-964/2023

19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-964/2023 19.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Şərifova Səbinə Səvayuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Мцяййянетди: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X3 onun bacısıdır. O, xx.xx.2023-cü ildə Şəmkir rayonu, Könüllü kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda mərhum bacısının ölüm haqqında şəhadətnaməsi yoxdur. Belə ki, həmin vaxt bacısının tibbi sənədlərini Maraqlı şəxsnə təqdim edə bilməmişdir. O, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, onun mərhum bacısının ölümü haqqında müvafiq tibbi sənədləri olmadığı üçün həmin faktı müəyyən edə bilməmişlər. Hazırda o, bacısına ölüm haqqında şəhadətnamə almaq istəyir. Lakin, tibbi sənədlər olmadığı üçün bacısının ölümünü müəyyən edə bilmirlər. Ərizəçi mərhum bacısı X1 xx.xx.2023-cü ildə Şəmkir rayonu Könüllü kəndində vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin изащатыны, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli арашдырыб щесаб едир ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərdi ki, X3 15 yanvar 1961-ci ildə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuşdur. Uzun müddət xəstə olmuş və Ərizəçi yaşadığı fərdi yaşayış evində yaşamışdır. X3 xx.xx.2023-cü ildə vəfat etmişdir. Xalidə Quliyeva xəstə olmuşdur. O, xəstə olduğu müddətdə əvvəllər təcili-tibbi yardıma müraciət etsələr də, ölən günü müraciət etməmişlər. X9 rayonu Könüllü kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərdi ki, X3 onun bacısı, Ərizəçi isə qardaşıdır. Bacısı Xalidə uzun müddət xəstə olmuş və qardaşı Ərizəçi yanında yaşamışdır. Bacısı 08 yanvar 2023-cü il tarixdə vəfat etmiş və Şəmkir rayonu Könüllü kənd qəbiristanlığında dəfn edilmişdir. Bacısı Xalidənin dəfn mərasimində iştirak etmişdir. İшдя олан Maraqlı şəxs tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli 340 nömrəli doğum haqqında arayışdan görünür ki, X3 15 yanvar 1961-ci ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuşdur. Anası kimi X5 gösətrilmiş, atalığı müəyyən edilmədiyindən ata qrafası boş saxlanılmışdır. İşdə olan X1 qəbir daşının fotoşəklindən görünür ki, X1 doğum tarixi xx.xx.1961-ci il-ölüm tarixi xx.xx.2023-cü il kimi qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli 05/Q-340 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış X2 üzrə yoxlama aparılmış X1 ölümü barədə məlumat aşkar olunmamışdır. Ölüm haqqında həkimin tibbi şəhadətnaməsi və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından müraciətin təmin olunması mümkün olmamış və məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum bacısı X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2023-cü il tarixdə ölməsi, ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Şəmkir rayon Qeydiyyat Şöbəsи ərizəçinin mərhum bacısının ölüm haqqında akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Гятетди: Ərizə təmin edilsin. 15 yanvar 1961-ci ildə Şəmir rayonu Könüllü kəndində doğulmuş X1 08 yanvar 2023-ci ildə Şəmkir rayonu, Könüllü kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar