Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-107/2024 23.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında imzalanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə mediyasiya prossesində iştirak etmişlər, maraqlı şəxs onun yanında qalan övladı X2 yetkinlik yaşına çatana kimi hər ay 150 manat ödəniş etməyi öz üzərinə öhdəlik götürmüşdür və bununla bağlı Barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs Barışıq sazişinin 1-ci bəndinin tələblərini pozaraq öhdəliyinin yerinə yetirmir. Maraqlı şəxs öz öhdəliyini yerinə yetirmədiyi və mediyasiya prossesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə əməl etmədiyi üçün, barışıq sazişini məhkəmə qaydasında təsdiq etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsini rəhbər tuturaq ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 352584 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə Ərizəçi doğulmuş Məmmədov (Verdizadə) Şirxan Xəlil oğlunun atası hesab edilmişdir və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 88 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İV seriyalı, 351130 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 atası qrafasında Maraqlı şəxs qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Birinci tərəf Ərizəçi və İkinci tərəf Maraqlı şəxs arasında Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə imzalanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi imzalamışdır: “1. X8 Tərəfin yanında qalan övladı X4 yetkinlik yaşına çatana kimi hər ay 150 (bir yüz əlli) manat aliment ödənişi ödəmək öhdəliyini öz üzərinə götürür. Aliment ödənişini Birinci Tərəfin açdıqı bank hesabına ödəyəcək.
2. Tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər.” Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 305.1.7-ci maddəsinə əsasən məhkəmə, xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar olmadığına görə ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 355-23, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında imzalanmış aşağıdakı məzmunda Barışıq sazişi təsdiq edilsin. “1. İkinci Tərəf (Maraqlı şəxs) Birinci Tərəfin (Ərizəçi) yanında qalan övladı X4 yetkinlik yaşına çatana kimi hər ay 150 (bir yüz əlli) manat aliment ödənişi ödəmək öhdəliyini öz üzərinə götürür. Aliment ödənişini Birinci Tərəfin açdıqı bank hesabına ödəyəcək.
2. Tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər.” Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X6