Məhkəmə qərarları › İş №2(077)-147/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-147/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-147/2025 10.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X12 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, Ərizəçi “şəxsin itkin düşmüş hesab edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin ölmüş elan edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, X1 Qarabağ müharibəsində ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, özü xx.xx.1984-cü il təvəllüdlüdür, 1 uşaq anasıdır, dul qadındır, orta ixtisas təhsillidir, Şuşa rayon sakinidir və məcburi köçkündür. X3, anası isə X4r. Erməni qəsbkarları 1993-cü ildə Şuşaya hücum etmiş, ailəlikcə evlərini tərk etmək məcburiyyətində qalmış, həmin vaxtdan Bərdə şəhəri, N.Nərimanov küçəsində yerləşən X22 Evində məskunlaşmışlar. 1997-ci ilədək X3 onlarla yaşamış, həmin ildən isə yoxa çıxmışdır. Bu günə qədər ondan heç bir məlumat yoxdur. Bu səbəbdən problemlərlə üzləşmişdir. Belə ki,Şuşa rayonundan məcburi köçkün olduğundan ona Seriya AA Ah065592 olan məcburi köçklinlük vəsiqəsi verilmişdir. Həmin vəsiqənin dəyişdirilməsinə ehtiyac vardır. Ancaq vəsiqəni dəyişdirə bilmək üçün atasının şəxsiyyət vəsiqəsi və ya ölüm şəhadətnaməsi tələb olunur. Bunların isə heç birini əldə etmək mümkün deyildir. Belə hesab edir ki, atası Sahib Babışov sağ olsa idi, 1997-ci ildən, yəni 27 ildə onun sağ olmasından bir məlumat olardı. X1 ölümü haqqında şəhadətnaməsi olmadığından və onun ölümü Maraqlı şəxsndə qeydiyyata alınmadığından məcburi köçkünlük vəsiqəsi yenilənməmişdir. Bu səbəbdən məcburi köçkünlük statusundan istifadə edə bilmir, Dövlət təminatından yararlana bilmir. Odur ki, atasının ölmüş elan edilməsinə dair məhkəmə aktına ehtiyacı var. Prosesin gedişində Ərizəçi dəqiqləşmə barədə ərizə verərək, X1 itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxilmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun qızıdır. X9 ilə 1985-ci ildə ailə qurmuşdur. Əri Şuşa şəhərində yeməkxana işlədirdi. Yeməkxanada baş vermiş mübahisə zəminində əri bir nəfəri öldürərək həbs olunmuş və Şuşa şəhərində yerləşən cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Şuşa işğal olunduqdan sonra Bərdə şəhərinə köçmüşlər. Ərinin çəkilməmiş 6 ay cəzası qalmışdır və onu cəzaçəkmə müəssisəsindən buraxmışdılar. Hər ay Bakı şəhərində yerləşən 2 saylı CM-nə gedib qeydiyyatdan keçib gəlirdi. Axırıncı dəfə əri 1997-ci ildə Bakı şəhərinə getmiş və bir daha geri qayıtmamışdır. Daha sonra qardaşı Nadir Babışov uzun illər onun axtarsa da, heç bir nəticəsi olmamışdır. Məlum yanvar hadisələri zamanı evdən çıxıb getmiş, həmin tarixdən sonra bir daha evə qayıtmamışdır. Onun barəsində heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18, X10, X7 və X13, şahid X6 ilə eyni məzmunda ifadə verərək, X8 axırıncı dəfə 1997-ci ildə gördüklərini, onun həmin ildə növbəti dəfə qeydiyyat üçün Bakı şəhərinə getdiyini və bir daha geri qayıtmadığını göstərmişlər. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: XİV-JQ seriyalı, 393090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Şuşa rayonunda anadan olmuşdur. Atası qrafasında X9, anası qrafasında X6 qeyd edilmişdir. AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı məntəqə tipli CMnin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X2 Qarabağ Vilayət məhkəməsinin xx.xx.1989cu il tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.1992-ci il tarixdə Amnistiya haqqında qanuna əsasən çəkilməmiş cəzanın 1/3 hissəsi üzərindən götürülmüşdür.xx.xx.1998-ci il tarixdə 7 saylı məntəqə tipli CM-nin inzibati ərazisini tərk edib qaçdığına görə barəsində cinayət işi başlanılaraq axtarış işi açılmışdır.Onun yerinin müəyyən olunması istiqamətində müvafiq əməliyyat tədbirləri görülməkdə davam edir. Lakin, onun yerinin müəyyən olunması və tapılması istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. “İNTERPOL”un Milli Mərkəzi Bürosu tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-25-/2-1328/2025 saylı məktubun surətindən görünür ki, beynəlxalq axtarışda olan xx.xx.1958-ci il təvəllüdlü X9 barəsində hər hansı bir məlumat mövcud deyildir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 15-432/2024 saylı məktubdan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı aradırılmış sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi X3 xx.xx.1998-ci il tarixdə 7 saylı məntəqə tipli CM-nin inzibati ərazisini tərk edib qaçdığına görə barəsində cinayət işi başlanılaraq axtarış işi açılmışdır. Onun yerinin müəyyən olunması istiqamətində müvafiq əməliyyat tədbirləri görülsə də, bu istiqamətdə heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Yəni, xx.xx.1998-ci il tarixindən başlayaraq, xx.xx.1958-ci il təvəllüdlü X5 olduğu yer məlum deyildir və bu illər ərzində o, yaşayış yerində görünməmişdir. Hazırda isə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2-ci maddəsinə görə itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1dən başlanır. Qeyd olunan maddələrin tələblərindən irəli gələrək məhkəmə hesab edir ki, vətəndaşın itkin düşmüş hesab edilməsi institutu, onun yerinin müəyyən edilməsi və onun haqqında hər hansı məlumatın əldə edilməsi üzrə tədbirlər nəticəsiz qaldıqda, onun daimi yaşayış yerində uzun müddət olmama faktının məhkəmə tərəfindən təsdiq edilməsidir. Bu prosessual hüquq institutu həm yaşayış yerində harada olması barədə məlumat olmayan vətəndaşın özü üçün, həm də digər şəxslər, o cümlədən ondan aliment almaq və sair hüququ olan şəxslər üçün belə olmamanın mənfi nəticələrinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının MPM-nin: 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçinin X1 harada olması barədə 27 ildən çox müddət ərzində məlumat olmadığından, habelə o, həmin müddət ərzində yaşayış yerində görünmədiyinə görə ərizə təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X5 xəbərsiz itkin düşməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 312-316, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Şuşa rayonu, Xəlfəli kəndində anadan olmuş X9 xx.xx.1998-ci il tarixindən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar