Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-17/2024 11.01.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X10 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qardaşı X3 xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X7 xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində vəfat etmiş və Yevlax rayonu Yuxarı Qarxun kənd qəbristanlığında dəfn edilmişdir. Onun ölümü müvafiq qeydiyyat orqanında qeydə alınmamışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, xx.xx.2023-cü il tarixli cavab məktubunda ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və həmin sənədi başqa qaydada əldə edə bilmədiyimdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində ərizəçinin dayısı olduğunu, X3 xx.xx.2020-ci il tarixdə Kür çayının Yevlax rayonundan keçən hissəsində suda batması nəticəsində vəfat etdiyini göstərmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Şuşa şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Xİİİ-JQ seriaylı 428631 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Şuşa şəhərində anadan olmuşdur, atası qrafasında X9, anası qrafasında X4 qeyd edilmişdir. Xİ-JQ seriaylı 487113 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1986-cı il tarixdə Şuşa şəhərində anadan olmuşdur, atası qrafasında X9, anası qrafasında X4 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023cü il tarixli PHŞ-1541/23 saylı arayışından göründüyü kimi, xx.xx.1986-cı il təvəllüdlü X7 üçün xx.xx.2020-ci il tarixdə Təcili və X1 çağırış daxil olmuş, həkim briqadası çatanadək artıq ölüm baş vermişdir. Ölümün baş vermə səbəbi suda batma olmuşdur. X3 meyidi Məhkəmə-Tibbi Ekspertiza və X2 Yevlax rayon şöbəsinə təhvil verilmişdir. AR Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Yevlax rayonu üzrə bölməsinin xx.xx.2023-cü il tarixli 608 saylı arayışından görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlvə olunmuş fotoşəkildən görünür ki, şəkildə təsvir olunmuş qəbirüstü abidənin üzərində “X7 xx.xx.1986-xx.xx.2020” sözləri yazılmışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3428 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum qardaşı X3 ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi qardaşı X3 xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixdə Şuşa şəhərində anadan olmuş X3 xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(077)-17/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-17/2024
11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver