Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-171/2022 21.04.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi (Maraqlı şəxs) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri Şuşa Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək,X1 ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki,ərizə MPM-nin 152.1.1 və 152.1.6 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki,ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki,ərizəçi atası X1 24 mart 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi bunu rəsmiləşdirmək üçün Abşeron rayon X4 Hüquqi şəxsi Təcili və X3 Stansiyasının xəbərdarlıq vərəqəsini və Maraqlı şəxs 08.04.2022-ci il tarixli imtina məktubunu təqdim etmişdir. İş materiallarından görünür ki,ərizəçi ölüm şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, şöbənin 08.04.2022-ci il tarixli,05/Q-67/15 saylı məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibbi müəssisəsinin müvafiq sənədi əsasında verildiyi,hazırkı halda isə tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilmişdir. İşin materiallarından göründüyü kimi ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə” nin alınması üçün müvafiq icra orqanına (qeydiyyatda olduğu Poliklinikaya) müraciət etmədən, yəni bu barədə tibbi şəhadətnamə almadan, yaxud bundan imtina almadan qeydiyyat şöbəsinə və məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi əhəmiyyətli faktlar barədə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə dair 12.04.2019-cu ilə tarixli 3 saylı Qərarının 9.2. bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı və ərizəçiyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün ilkin olaraq müvafiq icra orqanına (ölən şəxsin qeydiyyatda olduğu müvafiq Poliklinika) müraciət etməsi ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün ilkin olaraq müvafiq icra orqanına (ölən şəxsin qeydiyyatda olduğu müvafiq Poliklinika) müraciət etməsi izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-171/2022
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-171/2022
21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver