Məhkəmə qərarları › İş №2(077)-187/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-187/2022

21.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-187/2022 21.07.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək,X1nun 21 may 2002-ci ildə Qaraçuxur qəsəbəsində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,atası xx.xx.1931-ci il təvəllüdlü X2 şəhərində doğulmuş və Şuşa şəhəri işğal olunduqdan sonra məcburi köçkün kimi Bakı şəhəri,Qaraçuxur qəsəbəsində məskunlaşmışdır.X1 21 may 2002-ci il tarixdə Qaraçuxur qəsəbəsində X18 evə çatana kimi ev şəraitində ölmüşdür.Atasının yas mərasimi işlərinə görə vaxtında ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etməmiş,sonradan da qanunu bilmədiyindən ölüm haqqında şəhadətnaməni ala bilməmişdir.Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş,ölüm haqqında tibbi arayış olmadığına görə ölüm faktının qeyd etdirilməsi mümkün olmamış və ona imtina verilərək məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək,atasının yaşadıqları Qaraçuxur qəsəbəsindəki evdə öldüyünü və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirdi ki,mərhum X7 onun atasıdır.Atası 21 may 2002-ci il tarixdə yaşadığı Qaraçuxur qəsəbəsindəki evdə ölmüşdür.O Qaraçuxur qəsəbəsindəki evə çatana kimi atası artıq ölmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirdi ki,mərhum X7 onun qaynatasıdır.Qaynatası 21 may 2002-ci il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən evində ölmüşdür.X15ynatası öldükdən sonra gəlmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə,ərizəçinin və şahidlərin izahatını dinləyib,işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib,belə nəticəyə gəlir ki,ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: - 07.02.1983-cü il tarixli Vİİ-ЖГ № 620078 nömrəli Sovet Sosialist Respublikası İttiffaqı vətəndaşının pasportunun surətindən görünür ki,X7 22 mart 1931-ci il tarixdə Şuşa şəhərində doğulmuşdur. - Şuşa rayon Daşaltı kənd icra nümayəndəliyini tərəfindən xx.xx.1976-cı il tarixdə verilmiş İİİ-ЖГ№490125 nömərli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki,Ərizəçi xx.xx.1976-cı il tarixdə Şuşa rayonu,Zarıslı kəndində doğulmuşdur.Ata qrafasında X7,ana qrafasında X9 qeyd edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 196 nömrəli arayışından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Qaraçuxur qəsəbəsi,İlqar Musayev küçəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2022-ci il tarixli,05/Q-56/15 saylı məktubu ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalı və o,tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. - Azərbaycan Respublikası “İcbari Tibbi Sığorta” üzrə X14 Ərazi Bölmələri İdarəetmə Birliyi Şuşa rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli HŞ/1.1.83-3-2022-35 nömrəli arayışından görünür ki,1931-ci il təvəllüdlü Şuşa rayon sakini X2 RMX PHŞ-in poliklinikasında qeydiyyatdadır və onun haqqında arxiv sənədi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə işin araşdırılan hallarından müəyyən edildi ki,X7 xx.xx.2002-ci il tarixdə Qaraçuxur qəsəbəsində ev şəraitində ölmüş,Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş,lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il tarixdə doğulmuş X4 24 mart 2022-ci il tarixdə Bakı şəhəri,Suraxanı rayonu,Qaraçuxur qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1931-ci il tarixdə doğulmuş X4 21 may 2002-ci il tarixdə Bakı şəhəri,Suraxanı rayonu,Qaraçuxur qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar