Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-189/2023 19.05.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X8 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00199 saylı Barışıq sazişinin “İİ (Maraqlı şəxs) tərəf birgə nikahdan anadan olmuş xx.xx.2019-cu ıl təvəllüdlü X4 yetkinlik yaşına (18 yaş) çatana kimi saxlanması üçün bu saziş imzalandığı gündən başlayaraq hər ayın 1-dən 10-a qədər hər ay 220 manat məbləğində aliment verməyi öhdəsinə götürür. Ödəniş İ tərəfin (Ərizəçi) bank hesabına köçürüləcək.” hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 18 saylı Mediasiya Təşkilatına müraciətləri əsasında MŞB/18-00199 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı aralarında müəyyən razılaşma olmuş və Barışıq sazişi imzalanmışdır. Barışıq Sazişinin şərtlərinə əsasən: 1) Tərəflər, aralarında xx.xx.2018-ci il tarixdə 1 Saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 2488 nömrəli qeydə alınmış nikahın məhkəmə qaydasında onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razilıq verirlər. 2) Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 anasının yanında qalmasına razılıq verir. 3) Cavabdeh Azərbaycan Respublikasla gəldiyi halda 1 həftə ərzində uşağı iddiaaçının yaşadığı yerdən götürüb, ora qaytarmaqla (uşaq gecə iddiaçının yanında qalması şərtilə) 1 həftə ərzində onunla ünsiyyətdə ola bilər. Ata gələcəkdə yaşamaq üçün Azərbaycan Respublikasına köçəcəyi təqdirdə, uşaqla ünsiyyətdə qalmasına yenidən baxıla bilər. 4) Cavabdeh bu saziş bağlandığı tarixdən uşağın saxlanılması üçün hər ayın 1-dən 10-a kimi hər ay 220 manat məbləğində aliment verməyi öhtəsinə götürür. Ödəniş isə iddiaçının bank hesabına köçürüləcək 5) Alimentin məbləği atanın iş yerini Azərbaycan Respublikasına dəyişdirdiyi və hazırki iş yeri üzrə əmək haqqının artımına uyğun olaraq, lakin 6 aydan tez olmayaraq yenidən müzakirə oluna bilər. 6) bu Sazişin şərtlərinə əməl olunacağı təqdirdə iddiaçı cavabdehdən qızıl- zinət əşyaları tələbi irəli sürə bilməz. Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-71/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin Həşimov X1 olmasına baxmayaraq hər ay üçün ödənilməli olduğu 220 manat aliment məbləğindən heç bir ayını ödəməmişdir. Hazırda valideyinləri ilə birlikdə yaşayır. Özü tək qadındır, işləmir və əlavə gəlir yeri yoxdur. Övladının tələbatı gündən günə artmaqdadır. Onun tələbatlarını təkbaşına ödəməkdə çox çətinliklər çəkir. Maraqlı şəxs hazırda xaricdə cərrah vəzifəsində çalışır və maddi vaziyyəti çox yüksəkdir. Buna baxmayaraq, öz üzərinə düşən 220 manat məbləğində alimentin ödənilməsində süni maneələr yaradaraq çətinliklər yaradır. Bu səbəbdən Barışıq sazişində göstərilən şərtlərə əməl etmədiyinə görə yaranmış mübahisənin məhkəmə qaydasında həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X6 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "Birinci tərəf" Ərizəçi və “İkinci tərəf” Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş, medlasiya reyestrində M- 00167 nömrəsi ilə qeydiyyatdan keçmiş "Mediator" X3 iştirakı ilə imzalanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00199 saylı Barışıq sazişinin surətindən görünür ki, tərəflər aralarında olan fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün aşağıdakı məzmunda saziş imzalamışdır: “1. Tərəflər arasında bağlanmış 01 sentyabr 2018-ci il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 2488 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razılıq verirlər.
2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2019-cu ıl təvəllüdlü X9 (bundan sonra uşağın) İ Tərəfin yanında qalmasına razılıq verir.
3. İİ Tərəf Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğuldur. O, Azərbaycan Respublikasına gəldiyi halda 1 həftə ərzində uşağı İ Tərəfin yaşadığı yerdən götürüb, ora qaytarmaqla (uşaq gecə İ Tərəfdə qalmaq şərtilə) 1 həftə ərzində onunla ünsiyyətdə ola bilər. Ata gələcəkdə yaşamaq üçun Azərbaycan Respublikasına köçəcəyi təqdirdə, uşaqla ünsiyyət qaydasına yenidən baxıla bilər.
4. İİ Tərəf bu saziş imzalandığı gündən başlayaraq uşağın saxlanması üçün hər ayın 1dən 10-a qədər uşaq üçün hər ay 220 manat məbləğində aliment verməyi öhdəsinə götürür. Ödəniş İ Tərəfin bank hesabına köçürüləcək.
5. Alimentin məbləği atanın iş yerini Azərbaycan Respublikasına dəyişdirdiyi və hazırkı iş yeri üzrə əmək haqqının artımına uyğun olaraq, lakin 6 aydan tez olmayaraq yenidən müzakirə oluna bilər. İlkin və tam mediasiya xərcini (100 manat) Tərəflər bərabər şəkildə ödəyir.
6. Bu Sazişin şərtlərinə əməl edildiyi halda, İ Tərəf İİ Tərəfə qarşı qızıl-zinət əşyaları tələbi irəli sürməyəcək.” Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə olunmuş Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-71/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması və uşağın ananın yanında saxlanılması tələbinə dair” iddiası təmin edilərək, tərəflər arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 2488 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 anasının himayəsində qalması qət edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 305.1.7-ci maddəsinə əsasən məhkəmə, xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar olmadığına görə ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00199 saylı Barışıq sazişi alimentin ödənilməsi ilə bağlı hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00199 saylı Barışıq sazişinin: “İİ tərəf (Maraqlı şəxs) birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına (18 yaş) çatana kimi saxlanması üçün bu saziş imzalandığı gündən başlayaraq hər ayın 1-dən 10-a qədər hər ay 220 manat məbləğində aliment verməyi öhdəsinə götürür. Ödəniş İ tərəfin (Ərizəçi) bank hesabına köçürüləcək.” hissəsi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.