Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-190/2022 30.06.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək,atası X1 ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək,atası X1 24 mart 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,atası xx.xx.1961-ci il təvəllüdlü X2 24 mart 2022-ci il tarixdə Bakı şəhəri,Nəsimi rayonu,Səməd Vurğun-28 May küçəsi, “Muğan” bağında vəfat etmişdir.Atasının ölməsi ilə bağlı Təcili və X5 Stansiyasına məlumat verilmiş və Bakı şəhəri Təcili və X5 Stansiyasının əməkdaşları artıq atası öldükdən sonra gəldiklərindən ona 24 mart 2022-ci il tarixli xəbərdarlıq vərəqəsi vermişlər.O,ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş,lakin Maraqlı şəxs ona xx.xx.2022-ci il tarixli 05/Q6715 saylı imtina məktubu ilə bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalı və o,tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir.Həmçinin ölüm haqqında şəhadətnamənin alınması üçün mərhum atasının qeydiyyatda olduğu poliklinikaya ərizə ilə müraciət etsə də,Azərbaycan Respublikası “İcbari Tibbi Sığorta” üzrə X8 Ərazi Bölmələri İdarəetmə X10 şəxs Bakı şəhər Baş Səhiyyə Mərkəzi Publik Hüquqi şəxs 5 nömrəli Şəhər Poliklinikasından xx.xx.2022-ci il tarixli 119 saylı imtina məktubu verərək bildirmişlər ki,xx.xx.1961-ci il təvəllüdlü Bakı şəhəri,Nəsimi rayonu,3-cü Alatava 133a ünvanında yaşayan X2 5 nömrəli Şəhər Poliklinikasında kardioloq qeydiyyatında olsa da, 24 mart 2022-ci il tarixdə Nəsimi rayonu,Səməd Vurğun-28 May küçəsi,“Muğan” bağında rəhmətə getdiyinə görə poliklinika tərəfindən 106 nömrəli forma verilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək,təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,məhkəmə iclasına gəlməmiş,lakin məhkəməyə məktub göndərərək Ərizəçi iddiasını qəbul etdiklərini bildirmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini və ərizəçinin fikrini nəzərə alaraq hesab edir ki,işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid X3 bildirdi ki,mərhum X2 onun qardaşıdır.Qardaşı 24 mart 2022-ci il tarixdə Bakı şəhəri,Nəsimi rayonu,Səməd Vurğun-28 May küçəsi,“Muğan” bağında gəzintidə olarkən rəhmətə getmiş,ona görə də,ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə,ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib,işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib,belə nəticəyə gəlir ki,ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,X2 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Ərizəçi xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş,Şuşa şəhəri,C.Cabbarlı küçəsi,11 ünvanında qeydiyyatdadır. - Təcili və X5 Stansiyası PHŞ Sahə həkiminin xx.xx.2022-ci il tarixli 03/40 saylı xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci tarixdə saat 15:48 radələrində Bakı şəhəri,Nəsimi rayonu,Səməd Vurğun-28 May küçəsi,“Muğan” bağında 61 yaşlı X1 meyiti aşkar edilmişdir. - Azərbaycan Respublikası “İcbari Tibbi Sığorta” üzrə X8 Ərazi Bölmələri İdarəetmə X10 şəxs Bakı şəhər Baş Səhiyyə Mərkəzi Publik Hüquqi şəxs 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 119 saylı məktubundan görünür ki,xx.xx.1961-ci il təvəllüdlü Bakı şəhəri,Nəsimi rayonu,3-cü Alatava 133a ünvanında yaşayan X2 xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu,Səməd Vurğun-28 May küçəsi, “Muğam” bağında rəhmətə getmişdir.Xəstə 5 nömrəli Şəhər Poliklinikasında kardioloq qeydiyyatında olmuş,lakin xəstə Nəsimi rayonu,Səməd Vurğun-28 May küçəsi, “Muğam” bağında rəhmətə getdiyinə görə poliklinika tərəfindən Forma N106 verilmir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2022-ci il tarixli,05/Q-67/15 saylı məktubu ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalı və o,tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə işin araşdırılan hallarından müəyyən edildi ki, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri,Nəsimi rayonu,Səməd Vurğun-28 May küçəsi, “Muğan” bağında ölmüş və bu fakt Təcili və X5 Stansiyası PHŞ Sahə həkiminin xx.xx.2022-ci il tarixli 03/40 saylı xəbərdarlıq vərəqəsi ilə öz təsdqini tapmışdır.Azərbaycan Respublikası “İcbari Tibbi Sığorta” üzrə X8 Ərazi Bölmələri İdarəetmə X10 şəxs Bakı şəhər Baş Səhiyyə Mərkəzi Publik Hüquqi şəxs 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 119 saylı məktubu ilə xx.xx.1961-ci il təvəllüdlü Bakı şəhəri,Nəsimi rayonu,3-cü Alatava 133a ünvanında yaşayan X2 5 nömrəli Şəhər Poliklinikasında kardioloq qeydiyyatında olsa da, 24 mart 2022-ci il tarixdə Nəsimi rayonu,Səməd Vurğun-28 May küçəsi,“Muğan” bağında rəhmətə getdiyinə görə poliklinika tərəfindən 106 nömrəli forma verilmədiyi bildirilmişdir.Həmçinin Maraqlı şəxs xx.xx.2022-ci il tarixli,05/Q-67/15 saylı məktubu ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalı və o,tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il tarixdə doğulmuş X2 24 mart 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə doğulmuş X2 24 mart 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-190/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-190/2022
30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver