Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-22/2021 22.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi ilə, İlkin iddia üzrə İddiaçı vəkili və nümayəndəsi X4 və Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «əmlak bölgüsü» və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə görə ödənilmiş puldan payın müəyyən edilib verilməsi,mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin İddiaçı «əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ilkin iddiaçı ilə ilkin cavabdehin ailə münasibətlərinin faktiki pozulduğu,ayrı yaşadıqları dövrdən sonra İddiaçı tərəfindən ipoteka krediti,daşınmaz əmlak və həyat sığortası üzrə aparılmış ödənişlərin ümumi məbləğini təşkil etmiş 4152,02 (dörd min yüz əlli iki manat iki qəpik) manatın İddiaçı mülkiyyəti hesab edilməsi və həmin məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi,ümumi birgə mülkiyyətdə olan Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində İddiaçı 2/3 hissədə və Cavabdeh 1/3 hissədə payının müəyyən edilməsi,İddiaçı və Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə 45623,43 (qırx beş min altı yüz iyirmi üç manat qırx üç qəpik) manat ümumi borcun paylara müvafiq olaraq İddiaçı üçün 2/3 hissədə, Cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi,İddiaçı və Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının,dəbbə pulunun (əgər varsa) ödəniş bölgüsünün İddiaçı üçün 2/3 hissədə və Cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin İddiaçı 18.02.2021-ci il tarixdə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, ailə münasibətlərinin faktiki pozulduğu,ayrı yaşadıqları dövrdən sonra İddiaçı tərəfindən ipoteka krediti,daşınmaz əmlak və həyat sığortası üzrə aparılmış ödənişlərin ümumi məbləğini təşkil etmiş 5618,52 (beş min altı yüz on səkkiz manat əlli iki qəpik) manatın İddiaçı mülkiyyəti hesab edilməsi və həmin məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi,hüquqi yardım göstərilməsi ilə əlaqədar olaraq vəkilə ödənilən 500 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ümumi birgə mülkiyyətdə olan Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində İddiaçı 2/3 hissədə və Cavabdeh 1/3 hissədə payının müəyyən edilməsi,İddiaçı və Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə 45060,49 (qırx beş min altmış manat qırx doqquz qəpik) manat ümumi borcun paylara müvafiq olaraq İddiaçı üçün 2/3 hissədə, Cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi,İddiaçı və Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının,dəbbə pulunun (əgər varsa) ödəniş bölgüsünün İddiaçı üçün 2/3 hissədə və Cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 09 dekabr 2016cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 31 yanvar 2018-ci il tarixdə qızları Nuray doğulmuşdur.Ailə münasibətləri pozulduğu üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164/2020 saylı 07.01.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması,birgə nikahdan olan uşağın anasının himayəsində saxlanılması və uşağın saxlanması üçün aliment tutulması qət edilmişdir.Birgə nikahda olduqları dövrdə ipoteka kreditləşməsi yolu ilə 10 mart 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 16 saylı mənzili almışlar.Bu barədə mənzilə dair keçmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ********** qeydiyyat nömrəli,29.03.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarış verilmişdir.Qeyd edilən mənzil 29.03.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə “xxxx” ASC-nin “İpoteka” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.Mənzilin əldə edilməsinə görə ilkin ödəniş kimi tələb olunan 20000 manat vəsaitin 15000 manat hissəsini İddiaçı valideynləri,5000 manat hissəsini isə Cavabdeh özü ödəmişdir.Hazırda “xxxx” ASC tərəfindən təqdim edilmiş 01.09.2020-ci il tarixli 536 nömrəli arayışdan görünür ki,01.09.2020-ci il tarixinə hesablanmış ümumi borc 45.623,43 manat təşkil edir.Həmçinin, tərəflərin faktiki olaraq birgə yaşamadıqları dövrlərdə ödənişlərdə gecikmələr olmuş və bank tərəfindən 24.07.2019-cu il tarixli 167 saylı xəbərdarlıq məktubu göndərilmişdir.Xəbərdarlıq məktubu ilə bağlı Cavabdeh məlumat verilsə də,o banka olan ödənişləri etmədiyindən İddiaçı bank qarşısında özüdə birgə borcalan olduğundan öhdəlikləri özü icra etməyə başlamışdır.10 sentyabr 2019-cu il tarixdən başlayaraq (10 sentyabr 2019-cu il tarixli ödəniş əvvəlki 3 aylıq gecikmələri də əhatə etdiyindən həmin məbləğ 794.24 manat təşkil etmiş) hazırkı vaxtadək təkbaşına cavabdehin heç bir yardımı olmadan bank və sığorta ödənişlərini ödəyir.Faktiki olaraq ailə münasibətlərinin pozulub ayrı yaşamağa başladıqları vaxtdan 2020-ci ilin sonuna qədər ipoteka krediti ödənişi,əmlak sığortası haqqı və həyat sığortası haqqı olmaqla,ümumilikdə 5618,52 manat məbləğində ödəniş etmişdir.Həmçinin qeyd edilən mənzildə qızı ilə birgə yaşayaraq cavabdehin heç bir köməyi olmadan bu müddət ərzində mənzilin qorunub saxlanmasını təşkil etmiş və kommunal ödənişlərini ödəmişdir.Ona görə də,birgə mülkiyyət hesab olunan mənzil üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payı müəyyən edilməlidir.Həmçinin tərəflər ilə “xxxx” ASC arasında bağlanmış 06.03.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsinə əsasən 01.09.2020-ci il tarixinə hesablanmış ümumi 45623,43 manat borc paylara uyğun olaraq İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payı müəyyən edilməlidir.Eləcə də,məhkəmə tərəfindən müəyyən ediləcək borca dair ödəniş üzrə gecikmələr,sığorta haqları ümumi şəkildə deyil,hər bir borcalandan öz payına müvafiq olaraq ayrılıqda tutulmalıdır.Belə ki,kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borcalanlar tərəfindən həyata keçirilməsi məcburi olan ödənişlər sırasında əmlak və həyat sığortası müqavilələri üzrə sığorta haqları ilə bərabər dəbbə pulu (əgər varsa) da göstərilmişdir. İlkin iddia üzrə Cavabdeh “mənzilə görə ödənilmiş puldan payın müəyyən edilib verilməsi,mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin təmin edilməməsini,birgə nikah dövründə alınmış Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 62.7 kv.m ümumi sahədən ibarət 16 saylı ipoteka predmeti olan mənzilə görə nağd ödənilmiş 20000 manat pulun və birgə yaşadıqları dövrdə borca görə ödənilmiş 6570,14 manat puldan hər birinin ½ hissədə payının müəyyən edilməsi,həmin paya uyğun 13285,07 manat və ayrı yaşadıqları dövrdə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilmiş 3552,02 manat olmaqla,cəmi 16837,09 manat pulun ondan alınaraq İddiaçı ödənilməsi, 06.03.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə qalan borc öhdəliyinin ona keçməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı 09 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar.Birgə nikahda olduqları dövrdə Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 62.7 kv.m ümumi sahədən ibarət 16 saylı mənzili almışlar.Həmin mənzili 06.03.2017-ci il tarixdə “xxxx” ASCnin “İpoteka” filialı ilə bağladıqları İK-446-İ nömrəli kredit müqaviləsi əsasında 50000 manat məbləğində illik 4% dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti ilə almışlar.Mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh adına qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli,29.03.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Qeyd edilən mənzilin alınması üçün nəzərdə tutulmuş 20000 manat məbləğində ilkin ödənişi Cavabdeh özü ödəmiş və nağd şəkildə Notariat Kontorunun depozit hesabına qoymuşdur.Həmin pulun çox hissəsi hər iki tərəfin bigə vəsaiti olmuş,yalnız çatışmayan cuzi hissəsini Cavabdeh valideynləri vermişdir.Həmin məbləğin ödənilməsində İddiaçı valideynləri heç bir köməklik göstərməmişlər.İlkin İddiaçı mübahisəli mənzilə Cavabdeh buraxmadığından tərəflər arasındakı münasibətlər pisləşmiş,nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və bir uşağa görə Nurlandan 160 manat,uşağın üç yaşınadək hər ay 50 manat aliment tutulmuşdur.Hətta Nurlanın bütün sənədləri hazırkı vaxtadək həmin mənzildədir. Cavabdeh ürək xəstəsidir və mütəmadi olaraq müalicə alır.İlkin iddiaçı onu öz mənzilinə buraxmadığından valideynlərinin yanında Sumqayıt şəhərində yaşayır və hər gün işə gəlmək üçün Bakı şəhərinə gəlir.Lakin mənzildə faktiki olaraq Vəfa yaşasada Nurlan ayrıldıqdan sonra ilk 2 ayın ödənişi olan 600 manat borcu ödəmişdir.Qeyd edilən mənzilə görə verilən 50000 manat məbləğində kredit Nurlan məcburi köçkün olduğu üçün illik 4% hesablanmaqla verilmiş və dövlət qeydiyyatında onun adına rəsmiləşmişdir.Ona görə də,hesab edir ki,həmin mənzilin bölünməsi mümkün deyildir.Əksinə mənzil üzrə hüquqların və borc öhdəliyinin ona keçməsini,qarşılıqlı cavabdehin mənzildən çıxarılmasını və mənzilə özünün köçürülməsini xahiş edir.Birgə nikah dövründə alınmış ipoteka predmeti olan mənzilə görə nağd verilmiş olan 20000 manat pulun və birgə yaşadıqları dövrdə kredit borcuna görə ödənilmiş 6570,14 manat puldan hər birinin ½ hissədə payının müyyən edilməsini düzgün hesab edir.Həmçinin həmin paya uyğun 13285,07 manat pul və ayrı yaşadıqları dövrdə qarşılıqlı iddia üzrə cavabdehin ödədiyi 3552,02 manat pul İddiaçı mülkiyyətidir.Ona görə də, İddiaçı 16837,09 manat pulu ödəməyə razıdır. İşin məhkəmə baxışında ilkin iddiaçının nümayəndəsi vəkili ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş edib, ilkin iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh-qarşılıqlı iddiaçının vəkili-nümayəndəsi ilkin iddianın rədd edilməsini,qarşılıqlı iddianın təmin edilməsini xahiş edib,qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında çıxış etmiş Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi X11 ilkin və qarşılıqlı iddia tələbinin təmin edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında çıxış etmiş “xxxx” ASC-nin nümayəndəsi X12 ilkin və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib,işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - 3 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.02.2018-ci il tarixli AZ-İV № 088918 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 31 yanvar 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ana qrafasında X9, ata qrafasında Cavabdeh göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 25.02.2018-ci ildə 1265 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164/2020 saylı 07.01.2020-ci il tarixli qətnaməsininin surətindən görünür ki,tərəflərin birgə nikahından doğulmuş 31.01.2018-ci il təvəllüdlü X5 anası X6 yanında qalması, Cavabdeh 31.01.2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan 16.08.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi, tərəflərin birgə nikahından doğulmuş 31.01.2018-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi, X9 ilə Cavabdeh arasında 09.12.2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində 258 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3417/2020 saylı 17.06.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164/2020 saylı 07.01.2020-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən - 31.01.2018-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 28.08.2020-ci il tarixdə verilmiş AZ-İ № 362987 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 nikahı Yasamal Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 28.08.2020-ci il tarixdə 359 № ilə qeyd edilmişdir.Nikah pozulduqdan sonra qadına Allahverdiyeva soyadı verilmişdir. - Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər poliklinikasının 02.11.2020-ci il tarixli 496 saylı arayışından görünür ki,Sumqayıt şəhəri,H.Əliyev prospekti,2-ci mkr,ev 24/61,mənzil 18 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Cavabdeh Sumqayıt şəhər 3 nömrəli şəhər poliklinikasının revmatoloji kabinetində “Xroniki revmatizm,ürək qüsuru,aortal qapaq çatışmamazlığı və mitral qapaq prolapsu” diaqnozu ilə dispanser qeydiyyatındadır,2-ci qrup əlildir və vaxtaşırı müalicələr alır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışdan görünür ki,Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17,mənzil 16 ünvanında yerləşən 62,7 kv.m mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.Bu barədə 29.03.2017-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. - “xxxx” ASC-nin “İpoteka” filialı ilə Cavabdeh və X9 arasında bağlanmış 06.03.2017ci il tarixli İK-446-İ saylı kredit müqaviləsindən görünür ki,borcalanlara mənzil almaq məqsədilə 300 ay müddətinə illik 4% hesablanmaqla 50.000 manat məbləğində kredit verilmişdir. - “xxxx” ASC ilə Cavabdeh və X9 arasında bağlanmış 10.03.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17,mənzil 16 ünvanında yerləşən mənzili banka ipotekaya qoymuşdur. - “xxxx” ASC-nin Cavabdeh ünvanlamış olduğu 24.07.2019-cu il tarixli 167 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 06.03.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə 24.07.2019-cu il tarixinə 263,92 manat aylıq ödəniş və ona hesablanmış 0,45 manat dəbbə pulu olmaqla,cəmi 264,37 manat məbləğində gecikdirilmiş borcu vardır. - “xxxx” ASC-nin 16.02.2021-ci il tarixli 647 saylı arayışından görünür ki, Allahverdiyeva (Məmmədova) Vəfa Elxan qızı ilə bağlanmış 06.03.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə 16.02.2021-ci il tarixinə olan borc 45 060,49 manat təşkil edir. - E-Manat Ödəniş sisteminə ödənilmiş 28.08.2020-ci il tarixli qəbzdən görünür ki,5 saylı Vəkil Bürosuna vəkil xərci üçün 500 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. 213.8-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 214.2-ci m maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 214.4-cü maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh ilə 09 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar,birgə nikahlarından 31 yanvar 2018-ci il tarixdə qızları Nuray doğulmuşdur,ailə münasibətləri pozulduğu üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164/2020 saylı 07.01.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması,birgə nikahdan olan uşağın anasının himayəsində saxlanılması və uşağın saxlanması üçün aliment tutulması qət edilmişdir.Birgə nikahda olduqları dövrdə ipoteka kreditləşməsi yolu ilə 10 mart 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 16 saylı mənzili almışlar.Bu barədə mənzilə dair keçmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ********** qeydiyyat nömrəli,29.03.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarış verilmişdir.Qeyd edilən mənzil 29.03.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə “xxxx” ASC-nin “İpoteka” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.Mənzilin əldə edilməsinə görə ilkin ödəniş kimi tərəflərin birgə vəsaiti kimi 20000 manat pul vəsaiti ödənmiş, qalan məbləğ isə “xxxx” ASC-dən birgə borcalan olaraq tərəflərə 50 000 manat kredit verilmişdir.Təqdim edilmiş 01.09.2020-ci il tarixli 536 nömrəli arayışdan görünür ki,01.09.2020-ci il tarixinə hesablanmış ümumi borc 45.623,43 manat təşkil edir. Həmçinin işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, tərəflər 14 apral 2019-cuil tarixdən faktiki olaraq ayrılmışlar,həmin vaxtdan sonra kredit borcundan banka cəmi 5618,52 manat məbləğində pul ödənilmişdir,bu tərəflərin izahatı və işdə olan ödəniş qəbzləri ilə də təsdiq olunur.İlkin iddiaçı iddia edir ki, həmin 5618,52 manatı təkbaşına ödəmişdir,cavabdeh-qarşılqlı iddiaçı tərəf isə bildirir ki,həmin məbləğin 600 manatını özü ödəmişdir.İlkin iddiaçı 600 manatın 5618,52 manata daxil olmadığını bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.Eyni zamanda,məhkəmə qeyd edir ki, ödəniş qəbzlərindən göründüyü kimi ödənişlər Cavabdeh adından aparılmışdır. Həmçinin, müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından bir uşaqları vardır və o, anasının himayəsindədir.Cavabdeh-qarşılıqlı iddiaçı “Xroniki revmatizm,ürək qüsuru,aortal qapaq çatışmamazlığı və mitral qapaq prolapsu” diaqnozu ilə dispanser qeydiyyatındadır,2-ci qrup əlildir və vaxtaşırı müalicələr alır. Məhkəmə ilkin iddia tələbinə hüquqi qiymət verərək, tərəflərin əmlak və maddi vəziyyətlərini, habelə cavabdehin səhhətini nəzərə alaraq hesab edir ki,tərəflərin ümumi birgə mülkiyyəti sayılan Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin payı ½ hissədə, eyni zamanda İddiaçı və Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə 45060,49 (qırx beş min altmış manat qırx doqquz qəpik) manat qalıq borcda və həmin kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının, dəbbə pulu (əgər varsa) ödəniş bölgüsündə tərəflər birgə borclular olaraq, onların həmin öhdəliyin icrasında hər birinin payı ½ hissədə müəyyən edilməli, bu hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin pul tələbi hissəsinə münasibətdə qeyd edir ki,ilkin iddiaçı tərəfindən 14 aprel 2019-cu il tarixdən sonra aparılmış 5618,52 (beş min altı yüz on səkkiz manat əlli iki qəpik) manatın özü tərəfindən aparılmasını iddia etsə də,həmin məbləğin 600 manatının cavabdeh tərəfindən ödənilməsi iş materialları ilə təsdiq edildiyindən, habelə mübahisəli kreditin təyinatını, ümumi mülkiyyətdə olan mənzildə iddiaçının ½ hissədə payının olmasını nəzərə alaraq hesab edir ki, 5618,52-600= 5018,52 manatın ½ hissəsini təşkil edən 2509,01 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, bu hissədə ilkin iddia qismən təmin edilməlidir. Məhkəmə ilkin iddianın Cavabdeh vəkilə ödənilən 500 manatın tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki,bu işdə olan qəbzlə təsdiq olunur.Hazırda göründüyü kimi iddia tələbi qismən təmin edilmişdir.Bu halda, məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli,həmin məbləğin 150 manat hissəsi Cavabdeh tutulub ilkin iddiaçıya verilməli, bu hissədə də iddia qismən təmin edilməlidir. Məhkəmə işin yuxarıda müəyyən edilmiş faktiki hallarına qarşılıqlı iddia tələbi üzrə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən qanun normasının tələblərindən göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ ayrılan mülkiyyətçiyə məxsusdur, bu alınmadığı təqdirdə ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki,qarşılıqlı iddia tələbi birgə nikah dövründə alınmış Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 62.7 kv.m ümumi sahədən ibarət 16 saylı ipoteka predmeti olan mənzilə görə nağd ödənilmiş 20000 manat pulun və birgə yaşadıqları dövrdə borca görə ödənilmiş 6570,14 manat puldan hər birinin ½ hissədə payının müəyyən edilməsi,həmin paya uyğun 13285,07 manat və ayrı yaşadıqları dövrdə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilmiş 3552,02 manat olmaqla,cəmi 16837,09 manat pulun ondan alınaraq İddiaçı ödənilməsi, 06.03.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə qalan borc öhdəliyinin ona keçməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdeh İddiaçı mübahisəli mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi hissəsinə münasibətdə qeyd edir ki,iş materiallarından göründüyü kimi, Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 62.7 kv.m ümumi sahədən ibarət 16 saylı mənzil tərəflərin birgə mülkiyyətidir.Onların hər ikisinin orada yaşamaq,istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi İddiaçı mübahisəli mənzildən çıxarılması hissəsində əsassız olmaqla təmin edilməməli və cavabdeh–qarşlıqlı iddiaçının mənzilə köçürülməsi hissəsində əsaslı olmaqla təmin edilməli münasibətdə qismən təmin edilməli, Cavabdeh Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 16 saylı mənzilə köçürülməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli,Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin payı ½ hissədə,eyni zamanda İddiaçı və Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə 45060,49 (qırx beş min altmış manat qırx doqquz qəpik) manat məbləğdə qalıq borcda və həmin kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının, dəbbə pulu (əgər varsa) ödəniş bölgüsündə tərəflər birgə borclular olaraq, onların həmin öhdəliyin icrasında hər birinin payı ½ hissədə müəyyən edilməli, Cavabdeh 2509,01 manat məbləğində kredit borcuna görə ödənilmiş pul, 150 manat vəkilə çəkilən xərcə görə pul tutularaq İddiaçı ödənilməli,ilkin iddia qalan hissədə təmin edilməməli,qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 16 saylı mənzilə köçürülməli,qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hər iki iddia qismən təmin edildiyindən tərəflərin ödəmiş olduqları dövlət rüsumu xərci özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin payı ½ hissədə,eyni zamanda İddiaçı və Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə 45060,49 (qırx beş min altmış manat qırx doqquz qəpik) manat məbləğdə qalıq borcda və həmin kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının, dəbbə pulu (əgər varsa) ödəniş bölgüsündə tərəflər birgə borclular olaraq, onların həmin öhdəliyin icrasında hər birinin payı ½ hissədə müəyyən edilsin. Cavabdeh 2509,01 manat məbləğində kredit borcuna görə ödənilmiş pul və 150 manat vəkilə çəkilən xərcə görə pul tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu,Xırdalan şəhəri,Nəbi Xəzri küçəsi,ev 17 ünvanında yerləşən 16 saylı mənzilə köçürülsün, Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-22/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-22/2021
22.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver