Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-227/2023 03.08.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X13 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qardaşı- xx.xx.1987-ci il tarixdə Şuşa şəhərində anadan olmuş X6 1992-ci ildə Şuşa şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci il təvəllüdlü qardaşı X3 şəhərində anadan olmuş və Şuşa şəhəri, Nərimanov küçəsi, ev 21, mənzil 26 ünvanında yaşamışdır. Qardaşı Şuşanın ermənilər tərəfindən işğalı zamanı, yəni 1992-ci ildə yaşadıqları binaya atılan mərmi səbəbindən vəfat etmişdir. Onun ölməsi barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, xx.xx.2022-ci il tarixli cavab məktubunda ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Bununla yanaşı, doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət olunmuş, lakin doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə baxışı zamanı qardaşının vəfat etməsi faktını əmisi Hümbətov Zahid və bibisi Hümbətova Svetlana şahid qismində ifadə verərək təsdiq edə bilər. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və həmin sənədi başqa qaydada əldə edə bilmədiyimdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində ərizəçinin əmisi olduğunu, xx.xx.1987-ci il tarixdə Şuşa şəhərində anadan olmuş X6 1992-ci ildə Şuşa şəhərində yaşadıqları binaya ermənilər tərəfindən atılan mərmi nəticəsində vəfat etdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində ərizəçinin bibisi olduğunu, xx.xx.1987-ci il tarixdə Şuşa şəhərində anadan olmuş X6 1992-ci ildə Şuşa şəhərində yaşadıqları binaya ermənilər tərəfindən atılan mərmi nəticəsində vəfat etdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində ərizəçinin xalası olduğunu, xx.xx.1987-ci il tarixdə Şuşa şəhərində anadan olmuş X6 1992-ci ildə Şuşa şəhərində yaşadıqları binaya ermənilər tərəfindən atılan mərmi nəticəsində vəfat etdiyini göstərdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Qaradağ rayon Lökbatan MKİS-nin xx.xx.2023-cü il tarixli 488 saylı arayışından görünür ki, Ərizəçi Şuşa şəhəri, Nərimanov küçəsi, ev 21, mənzil 26 ünvanında qeydiyyatdadır. Lökbatan qəsəbəsi “Qobu Park 2” y\k, bina 19 mənzil 88 məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır. XVİİ-JQ seriaylı 255254 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuşdur, atası qrafasında X9, anası qrafasında X2 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilmişdir ki, X9 xx.xx.2004-ci il tarixdə, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Şuşa Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 09.06. 2023-cü il tarixli PHŞ-6-74/3-300/2023 saylı məktubundan göründüyü kimi, Şuşa rayon sakini X12 haqqında müəssisədə heç bir məlumat yoxdur. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-226/15 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum qardaşı X6 ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi qardaşı X6 1992-ci ildə Şuşa şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il tarixdə Şuşa şəhərində anadan olmuş X6 1992-ci ildə Şuşa şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(077)-227/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-227/2023
03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver