Məhkəmə qərarları › İş №2(077)-256/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-256/2025

30.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-256/2025 30.05.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında imzalanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-01555 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikahları Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-376/2024 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2024-cü il tarixində aralarında barışıq sazişi imzalanmışdır. Qeyd olunan barışıq sazişi ilə birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 onun himayəsinə verilməsi, övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi, Maraqlı şəxs övladı ilə heç bir məhdudiyyət qoyulmadan ağlabatan məkanda və ağlabatan müddətdə uşağın hüquqlarının qorunması şərti ilə ünsiyyət yarada bilməsi barədə razılıq əldə edilmişdir. Alimentlə bağlı razılığa gələrək barışıq sazişi bağlanmasına baxmayaraq, cavabdeh alimenti vaxtında və şazışdə göstərilən məbləğdə ödəməkdən yayınır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi X2 və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsini rəhbər tuturaq ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Birinci tərəf X2 və İkinci tərəf Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə imzalanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-01555 nömrəli Barışıq sazişinin surətindən görünür ki, tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi imzalamışdır: “1.Tərəflər kimi çıxış edən X2 və Maraqlı şəxs xx.xx.2015-ci il tarixdə, 1222 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər.

2. İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2018-ci il təvəllüdlü X4 anası X1 himayəsində qalmasına etiraz etmir.

3. İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2018-ci il təvəllüdlü X6 üçün xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 1-dən 10-unadək 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment haqqını ikinci tərəf kimi çıxış edən X1 adına olan bank hesabına ödəməyi öhdəsinə götürür.

4. Birinci tərəf kimi çıxış edən X2 birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2018-ci il təvəllüdlü X4 atası ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs ilə ağlabatan məkanda, ağlabatan müddətdə uşağın hüquqlarının qorunması şərtilə ünsiyyətinə (görüşünə) etiraz etmir.” Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin 26.11,2024-cü il tarixli, 2(077)- 376/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Rüstəmova (Xəlilova) Sayalı Kamaləddin qızının cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması tələbinə dair" tərəflər arasında xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1222 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı “Rüstəmova”dan “Xəlilova”ya dəyişdirilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 305.1.7-ci maddəsinə əsasən məhkəmə, xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar olmadığına görə ərizə təmin edilməli, Xəlilova (Rüstəmova) Sayalı Kamaləddin qızı ilə Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-01555 nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 355-23, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi Xəlilova (Rüstəmova) Sayalı Kamaləddin qızı ilə Maraqlı şəxs arasında imzalanmış aşağıdakı məzmunda xx.xx.2024-cü il tarixli, MŞB/6-01555 nömrəl Barışıq sazişi təsdiq edilsin. “1.Tərəflər kimi çıxış edən X2 və Maraqlı şəxs xx.xx.2015-ci il tarixdə, 1222 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər.

2. İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2018-ci il təvəllüdlü X4 anası X1 himayəsində qalmasına etiraz etmir.

3. İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2018-ci il təvəllüdlü X6 üçün xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 1-dən 10-unadək 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment haqqını ikinci tərəf kimi çıxış edən X1 adına olan bank hesabına ödəməyi öhdəsinə götürür.

4. Birinci tərəf kimi çıxış edən X2 birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2018-ci il təvəllüdlü X4 atası ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs ilə ağlabatan məkanda, ağlabatan müddətdə uşağın hüquqlarının qorunması şərtilə ünsiyyətinə (görüşünə) etiraz etmir.” Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar