Məhkəmə qərarları › İş №2(077)-283/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-283/2022

22.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-283/2022 22.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək,oğlu 19 fevral 1986-cı il təvəllüdlü X5 22 aprel 2022-ci il tarixdə Abşeron rayonu,Xırdalan şəhərində fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,mərhum X7 onun oğludur.Oğlu 22 aprel 2022-ci il tarixdə Abşeron rayonu,Xırdalan şəhərində yaşadıqları fərdi yaşayış evində gecə saatlarında qəflətən ölmüşdür.Evə Təcili və X4 Stansiyasından həkim çağırılsa da,həkim oğlunun artıq öldüyünü bildirmişdir.X11 şəhərində yerləşən qəbirstanlıqda basdırmışlar.Ölüm faktının qeydə alınması üçün Abşeron Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş,lakin ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyinə görə ona imtina verilmişdir.Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş,lakin oğlunun ölüm səbəbi bilinmədiyindən tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək,təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X1 bildirdi ki,Ərizəçi onun qonşusudur.Ərizəçinin oğlu X7 22 aprel 2022-ci il tarixdə anası ilə birlikdə yaşadığı evdə vəziyyəti pisləşmiş və ölmüşdür.Mərhumu Xırdalan şəhərində yerləşən qəbirstanlıqda basdırmışlar və dəfn mərasimində özü iştirak etmişdir. Məhkəmə iclasında şahid X6 bildirdi ki,o,Xırdalan şəhərində yaşayır və Ərizəçi onun qonşusudur.Ərizəçinin oğlu X7 22 aprel 2022-ci il tarixdə yaşadığı evdə ölmüşdür.Mərhumu Xırdalan şəhərində yerləşən qəbirstanlıqda basdırmışlar və dəfn mərasimində özü iştirak etmişdir. Məhkəmə,ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib,işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib,belə nəticəyə gəlir ki,ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: - Laçın rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş Xİ-ЖГ № 366866 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1986-cı il tarixdə Laçın şəhərində doğulmuş,atası X8,anası Ərizəçi qeyd edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 15686192 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,X7 xx.xx.1986-cı il tarixdə Laçın şəhərində doğulmuşdur.Yaşayış yeri Şuşa rayonu,Göytala kəndi qeyd edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Ərizəçi xx.xx.1959-cu il tarixdə Beyləqan rayonu,Əlnəzərli kəndində doğulmuş,Şuşa şəhəri,Göytala kəndində qeydiyyatdadır. - Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X4 Stansiyasının xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki,xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində Xırdalan şəhəri,27,bina 12,mənzil 49 ünvanında həkimə qədər kişi cinsi meydi aşkar edilmiş,üzərində zorakılıq əlamətlərinin aşkar edilmədiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1036 saylı məktubundan görünür ki, X5 ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli,05/Q-1536/15 saylı məktubu ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalı və o,tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. - Abşeron rayonu Xırdalan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli XB-122 saylı arayışından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Xırdalan Qəbirstanlığından dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki,X7 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu,Xırdalan şəhəri,27-ci məhəllə,ev 12,mənzil 49 ünvanında ölmüş və bu fakt Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X4 Stansiyasının xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsi ilə öz təsdqini tapmışdır.Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1036 saylı məktubu ilə X5 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.Həmçinin Abşeron rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli,05/Q-1536/15 saylı məktubu ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalı və o,tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə hesab edir ki,X5 22 aprel 2022-ci il tarixdə Abşeron rayonu,Xırdalan şəhərində fərdi yaşayış evində ölməsi faktı ərizəçinin izahatı,şahid ifadələri və iş materialları ilə təsdiq olunur.Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1986-cı il tarixdə doğulmuş X5 22 aprel 2022-ci il tarixdə Abşeron rayonu,Xırdalan şəhərində fərdi yaşayış evində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixdə doğulmuş X5 22 aprel 2022-ci il tarixdə Abşeron rayonu,Xırdalan şəhərində fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar