Məhkəmə qərarları › İş №2(077)-336/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-336/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-336/2024 31.10.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X16 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək qardaşı- xx.xx.1988-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olmuş X7 xx.xx.1992-ci il tarixdə Şuşa rayonu, Malıbəyli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X2 ilə anası X9 xx.xx.1987-ci il tarixdə evlənmiş, xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından dörd övladı- X15, X10, X4 və X12 dünyaya gəlmişlər. X2 xx.xx.2024-cü ildə vəfat etmişdir. X3 xx.xx.1988-ci il tarixdə Babək rayonu Cəhri kəndində anadan olmuşdur. İ Qarabağ Müharibəsi zamanı xx.xx.1992-ci ildə Şuşa rayonu Malıbəyli kəndi işğal olunan zaman düşmən əsgərləri tərəfindən öldürülmüşdür. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etdikdə qardaşının ölüm haqqında şəhadətnaməsi tapılmamış və ona rəsmi olaraq ölüm akt qeydiyyatı kitabında qeydiyyatın aparılmadığı bildirilmişdir. Ölüm haqqında şəhadətnamənin əldə olunması qeyri-mümkündür. Başqa qaydada ölüm şəhadətnaməsinin əldə olunması mümkün olmadığından bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Maraqlı şəxsin təqdim etdiyi sənədlə müəyyən olunur ki, qardaşı barədə ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində ərizəçinin həmkəndlisi olduğunu bildirmiş, X7 xx.xx.1992-ci il tarixdə Şuşa rayonu, Malıbəyli kəndində ermənilər tərəfindən atılan güllə nəticəsində vəfat etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X1 şahid X11 ilə eyni məzmunda ifadə verərək, ərizəçinin ərizsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: XİV-JQ seriaylı 258101 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.1988-ci il tarixdə Babək rayonu Cəhri kəndində anadan olmuşdur, atası qrafasında X8, anası qrafasında X9 qeyd edilmişdir. XV-JQ seriaylı 402607 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Şuşa rayonunda anadan olmuşdur, atası qrafasında X8, anası qrafasında X9 qeyd edilmişdir. AZ-İİ seriaylı 415479 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8- 10-1322/1/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum X3nun ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi X3nun xx.xx.1992-ci il tarixdə Şuşa rayonu, Malıbəyli kəndində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olmuş X7 xx.xx.1992-ci il tarixdə Şuşa rayonu, Malıbəyli kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar