Məhkəmə qərarları › İş №2(077)-38/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-38/2021

22.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-38/2021 22.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil və Cavabdeh vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak tələbi»nə və iddiaçı Cavabdeh İddiaçı qarşı, üçüncü şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi və X6 “avtomobilin alqısatqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən (istifadəsindən) alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil İddiaçı mülkiyyətindədir və mülkiyyətində olması barədə adına verilmiş və bu barədə 25.06.2020-ci il tarixli “AD 823084” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi vardır. Təxminən 2020-ci ilin avqust ayının əvvəllərində həmin avtomobili İddiaçı kredit yolu ilə Cavabdeh satmışdır.Aralarında etibar olduğundan avtomobilin alqı-satqısına dair kredit sənədləşdirilməsi aparılmamış, razılaşdıqları qiyməti Cavabdeh hər ay İddiaçı ödəməli idi.İddiaçı Cavabdeh avtomobili yalnız idarə etmək üçün etibarnamə vermiş,cavabdeh avtomobilin pulunu tam ödəyib qurtardıqdan sonra isə alqısatqı müqaviləsi bağlanmalı idi.Cavabdeh Halil qızı hazırkı vaxtadək heç bir ödəniş etməmiş,nə də ki,avtomobili qaytarmamışdır.İddiaçı avtomobilin idarə edilməsi üçün vermiş olduğu etibarnaməni 14.10.2020-ci il tarixdə ləğv etdirmiş,Cavabdeh 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobili qaytarmadığı üçün məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı, üçüncü şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi və X6 qarşı “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ** SO *** dövlət qeydiyyat nişanlı “X23 minik” markalı,universal tipli,2012-ci il buraxılışlı,qara rəngli,BAN WP1ZZZ92ZCLA83204 avtomobilə dair Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 25.06.2020-ci il tarixli avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırılmışdır ki, 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobili Cavabdeh məxsusdur. İddiaçıı lombardın işçisi kimi tanıyır. İddiaçı hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 100 ünvanda fəaliyyət göstərən,(VÖEN:**********) ”LOTTO” lombardın işçisidir, özünə dost bildiyi X11 isə 16 sentyabr 2018-ci il tarixdən tanıyır.Bir müddət sonra X15 ilə dostluq münasibətləri ciddiləşmişdir.X1 Vəfa Hilal qızından on gün müddətinə əmisi üçün borca 3000 manat pul istəmiş və borcunu dediyi vaxtdan tez qaytarmışdır.Bu səbəbdən də aralarında etibar yaranmışdır. 2020-ci ildə dostu X1 Vəfa Hilal qızına bildirmişdir ki, əmisi X14 ciddi problemləri var və ona təcili pul lazımdır. X1 Vəfa Hilal qızına bildirmişdir ki, ”LOTTO” lombardın sahibi X16 onun tanışıdır.Əgər ona inanırsa “X23 minik” markalı avtomobili girov kimi göstərək 1 aylığına borca pul alsın,1 ay tamam olanda isə borcu əmisinin köməkliyi ilə qaytaracaqlar. Cavabdeh ona inandığından və onu darda qoymamaq üçün dostuna köməklik etmək məqsədi ilə səhəri gün X15 ilə görüşmüş,lakin sonuncu ona avtomobili 1 aylıq ”LOTTO” lombardın sahibi X10 adına keçirtsələr borca pul götürə biləcəyini demişdir.Cavabdeh məlum olmayan sənədləşməni X15 və əmisi X20 aparmışlar.Yekunda Cavabdeh DYP-ə gedərək həmin avtomobili ”LOTTO” lombardın sahibi X10 adına yox İddiaçı adına keçirmişdir. Cavabdeh avtomobilini İddiaçı satmaq niyyəti olmamışdır. İddiaçı Cavabdeh avtomobili almaq üçün pul verməmişdir.Lakin sonradan məlum olmuşdur ki, İddiaçı ”LOTTO” lombardın sahibi deyildir. Cavabdeh, dostu Aydın və onun əmisi Azər ilə ”LOTTO” lombarda getmişlər, lombardın sahibi X7 39000 manat pul almışlar. Götürülən məbləğdən Cavabdeh pul verməmişlər. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 25.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi uydurulma və pərdələnmiş əqddir.Avtomobilin alqı –satqı müqaviləsi İddiaçı ilə, kredit müqaviləsi isə ”LOTTO” lombardın sahibi X16 ilə bağlanmışdır.Avtomobilin sənədləri saxta müqavilə əsasında İddiaçı adına keçsə də, avtomobil Cavabdehdır. Həmin avtomobil İddiaçı istifadəsində olmamışdır. 1ay tamam olanda Cavabdeh məlum olmuşdur ki, özünə dost bildiyi X15 və onun əmisi X20 ona olan etibarından sui- istifadə edərək, İddiaçı ilə birlikdə ona qarşı dələduzluq etmiş və ona külli miqdarda maddi ziyan vurmuşlar. Cavabdeh ilə İddiaçı arasında bağlanmış saxta alqı-satqı müqaviləsi formal xarakter daşıyır. Bütün bunılara əsasən Cavabdeh “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması” üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin məhkəmə baxışında iddiaçının nümayəndəsi vəkili Vəkil “əmlak tələbi”nə dair iddianın təmin edilməsini, “avtomobilin al-satqı müqaviləsinin etibarsız sayılmasına” dair iddianın rədd edilməsini məhkəmədən xahiş edib, iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında digər iddiaçının vəkili X17 “avtomobilin al-satqı müqaviləsinin etibarsız sayılmasına” dair iddianın təmin edilməsini, “əmlak tələbi”nə dair iddianın rədd edilməsini xahiş edib iddianın məzmununa uyğun izahat verdi. Üçüncü şəxşlər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi və ”LOTTO” lombardın sahibi X12 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. X12 ərizə göndərərək onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq işə üçüncü şəxşlər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin və ”LOTTO” lombardın sahibi X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib,iş materiallarını araşdırıb,iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «əmlak tələbi»nə dair iddiası təmin edilməli, iddiaçı Cavabdeh İddiaçı, üçüncü şəxslər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə və X6 qarşı “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası rədd edilməlidir. İş materiallarında olan: - AD serialı 823084 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil 25.06.2020-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır. -Elektron notariat “avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki,İddiaçı özünə məxsus 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobili idarə etməyi 14.10.2020-ci il tarixədək Cavabdeh etibar etmişdir. Həmin etibarnamə 08.10.2020-ci il tarixdə ləğv etdirmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin 29.06.2021-ci il tarixli 016-75177-1221 saylı məktubundan görünür ki,Cavabdeh mülkiyyətində olmuş 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil hesab arayış əsasında 17.06.2020-ci il tarixdə Cavabdeh qeydiyyatından çıxaraq KOM maqazinin qeydiyyatına düşmüşdür. 25.06.2020-ci il tarixdə 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil İddiaçı qeydiyyatına keçmişdir. - AD serialı 248032 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışı, qara rəngli **-LG-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil 29.05.2018-ci il tarixdə X2 adına qeydiyyatda olmuşdur. - AD serialı 670692 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışı, qara rəngli **-LG-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil 28.11.2019cu il tarixdə Cavabdeh adına qeydiyyatda olmuşdur. -12.03.2021-ci il tarixli Binəqədi RPİ-nin 6-cı PB-nin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh tələbi ilə bağlı cinatət işinin başlanması rədd edilmiş və ona tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. - «LOTTO” lombardın sahibi X12 tərəfindən işə götürülmüş X18 oğlu ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2020-ci il tarixli 25/06/20/15 saylı kredit və girov müqaviləsindən görünür ki, Cavabdeh«LOTTO” lombardan 24 ay müddətinə 20 000 manat məbləğində borc pul götürmüş,borc öhdəliyinin təminatı olaraq İddiaçı mülkiyyətində olan 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil 50000 manat qiymətləndirilmiş və «LOTTO” lombarda girov qoyulmuşdur. - 25.06.2020-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Lotto kredit ilə Cavabdeh arasında bağlamış 19 avqust 2020-ci il tarixli 25 iyun 2020-ci il tarixli 25/06/20/15 saylı kredit və girov müqaviləsinə əsasən üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, sonuncuya 25.06.2020-ci il tarixdə 39.000 manat məbləğində kredit vermişdir. - «LOTTO” lombardın sahibi X12 tərəfindən işə götürülmüş X18 oğlu ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2020-ci il tarixli 19/08/20/16 saylı kredit və girov müqaviləsindən görünür ki, Cavabdeh«LOTTO” lombardan 24 ay müddətinə 39000 manat məbləğində borc pul götürmüş,borc öhdəliyinin təminatı olaraq İddiaçı mülkiyyətində olan 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil 50000 manat qiymətləndirilmiş və «LOTTO” lombarda girov qoyulmuşdur. - 19.08.2020-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Lotto kredit ilə Cavabdeh arasında bağlamış 19 avqust 2020-ci il tarixli 19/08/2020/16 saylı kredit və girov müqaviləsinə əsasən üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, sonuncuya 19.08.2020-ci il tarixdə 39000 manat məbləğində pulu almışdır. - 06.11.2020-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 08.02.2021-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı Cavabdeh tərəfindən 10,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər; 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir; 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə İddiaçı iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil AD №823084 serialı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 25.06.2020-ci il tarixdən İddiaçı məxsusdur. O, həmin avtomobil ilə əlaqədar avtomobili idarə etmək üçün Cavabdeh 13.08.2020-ci ildə etibarnamə vermiş, lakin 08.10.2020-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir.İddiaçı avtomobili Cavabdeh geri tələb etsə də, cavabdeh avtomobili qaytarmamışdır. Məhkəmə onun iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli, təmin edilməli, İddiaçı məxsus “2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə digər iddia tələbi ilə əlaqədar isə qeyd edir ki, Cavabdeh cavabdeh İddiaçı, üçüncü şəxslər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə və X6 qarşı “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də,25.06.2020-ci il tarixli alq-satqı müqaviləsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir, iş materiallarından göründüyü kimi mübahisəli avtomobillə bağlı tərəflər arasında alqı-satqı müqaviləsi mövcud deyildir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil alqı-satqı müqaviləsi əsasında deyil,hesab-arayış əsasında 17.06.2020-ci il tarixdə Cavabdeh qeydiyyatından çıxaraq KOM maqazinin qeydiyyatına düşmüş, 25.06.2020-ci il tarixdə həmin avtomobil İddiaçı adına qeydiyyatına keçmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bu iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı «əmlak tələbi»nə dair iddiası təmin edilməli, İddiaçı oğluna məxsus 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, Cavabdeh İddiaçı, üçüncü şəxslər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə və X6 qarşı “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak tələbi»nə dair iddiası təmin edilsin. İddiaçı oğluna məxsus 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X23 minik” markalı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Cavabdeh İddiaçı, üçüncü şəxslər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə və X6 qarşı “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar