Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-391/2025 05.09.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, X3 iclas katibliyi, ərizəçi Bayramova (Şahin) İradə Nizami qızının iştirakı ilə, Ərizəçi Bayramova (Şahin) İradə Nizami qızının maraqlı şəxs Şahin Hasana qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bayramova (Şahin) İradə Nizami qızı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Şahin Hasan ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01727 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, aralarında Bakı 8 saylı Mediasiva Təşkilatında bağlanmış MŞB/8/2025-01727 saylı xx.xx.2025-ci il tarixli "Barışıq Sazişi" əsasən X18 Sazişi imzalandıqdan sonra birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 20-dək 350 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Bu vəsaiti təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair cavabdehi öz üzərinə götürdüyü öhdəliklə razıdır. X15 tərəfindən bu günə kimi sazişin şərtləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Bayramova (Şahin) İradə Nizami qızı ərizəni müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Şahin Hasan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 25.2-ci maddəsini rəhbər tuturaq ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bayramova (Şahin) İradə Nizami qızı və Şahin Hasan arasında Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş, medlasiya reyestrində M-00370 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə imzalanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01727 saylı Barışıq sazişinin surətindən görünür ki, tərəflər, aralarında olan “aliment tələbi” ilə bağlı mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün aşağıdakı məzmunda saziş imzalamışdır: “ 1. Birinci tərəf: X2 Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) İkinci tərəf: SAHİN HASAN ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf SAHİN HASAN ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 20-dək 350 (üç yüz əlli) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. Birinci tərəf: X2 mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.
1. İkinci tərəf: SAHİN HASAN Bu Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) Birinci tərəf: X9 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: X5 xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 20-dək 350 (üç yüz əlli) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.
2. İkinci tərəf: SAHİN HASAN Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir.” Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə olunmuş Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(077)- 98/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh X10 (Türkiyə Respublikasının vətəndaşı) qarşı “nikahın pozulması və uşağın ananın yanında qalması tələbinə dair” iddiası təmin edilərək, tərəflər arasında xx.xx.2013-cü il tarixdə Türkiyə Respublikasının Kırıkkale Belediyyesi Evlendirme memurluğunun qeydlər kitabında 1283 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2015-ci il təvəllüdlü X6 anası X4 yanında qalması qət edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə, xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar olmadığına görə ərizə təmin edilməli, Bayramova (Şahin) İradə Nizami qızı və Şahin Hasan arasında Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01727 saylı Barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Bayramova (Şahin) İradə Nizami qızı və Şahin Hasan arasında Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş, medlasiya reyestrində M-00370 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə imzalanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01727 saylı Barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X8