Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-413/2024 10.12.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, anasıxx.xx.1946-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə anası- xx.xx.1946-cı il təvəllüdlü X1 vəziyyəti qəfil pisləşmiş, dərhal Təcili və X2 Stansiyasına müraciət etmişdir. Həmin gün saat 22:31 radələrində TTTYS-nın 6 saylı bölməsinin həkimləri evə gələrək anasını müayinə etmiş, “həkiməqədərki ölüm” faktı qeydə alınmış və “ölüm haqqında xəbərdarlıq vərəqəsi” tərtib edilərək ona təqdim edilmişdir. Bundan sonrakı bir neçə gün ərzində anasının hüzr mərasimini təşkil etmiş, hüzr mərasimləri bitdikdən sonra, “ölüm haqqında xəbərdarlıq vərəqəsi” və digər sənədləri götürərək anasının yaşayış yeri üzrə Qaradağ rayonunda yerləşən Poliklinikaya müraciət edərək “ölüm haqqında tibbi şəhadətnamə” verilməsini xahiş etmişdir. Lakin poliklinika “ölüm haqqında xəbərdarlıq vərəqəsi”də ölümün səbəbləri qeyd edilmədiyi üçün “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etmişdir. Dəfələrlə həm poliklinikaya, həm də TTTYS-nın 6 saylı bölməsinə müraciət etsə də, ölümün səbəbi barədə rəsmi sənəd ala bilməmişdir. Nəhayət xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə müraciət edərək, anasının ölüm faktının qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Qeydiyyat şöbəsi ölümün qeydiyyata alınmasından imtina barədə xx.xx.2024-cü il tarixli məktub vermiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Anasının ölüm haqqında şəhadətnaməsinin alınmasında məqsəd bundan ibarətdir ki, ölüm faktı qanuna əsasən qeydiyyata alınsın, təqaüdünün verilməsi dayandırılsın, şəxsiyyət vəsiqəsi təhvil alınsın və s. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ərizəçinin anası X4 onun xalasıdır. xx.xx.2024-cü il tarixində xalası onların evində olmuşdur. Xalası yaşlı idi. Evdə ondan başqa bacısı və anası da olmuşdur. Xalasının vəziyyəti birdən pisləşmiş, ərizəçiyə və təcili tibbi yardıma zəng etmişdir. Müayinədən sonra həkim xalasının kliniki ölüm keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 eyni məzmunda ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İİİ-JQ seriaylı 385978 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ciı il tarixdə Bərdə rayonunun Şirvanlı kəndində anadan olmuşdur, atası qrafasında X3, anası qrafasında X4 qeyd edilmişdir. Təcili və X2 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, həmin tarixdə saat 22:31 radələrində X1 adına təcili tibbi yardım stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə həkimə qədər ölüm, qadın cinsli meyid aşkar olunmuşdur. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8- 2856/24 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum anası- xx.xx.1946-cı il təvəllüdlü X1 ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi anasıxx.xx.1946-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-413/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-413/2024
10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver