Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-418/2023 23.11.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, aralarında Bakı 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilərək, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay onun xeyrinə 250 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə faktiki nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. Alimentlə bağlı aralarında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 1 saylı Mediasiya Təşkilatına müraciəti əsasında aralarında müəyyən razılaşma olmuş və Barışıq sazişi imzalanmışdır. Barışıq Sazişinin şərtlərinə əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixindən başlayaraq uşağın saxlanması üçün hər ay 250 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Barışıq sazişinin könüllü icrası üçün qanunla müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq, saziş Maraqlı şəxs tərəfindən icra olunmamışdır. Bu səbəbdən Barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, himayəsində körpə uşağının olmasını nəzərə alaraq məhkəmədən mülki işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "Birinci tərəf" Ərizəçi və “İkinci tərəf” Maraqlı şəxs arasında Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş, medlasiya reyestrində M- 00160 nömrəsi ilə qeydiyyatdan keçmiş "Mediator" X2 iştirakı ilə imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, tərəflər arasında aşağıdakı məzmunda saziş imzalamışdır: “1. Mediasiya (mübahisə) tərəfləri X8 adlı övladın yetkinlik yaşına çatanadək ananınyəni, Ərizəçi himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəldilər.
2. İkinci tərəf - yəni ata (Maraqlı şəxs) X8 adlı övladın yetkinlik yaşına çatanadək ananınyəni, Ərizəçi himayəsində saxlanması və yaşayış xərclərini qarşılamaq üçün anaya hər təqvim ayı 250 AZN (iki yüz əlli manat) məbləğində aliment ödəməyə razılaşır.
3. Mediasiya (mübahisə) tərəfləri alimentin 15 sentayabr 2023-cü il tarixindən hesablanması barədə qarşılıqlı razılığa gəldilər.
4. Mediasiya (mübahisə) tərəfləri yuxarıda göstərilən aliment məbləğinin anaya- yəni, Ərizəçi müvafiq bank hesabı üzrə hər təqvim ayının 15-ci (on beşinci) gününə qədər ödənməsi barədə qarşılıqlı razılığa gəldilər.” Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 305.1.7-ci maddəsinə əsasən məhkəmə, xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar olmadığına görə ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 355-23, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində xx.xx.2023-cü il tarixdə imzalanmış Barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 sentyabr 2023-cü il tarixindən hesablanmaqla, hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X7