Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-64/2025 17.01.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X11 Bəşərəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 ilə aralarında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 Giirşad oğlu ilə xx.xx.2012-cü il larixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahlarından 2 övladları- xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4181/2023 saylı qətnaməsi ilə nikahları rəsmən pozulmuşdur. Maraqlı şəxslə ayrı yaşayırlar və ailəni bərpa etmək fikrində deyil. Mediasiyada maraqlı şəxslərlə aralarında bağlanmış barışıq sazisinə əsasən heç bir mülki mübahisələrinin olmaması ilə bağlı və övladları ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzilə köçürülüb yaşamaqla bağlı razılaşmışlar. Hazırda Maraqlı şəxs1 valideyinləri ilə yuxarıda göstərdiyi ünvanda yaşayırlar. Hesab edir ki, mediasiyanın verdiyi xx.xx.2024-cü il tarixli, ******* saylı barışıq sazişində göstərilən halların təsdiq edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 25.2-ci maddəsini rəhbər tuturaq ərizəyə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4181/2023 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs1 ilə Ərizəçi arasında xx.xx.2012-cü il larixdə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X3 Ərizəçi himayəsində saxlanılması, onların saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimenti Maraqlı şəxs1 hər ay ödəməyi öhdəsinə götürməsi barədə Maraqlı şəxs1 ilə Ərizəçi arasında mediasıya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzil-Komunal istismar sahəsi tərəfindən veriimiş xx.xx.2023-cü il tarixli, 347 saylı və 348 saylı, arayışlardan müəyyən olunmuşdur ki, Ərizəçi və Maraqlı şəxs1 ünvan 2i ünvanında yerləşən 588 yerli məcburi köçkün qəsəbəsi, bina 5, mənzil 16 ünvanında müvəqqəti məskunlaşmışlar. İş materiallarına əlavə olunmuş ünvan 3əşkilatının mediatoru X4 iştirakı ilə Birinci tərəf Ərizəçi ilə İkinci tərəf Maraqlı şəxs1 Güşad oğlu və Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞA/MT044/2024-00001 saylı barışıq sazişinin surətindən görünür ki, tərəflər arasında aşağıdakı məzmunda saziş imzalamışdır: “1. Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 30 sentyabr 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X9 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamışlar. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Birinci tərəf Mediasiyava müraciət edərək Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri iizrə Dövlət Komitəsi tərəfindən verilmiş 588 saylı Qəsəbə bina 5, ev 16 ünvanında yerləşən mənzilə övladları, X9 və X6 ilə birlikdə köçüb yaşaması tələbi ilə təklif verdi.
2. İkinci tərəflər Mediasiya prosesində könüllü iştirak edərək, birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirdilər. Aparılmış söhbət zamanı ikinci tərəflər Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 588 saylı Qəsəbə bina 5, ev 16 ünvanında yerləşən mənzilə birinci tərəfin, 30 sentyabr 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X9 ilə birlikdə köçüb yaşamasına heç bir etirazlarının olmadığını bildirdilər.
3. X2 şərtləri izah olundu və aşağıdakı şərtlərlə barışıq sazişinə razılaşdılar.
4. İkinci tərəflər, birinci tərəf və 11 yanvar 2019-cu il təvəllüdlü X9, 30 sentyabr 2014-cü il təvəllüdlü X5, Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri iizrə Dövlət Komitəsi tərəfindən verilmiş 588 saylı Qəsəbə bina 5, ev 16 ünvanında yerləşən mənzilə köçüb yaşamalarına etirazlarının olmadıqlarını bildirdilər və tərəflər qarşılıqlı olaraq razılığa gəldilər.
5. Tərəflər arasında digər mübahisə yoxdur.” Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə, xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara hüquqi qiymət verərək hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar olmadığına görə, həmçinin, hazırki barışıq sazişi ilə bağlı tərəflər arasında mübahisənin olmadığı müəyyən edildiyindən ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 Güşad oğlu və Maraqlı şəxs2 arasında ünvan 3əşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2024-cü il tarixli, MŞA/MT044/2024-00001 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 355-23, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. ünvan 3əşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya prosesində Birinci tərəf Ərizəçi ilə İkinci tərəf Maraqlı şəxs1 Güşad oğlu və Maraqlı şəxs2 arasında imzalanmış aşağıdakı məzmunda MŞA/MT044/2024-00001 saylı barışıq sazişi təsdiq edilsin. “1. Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 30 sentyabr 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X9 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamışlar. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Birinci tərəf Mediasiyava müraciət edərək Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri iizrə Dövlət Komitəsi tərəfindən verilmiş 588 saylı Qəsəbə bina 5, ev 16 ünvanında yerləşən mənzilə övladları, X9 və X6 ilə birlikdə köçüb yaşaması tələbi ilə təklif verdi.
2. İkinci tərəflər Mediasiya prosesində könüllü iştirak edərək, birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirdilər. Aparılmış söhbət zamanı ikinci tərəflər Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 588 saylı Qəsəbə bina 5, ev 16 ünvanında yerləşən mənzilə birinci tərəfin, 30 sentyabr 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X9 ilə birlikdə köçüb yaşamasına heç bir etirazlarının olmadığını bildirdilər.
3. X2 şərtləri izah olundu və aşağıdakı şərtlərlə barışıq sazişinə razılaşdılar.
4. İkinci tərəflər, birinci tərəf və 11 yanvar 2019-cu il təvəllüdlü X9, 30 sentyabr 2014-cü il təvəllüdlü X5, Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri iizrə Dövlət Komitəsi tərəfindən verilmiş 588 saylı Qəsəbə bina 5, ev 16 ünvanında yerləşən mənzilə köçüb yaşamalarına etirazlarının olmadıqlarını bildirdilər və tərəflər qarşılıqlı olaraq razılığa gəldilər.
5. Tərəflər arasında digər mübahisə yoxdur.” Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X12