Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-77/2025 12.02.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X10 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1939-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, anası X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi Fatmayi bağları, Rabitə Sağlamlıq düşərgəsi ünvanında yaşadığı evdə ölmüşdür. Həmin vaxt təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım gəlmiş, həmin halı müəyyən etmiş və xx.xx.2024-cü il tarixli 0607 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Daha sonra 35 nömrəli Şəhər Poliklinikasına müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini tələb etmiş, müraciətinə xx.xx.2024-cü il tarixdə 647 saylı məktubla cavab verərək bildirmişdirlər ki. X1 ölüm səbəbini bilmədikləri üçün ölüm haqqında şəhadətnamə vermək mümkün deyildir. Hazırda bəzi sənədləşmələr var ki, onların həyata keçirilməsi üçün anasının ölüm haqqında şəhadətnaməsinə ehtiyac yaranmışdır. Buna görə maraqlı şəxsə müraciət etmiş, lakin cavab olaraq bildirilmişdir ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçinin anası X6 xx.xx.2024-cü il tarixdə, 85 yaşında Bakı şəhəri, Binəqədi Fatmayi bağları, Rabitə Sağlamlıq düşərgəsi ünvanında yaşadığı evdə vəfat etmişdir. Mərhumənin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X3 ərizəçi ilə qomşu olduqlarını göstərərək, şahid X4 ilə eyni məzmunda ifadə vermişdirlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Təcili və X5 Stansiyasının xx.xx.2024-cü il tarixli. 0607 nömrəli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, həmin tarixdə saat 15:19 radələrində Bakı şəhəri, Binəqədi Fatmayi bağları, Rabitə Sağlamlıq düşərgəsi ünvanına X1 adına təcili tibbi yardım stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə həkimə qədər ölüm, qadın cinsli meyid aşkar olunmuşdur. Bakı şəhər 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, 647 nömrəli məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, Fatmayi bağları Rabitə Sağlamlıq düşərgəsində yaşamış xx.xx.1939-cu il təvəllüdlü X6 xx.xx.2011-ci il tarixindən Bakı Şəhəri Binəqədi rayonu 35 nömrəli poliklinikada tibbi qeydiyyatda olub. xx.xx.2011-ildə Dz “Arterial hipertenziya İİ mərhələ” (İ11.9), xx.xx.2011-ci ildə Dz “Arterial hipertenziya İİ mərhələ” (İ 11.9), xx.xx.2011 -ci ildə “Arterial hipertenziya İİ mərhələ” (İ 11.9) diaqnozu ilə müraciət etmişdir. xx.xx.2011-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək X1 Binəqədi rayonu 35 nömrəli poliklinikaya heç bir müraciəti olmamışdır, ölüm səbəbini bilmədikləri üçün ölüm haqqında şəadətnamə verilməsi mümkün deyildir. Bakı şəhəri, Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 68 saylı məktubdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Bilgəh qəbirstanlığında dəfn olunmuşdur. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8- 3910/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum anası- X1 ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi və ya və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi ilə təsdiq olunmadığına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi anası xx.xx.1939-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-77/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-77/2025
12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver