Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-88/2024 05.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X12 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin alimentin ödənilməsi tələbinin məcburi icra olunması üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan üç uşaqları- xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Maraqlı şəxs ilə aralarında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında aralarında imzalanmış barışıq sazişiinə əsasən Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 30-dək hər uşaq üçün 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razılaşmışdır. Barışıq sazişi bağlandıqdan sonra şərtləri Maraqlı şəxs tərəfindən pozulmuş və yerinə yetirilməmişdir. Özü işsizdir və uşaqları maddi cəhətdən təmin etmək iqtidarında deyil. Ağır stress keçirir. Sazişin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərmiş, lakin bu xəbərdarlığda qeyd edilən müddətdə münasibət bildirməmişdir. Bu səbəbdən Barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni təmin olunmasını və barışıq sazişini təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin və nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflərin arasında bağlanmış nikah Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 287 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Birinci tərəf Ərizəçi və İkinci tərəf Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru X10 iştirakı ilə imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, tərəflər arasında aşağıdakı məzmunda saziş imzalamışdır: “1. İkinci tərəf Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları 25.03 2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2021-d il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanıİması üçün Birinci tərəf Ərizəçi xx.xx.2023-cü İ tarixdən etibarən hər ayın 30-dək hər uşaq üçün 50 (əlli) AZN olmaqla hər ay ümumilikdə 150 (bir yuz əlli) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.
2. İkinci tərəf Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.” Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 305.1.7-ci maddəsinə əsasən məhkəmə, xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar olmadığına görə ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 355-23, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 25.03 2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2021ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 noyabr 2023-cü il tarixindən hesablanmaqla, hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.