Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1007/2023 22.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X6 08 yanvar 1972-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, xx.xx.1964-cü ildə Naxçıvan şəhərində dğulmuşdur. X2, anası X7r. Atasının anası-nənəsi X14 1908-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. O Naxçıvan Birləşmiş Respublika xəstəxanasında xadimə işləyibş Naxçıvanda ayrıca evi olsa da onlarla yaşamışdır. 1972-ci ildə nənəsi işdə gələndə polislərin oğlu Məmmədi tutduğunu eşidir və həyətə çıxıb benzin töküb özünü yandırır. Həmin gün nənəsi xəstəxanaya aparılmış, lakin orada vəfat etmişdir. Nənəsi Əliabad qəbirstanlığında dəfn olunub. Həmin vaxt nənəsinin ölüm haqqında şəhadətnaməsini almamışlar. Miras əmlakı sənədləşdirə bilmir. Ona görə nənəsinin ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir.. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan Rayon Prokurorluğunun 9 fevral 1972-ci il tarixli Qərarından aydın olur ki, X6 özünü yandırıb öldürməsi faktına başlanılmış Azərbaycan SSR Respublikası CM-in 100-cü maddəsinin 2-ci hissəsi ilə cinayət işinin icraatına xitam verilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixdə verilmiş 868 nömrəli arayışdan aydın olur ki, X1 qəbirstanlığında dəfn olunmuşdur. Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli 06 nömrəli arayışdan aydın olur ki, X14 barəsində bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 85 nömrəli arayışdan aydın olur ki, X9 barəsində 1989-1995-ci illərə dair yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Ərizəçi xx xxxxxx 1964-cü ildə doğulmuşdur. X2, anası X8r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X15 1936-cı ildə doğulmuşdur. X3, anası X10r. Ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 27 noyabr 1999-cu idə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə 297 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli arayışdan aydın olur ki, X4 vərəsələri həyat yoldaşı X16-vəfat edib, X5-qızı, Ərizəçi-oğlu və X11-oğludur. Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/Q-217/15 nömrəli məktubdan aydın olur ki, Ərizəçi oğuna cavab olaraq bildirilmişdir ki, X6 öldüyünə air qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X6 08 yanvar 1972-ci ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi nənəsinin ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X14 08 yanvar 1972-ci ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1007/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1007/2023
22.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver