Məhkəmə qərarları › İş №2(078)-1009/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1009/2024

13.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1009/2024 13.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı X1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı X3 iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında 132.8 kv.metr torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 95.2 kv.metr olan 4 otaqlı evin naturada bölünməsi, bu mümkün olmadıqda, payının dəyəri olan 70000 (yetmiş min) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi, bu da mümkün olmadıqda, qeyd edilən daşınmaz əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin 1/2 hissəsinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri də iddia ərizəsinə əlavə edilməli sənədlərin mövcud olub-olmamasıdır. Belə ki, həmin Məcəllənin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlər qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən bu sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə müvafiq olaraq 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda, məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Lakin hazırki iş üzrə məhkəməyə ünvanlanmış iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 04 iyun 2024-cü il tarixli, 24930 nömrəli qəbzdən görünür ki, iddiaçı X3 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. 17 may 2024-cü il tarixli ilkin mediasiya xərcinin ödənilməsi ilə bağlı qəbzdən isə görünür ki, iddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. İddia ərizəsinin məzmumundan isə iddiaçının tələbinin 70000 (yetmiş min) manat olduğu aydın olur. Belə olan halda iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu 100 (yüz) manat deyil, 300 (üç yüz) manat miqdarında ödənilməli idi. Yəni, dövlət rüsumu qanunvericiliklə müəyyən olunmuş məbləğdə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbəğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, hakim iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, X1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı X1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X2 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar