Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-101/2025 26.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və digər İddiaçı3 nümayəndəsi Nümayəndə, iddiaçı X14, iddiaçıların vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçılar Nümayəndə, X14 və X25 Cavabdeh qarşı fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi köçürülməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar Nümayəndə, X32 və X47 iddia ərizəsi ilə müraciət edərək iddiaçı Nümayəndə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.m olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi; İddiaçı Bədəlova (Babayeva) Gülnar Cavanşir qızının paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.m olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi; İddiaçı3 paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.m olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(078)-1/2023 nömrəli qətnaməsi ilə hazırki fərdi yaşayış evinin bir hissəsinə hüquqi qiymət verilmişdir. Mövcud qətnamə ilə mübahisə predmeti olan miras əmlak-ünvan 2 ünvanında yerləşən miras əmlak iki hissəyə ayrılmış, miras əmlak mərhumlar X53 və X38 birgə nikah dövründə qazanılmış əmlakı hesab edilməklə hər birinə ½ pay müəyyən olunmuşdur. Həmin qətnamə ilə mərhum X26 qalan ½ hissəyə münasibətdə hüquqi qiymət verilmişdir. Həmin qətnamə ilə iddiaçıların və cavabdehin miras əmlakdakı payı müəyyən edilmişdir. Əsas hüquq olan mülkiyyət hüququndan əlavə iddiaçıların həmin fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququ da vardır. Nümayəndə həmin evə 2000-ci ildən əvvəl gəlin köçmüş və həmin vaxt fərdi yaşayış evi mərhum qayınata X33 adına idi. Qanunvericiliyin tələbinə görə də həmin tarixdən əvvəl köçürülmə özü-özlüyündə yaşayış və istifadə hüququnun yaranması üçün kifayət edirdi. Bunun üçün istifadə hüququna dair müqavilə bağlanılmasına ehtiyac yox idi. Eyni zamanda İddiaçı3 və Bədəlova (Babayeva) Gülnar Cavanşir qızı da həmin fərdi yaşayış evində yaşamış, orada boya-başa çatmış və ailə üzvü olaraq da atasından sonra miras əmlaka sahiblik etməklə qəbul etmiş, həmçinin ailə üzvü olaraq atalarına münasibətdə yaşayış və istifadə hüquqları yaranmışdır. Məhz buna görə də asılı hüquq olan yaşayış və istifadə hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin fərdi yaşayış evindən və miras əmlaka daxil olan torpaq sahəsindən hazırki iş üzrə cavabdeh istifadə edir və sahiblik edir. O iddiaçıların miras əmlak kimi qəbul etdikləri əmlakdan istifadə etməyə və sahiblik etməyə çox ciddi maneələr yaradır. Halbuki mmiras əmlakın əsas kütləsi miras qoyan Bədəlova Güllünün adında qalmış və həmin hissənin hüquqi taleyinə aydınlıq gətirilməmişdir. İddia tələbinin hüquqi əsaslandırılmasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 228-ci maddəsinin şərhinə dair Plenum Qərarın, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edilmişdir. xx.xx.2025-ci il tarixli iddiaçı və digər iddiaçının nümayəndəsi Nümayəndə, Bədəlova Gülnar və iddiaçının vəkili Vəkil tərəfindən verilmiş “İddia tələbinin həcminin artırılması barədə” ərizə verilmiş və ərizədə tələbin həcminin aşağıdakı hissədə artırılması xahiş edilmişdir:
1. “İddiaçı Nümayəndə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.rn olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi;
2. İddiaçı Bədəlova (Babayeva) Gülnar Cavanşir qızının paylı mülkiyyətdə olan ünvan 3 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.rn olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi;
3. İddiaçı3 paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.rn olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi”;
4. Naxçıvan Regional "ASAN XİDMƏT” Mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2025- ci il tarixli, 2V-33 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə" nin etibarsız hesab olunması;
5. Naxçıvan Regional “ASAN XİDMƏT" Mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2025- ci il tarixli, 3M-146 reyestr nömrəli “Miras payın bağışlanılması” müqaviləsinin etibarsız hesab olunması;
6. Naxçıvan Regional "ASAN XİDMƏT” Mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2025- ci il tarixli, 2V-33 reystr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında verilmiş daşınmaz əmlakın dövlət reystrindən Çıxarışın etibarsız hesab olunması;
7. X32 və İddiaçı3 X34 miras qalmış ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.rn fərdi yaşayış evinin 17/24 hissəsinə münasibətdə mirasın qəbulu faktının təsdiq olunması və həmin miras əmlakda (17/24 hissəsyə münasibətdə) miras paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçılar və onların vəkili artırılması xahiş edirən tələbə münasibətdə əlavə cavabdehlərin işə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddia tələbinin həcminin artırılması barədə məsələ müzakirə olunan zmaan iddiaçılar Nümayəndə, Bədəlova Gülnar və iddiaçının vəkili Vəkil tərəfindən verilmiş “İddia tələbinin həcminin artırılması barədə” ərizənin geri götürülməsi barədə ərizə təqdim edilmiş, ərizənin geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclası zamanı iddiaçı və digər İddiaçı3 nümayəndəsi Nümayəndə izahatında qayınanasına baxdığını, 1987-ci ildən həmin əmlakda yaşadığını, qayınanası qışda qızlarının yanında qaldığını, 2017-ci ildə Canpoladın həmin evə gəldiyini, sonra aralarında əmlakla bağlı mübahisələr yarandığını, hər kəsin ayrı otaqları olduğunu, ümumi olan əşyalarına cavabdeh tərəfindən ziyan verildiyini, cavabdehin yaşamasına maneə olduqlarını, 2 ilə yaxın olar ki, evdən çıxdığını, evdən çıxmasına səbəbin cavabdehin yaratdığı maneə olduğunu, bütün kommunal xərcləri özünün çəkdiyini, evi tam təmir etdirdiyini, bugün orada yaşaya bilmədiyini, qızının yanında yaşadığını, cavabdehin 1996cı ildən həmin evdən çıxdığını, 2017-ci ildə gəldiyini, zülmlə işləyib ev tikdiyini bildirmiş və məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında 1993-cü ildən həmin evdə yaşadığını, nə qədər xərc qoyub evdə yaxşılaşdırma işi apardıqlarını, 2016-cı ildə atasının vəfat etdiyini, 1993-cü ildə Rusiyadan qayıtdıqlarını, 1988-ci ildə doğulduğunu, 2018-ci ildə nənəsinin rəhmətə getdiyini, 2017-ci ildə ailə qurduğunu, anasının onun yanında yaşadığını, həmin həyətdə onların inşa etdiyi əlavə tikililəri olduğunu, 1/24 hissə olsa da yaşamaq üçün yerin müəyyən edilə biləcəyini, bu gün anasın da onun yanında qaldığını və kirayə yaşadığını bildirmiş və məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçıların vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında iddiaçıların 1/24 payı olduğunu, həmin əmlakda yaşamaqla bağlı ciddi maneələr olduğunu, yaşaya bilmədiklərini, kirayə qaldığını, birgə əmlak olduğunu, birgə mülkiyyətin Güllü və Məhəmmədə məxsus olduğunu, notariusa vərəsəliklə bağlı ərizə verilsə də, notariusun bundan imtina etdiyini, Cavanşirin anadan əvvəl rəhmətə getməsinin əsas göstərildiyini, keçən məhkəmə iclasında açıq qalan əmlakın cavabdehin adına sənədləşməsi barədə məlumatı olduqlarını, miras payının bağışlanma müqaviləsinin olduğunu, olmayan mirasın necə bağışlandığını, vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini tələb etdiklərini, ərizə yazdıqlaırını, tələbin artırılması ilə bağlı ərizəni geri götürdüklərini, ayrıca iddia qaldıracaqlarını, iddiaçıların 1/24 hissədə pay hüquqları olsa da həmin əmlakda yaşayış və istifadə hüquqlarının da olduğunu, həmin hüquqların təmin edilməklə mənzilə köçürülməsi barədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. İş üzrə Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, evin yeni çıxarışını təqdim etdiyini, artıq əmlakın 21/24 hissəsinin ona məxsus olduğunu, iddiaçıların yaşaması üçün heç bir şəraitin olmadığını, əmlakın naturada bölünmədiyini, 17/24 hissənin əvvəl anasının adında olduğunu, digər vərəsələrin öz paylarını ona bağışladıqlarını bildirmiş və məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Daşınmaz Əmlak və X72 Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri X70 küçəsində döngə 1, ev 3 ünvanında yerləşən 0.0524 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93.03kv.m olan fərdi yaşayış evi 4/24 hissəsi Cavabdeh, 17/24 hissəsi X54, 1/24 hissəsi İddiaçı2, 1/24 hissəsi İddiaçı3 və 1/24 hissəsi Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan aydın olur ki, X8 şəhəri, X70 küçəsində döngə 1, ev 3 ünvanında yaşayıb və aşağıdakı vərəsələri vardır.
1. X53;
2. X15;
3. X35;
4. X27;
5. X39;
6. X28. İş materiallarında olan Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan aydın olur ki, X5 şəhəri, X70 küçəsində döngə 1, ev 3 ünvanında yaşayıb və aşağıdakı vərəsələri vardır.
1. X61-həyat oldaşı-1932
2. X15;
3. X35;
4. X40;
5. X27.
6. X28; İş materiallarında olan Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan aydın olur ki, X3 şəhəri, X70 küçəsində döngə 1, ev 3 ünvanında yaşayıb və aşağıdakı vərəsələri vardır.
1. Nümayəndə;
2. İddiaçı3;
3. X32. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubuna, əsasən, X31 Naxçıvan şəhər Məhkəməsinin 2(078)-1/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qanunu qüvvəsini almış qətnaməsinə görə X38 birinci növbəli vərəsəsi olan X27 anasından təxminən iki əvvəl vəfat etdiyindən qüvvədə olan mülki qanunvericiliyin vərəsəlik institunun normalarının tələbinə görə artıq o anasının vərəsəsi hesab edilmir və belə olan halda onun vərəsələri X38 birinci növbəli vərəsələri olmadığından ondan qalan miras əmlakı tələb etmək üçün subyektiv hüququ malik deyirdilər. Eyni zamanda X38 vəfatından sonra birinci növbəli vərəsələri olan X15, X35, X36, və X28 analarından qalan miras əmlakı notarial qaydada qəbul etdiklərini bildirib, payların müəyyən edilməsini xahiş etmişlər. İşə baxılarkən X22, X35, X36, və X11 anadan qalan miras əmlakın notarial qaydada ərizə verməklə qəbul etmələri barədə ərizələr məhkəməyə təqdim edilməmişdir. Ona görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Və X72 Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna, əsasən, 2(078)-530/2020 nömrəli mülki işlə bağlı Naxçıvan şəhəri, X70 küçəsi, döngə 1-də yerləşən 3 nömrəli fərdi yaşayış evinə 30 iyul 2020-ci il tarixdə Xidmətin mütəxəssisləri və iddiaçı Nümayəndə iştirakı ilə baxış keçirilmişdir. X10 adına 2018-ci ildə verilmiş texniki pasport faktiki vəziyyət nəzərə alınmaqla tərtib olunduğundan 1962-ci ildə tərtib edilmiş 1756 inventar nömrəli texniki pasportla eynilik təşkil etmir. Texniki pasportda tikililərin inşa edildiyi ili göstərən qrafa hüquq sahibinin məlumatı əsasında doldurulur. Tərəflərlə söhbət aparılarkən onlar 1 nömrəli salonun, 2-4 nömrəli otaqların, 3 nömrəli dəhlizin və 5 nömrəli qarderobun 1994cü ilədək, mətbəx və digər köməkçi tikililərin isə 2000-ci illərdə inşa olunduğunu bildirmişdilər. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1/2023 nömrəli qətnaməsi ilə ilk tələb üzrə və ikinci tələb üzrə iddia tələbləri qismən təmin edilməsi, ilk tələb üzrə və ikinci tələb üzrə ünvan 6 ünvanında yerləşən və mərhum X33 adına olan fərdi yaşayış evindən mərhum X38 və mərhum X37 ½ (bərabər) paylarda mülkiyyət hüququ tanınması, ilk tələb üzrə ünvan 6 ünvanında yerləşən və mərhum X33 mülkiyyətdə olan 2 payına münasibətdə miras əmlakın 1/6 hissəsinin mərhum oğlu X1 qəbulu faktı müəyyən olunması, ilk tələb üzrə mərhum X9 miras qalan ünvan 6 ünvanında yerləşən əmlakın 1/6 hissəsinin X32, İddiaçı3 və Nümayəndə tərəfindən qəbulu faktı təsdiq olunması və hər birinin 1/24 hissədə payı müəyyən edilməsi, ilk tələb üzrə iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməsi, ikinci tələb üzrə ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakda X33 payının X61 və X28 tərəfindən faktiki olaraq qəbulu faktı təsdiq edilməsi və hər birinin 1/6 hissədə payı müəyyən edilməsi, ikinci tələb üzrə ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakda X9 qalmış miras payının anası mərhum X61 tərəfindən faktiki qəbulu faktı təsdiq edilməsi və 1/24 hissədə payı müəyyən edilməsi, ikinci tələb üzrə iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməsi, hər iki iddia qaldıılarkən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsi ilə Naxçıvan MR Daşınmaz Əmlak və X72 Dövlət Xidməti tərəfindən ünvan 7 ünvanında yerləşən X33 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu etibarsız hesab edilməsi, 12 oktyabr 2019-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməsi, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi qət edilmişdir. Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, Bədəlova X51 şəhəri, B.Şahtaxtınski küçəsi döngə 1, ev 3 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, Babayeva X30 şəhəri, B.Şahtaxtınski küçəsi döngə 1, ev 3 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, X2 şəhəri, B.Şahtaxtınski küçəsi döngə 1, ev 3 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, X4 şəhəri, B.Şahtaxtınski küçəsi döngə 1, ev 3 ünvanında qeydiyyatdadır. İddia tələbin həcminin artırılmasına dair ərizəyə əlavə edilən: xx.xx.2025-ci il tarixli Naxçıvan Regional "ASAN XİDMƏT” Mərkəzinin notariat ofisinin məktubuna, əsasən, X16 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ona əlavə olunmuş sənədlərin surəti göndərilmişdir. Naxçıvan Regional "ASAN XİDMƏT” Mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2025-ci il tarixli, 2V-33 reystr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”də aşağıdakılar qeyd olunmuşdur:
1. NAXÇİVAN MR DƏDK və RPHŞ tərəfindən xx.xx.2023 tarixdə X55 verilmiş **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Naxçıvan şəhəri, X70 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən ümumi sahəsi 93.03 kv/m olan fərdi yaşayış evinin mərhum X55 məxsus 17/24 hissəsindən
2. NAXÇİVAN MR DƏDK və RPHŞ tərəfindən xx.xx.2023 tarixdə X55 verilmiş **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Naxçıvan şəhəri, X70 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən ümumi sahəsi 0.0524 ha olan torpaq sahəsinin mərhum X55 məxsus 17/24 hissəsindən ibarətdir.
3. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********PW93302 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Naxçıvan şəhəri, X70 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
4. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********PW93302 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Naxçıvan şəhəri, X70 küçəsi, döngə 1 ev 3 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsino qadağan qoyulmamışdır. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X49 aid xx.xx.2025ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Əri-X53; X44 qızı; X23 oğlu; X13 qızı; X24 oğlu. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2018-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən aydın olur ki, X53 xx.xx.1994-cü ildə vəfat etmişdir. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2018-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən aydın olur ki, X27 xx.xx.2016-ci ildə vəfat etmişdir. X12-(xx.xx.1959), X18-(xx.xx.1957), X19-(xx.xx.1962), doğum haqqında şəhadətnamələrinin surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarına X19 və X18 nikah haqqında şəhadətnamələrinin surəti əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nə, əsasən, X62-( X20 əvəzinə), X62-( X6 əvəzinə), X62-( X7 əvəzinə), X28 paylarını bağışlamışdır. Naxçıvan MR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X81 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri X70 küçəsində döngə 1, ev 3 ünvanında yerləşən 0.0524 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93.03 kv.m olan fərdi yaşayış evi 1/24 hissəsi İddiaçı2, 1/24 hissəsi İddiaçı3, 1/24 hissəsi Nümayəndə və 21/24 hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Düzgün iddia tələbinin qanuni əsasının axtarılması zamanı məhkəmə dörd sualın cavabının müəyyən edilməsi halını araşdırır: kim?, kimdən?, nə və nəyə əsasən?. İddia tələbində bu dörd sualın cavabları mövcud sənədlərlə və işin halları ilə uyğun olmamışdır. Məhkəmə iddia tələbinin iddiaçıların cavabdehə qarşı paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.m olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınmasına dair hissəsinə hüquqi qiymət vermək üçün yaşayış və istifadə hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş normasına uyğun aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Yuxarıda qeyd edilən Plenum Qərarından da aydın olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin tərkib hissəsində istifadə hüququ məhdud əşya hüququ hesab edilir. Mülki hüquq nəzəriyyəsinə görə məhdud əşya hüququ iki mənada işlədilir: obyektiv mənada və subyektiv mənada. Obyektiv mənada məhdud əşya hüququ dedikdə mülkiyyətçi olmayan şəxsin özgəsinin (başqasının) əşyasından öz mənafeyi üçün istifadə etməsi nəticəsində əmələ gələn ictimai münasibətləri rəsmiləşdirən və tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Subyektiv mənada məhdud əşya hüququ dedikdə, qeyri-mülkiyyətçi olan subyektin özgə əşyasına sahiblik, istifadə və onun üzərində sərəncam vermək üzrə elə bir səlahiyyəti başa düşülür ki, bu səlahiyyət mülkiyyətçinin hüquqlarından törəyir və ondan asılı olur, mülkiyyətçinin iradəsi və ya qanunun birbaşa göstərişi əsasında əmələ gəlir, habelə qanunla müəyyən edilmiş və ya mülkiyyətçi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş həddə həyata keçirilir. Bu səlahiyyət qeyrimülkiyyətçiyə ixtiyar verir ki, o öz mənafeyi üçün özgə əşyasından istifadə etsin. Bu cür istifadəyə yalnız mülkiyyətçinin razılığı ilə və ya qanunun birbaşa (düzünə) göstərişi ilə yol verilir. Subyektiv mənada məhdud əşya hüququ mülkiyyət hüququndan onunla fərqlənir ki, o, mülkiyyət hüququnun məzmununa nisbətən natamam, geniş olmayan və məhdud məzmuna malikdir. Mülkiyyətçidən fərqli olaraq məhdud əşya hüququ subyekti üçlük (əşyaya sahiblik, əşyadan istifadə və onun üzərində sərəncam) səlahiyyətinin hamısına bütövlükdə, məcmu və komplekt halında malik ola bilmir. Mülkiyyətçi öz əşyasından istifadə etməkdə tam təsərrüfat müstəqilliyinə malikdir. Onun əşya üzərində tam yiyəlik (“hökmranlıq”) hüququ vardır. Məhdud əşya hüququ isə yalnız mülkiyyətçi tərəfindən və ya qanunla müəyyən edilmiş nisbi həddə əmələ gəlir, əşya üzərində tam yiyəlik (“hökmranlıq”) yaratmır. Mülki qanunvericiliyin yaşayış və istifadə hüququnun müəyyən edən normalarından, mülki hüquq nəzəriyyəsində yaşayış və istifadə hüququnun anlayışından, onun mülkiyyət hüququndan fərqli cəhətlərindən də göründüyü kimi bu hüquq mülkiyyətçi olmayan şəxslərə qanunla müəyyən edilmiş hallarda və qaydada verilən hüquqdur və bu hüquq mülkiyyətçi olmayan şəxs tərəfindən mülkiyyətçidən tələb edilə bilər. İddia ərizəsindən və iş materiallarından aydın olur ki, iddiaçılar paylı mülkiyyətçilərdir və mülkiyyət hüquqları əsasında əmlaka sahiblik və istifadə və sərəncam hüquqlarına malikdirlər. Onların iddia tələbində qeyd edildiyi kimi vaxtilə sözügedən əmlaka yaşayış və istifadə hüququ yaranmış olsa da daha sonra qüvvədə olan məhkəmə qətnaməsi ilə həmin hüquqdan daha üstün olan əmlakda pay hüquqları müəyyən edilmiş və hazırda 1/24 hissə əmlak üzərində mülkiyyət hüququna malikdirlər. Artıq onlar mülkiyyətçi statusu daşımaqla mülkiyyətçi olmayan şəxsə məxsus olan və mülkiyyətçidən tələb edilməli olan yaşayış sahəsinə istifadə hüquqlarının tanınması barədə tələblərini irəli sürmək üçün heç bir hüquqi əsasları mövcud deyil. Bu cür tələbin qanuni əsası mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi həmin hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsinə-yəni iddiaçıların mənzilə köçürülmə tələbinə dair hissəsinə münasibətdə isə məhkəmə iclaslarında paylı mülkiyyətin naturada bölünməsi ilə bağlı məhkəmə aktının mövcud olub-olmaması aydınlaşdırılmış və müəyyən edilmişdir ki, bununla bağlı iddiaçıların iddia tələbi olmamışdır. İddiaçıların paylı mülkiyyət hüququ əsasında onlara məxsus əmlakın ölçüsü müəyyən edilmədiyindən onların köçürülməsi tələbi təmin edilə bilməz. Belə ki, iddiaçıların-mülkiyyətçi olaraq köçürülməsini tələb etdiyi daşınmaz əmlakın onlara aid hissəsinin neçə otaqdan, nə qədər torpaq sahəsindən ibarət olmasına dair naturada bölgü aparılmamışdır. Bu cür bölgü aparıldıqdan sonra mülkiyyətçilərin öz mülkiyyətlərinə köçürülməsinə və əmlaklarından istifadəsinə cavabdeh tərəfindən maneə yarandığı halda iddiaçıların həmin maneəni aradan qaldırmaq üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qətetdi:
İddiaçılar Nümayəndə, X14 və X25 Cavabdeh qarşı fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva