Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1025/2021 24.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamış X3 02 yanvar 2015-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, 2006-cı ildə el adəti ilə X10 ilə evlənib Naxçıvan şəhəri, Azərbaycan məhəlləsi, döngə 6-da yerləşən 26 nömrəli fərdi yaşayış evinə gəlin köçmüş, nikahlarını 08 noyabr 2007-ei il tarixdə rəsmi olaraq qeydiyyatdan keçirmişlər. Həmin vaxt evdə o, həyat yoldaşı X13 və X1 ilə yaşamışdır və bu birlikdə yaşayış təxminən 7 il davam etmişdir. Ailə qurduqları dövrdə baldızı X14 Bakı şəhərində yaşayırdı. O, Bakı şəhərindən gəlib onlarla torpaq mübahisəsinə başlamış və anası Xoşqədəm Musayevanı da götürüb Naxçıvan şəhərində kirayədə yaşadığı evə aparmış, qaynanası Xoşqədəm Musayeva həmin hadisədən təxminən 2 il sonra-yəni 02 yanvar 2015-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, onu Naxçıvan şəhər qəbiristanlığında dəfn edib, yas mərasimini də böyük oğlu X4 evində saxlamışlar. Bunu yaxın qohumları və qonşuları da təsdiq edə bilər. Ərizəçi qeyd etmişdir ki, həyat yoldaşı X13 21 mart 2021-ci il tarixdə vəfat edib. Qaynanası vəfat edən zaman müvafiq dövlət orqanlarına müraciət edilmədiyindən ölüm haqqında şəhadətnamə vaxtında alınmamışdır. Hazırda yaşadığı evin sənədləşməsi ilə əlaqədar ölüm sənədini almaq zərurəti yaranmışdır. Ərizəçi sonda qeyd olunanlara əsasən X1nın 02 yanvar 2015-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir.. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X12 izahatında göstərmişdir ki, ərizəçi onun qaynının həyat yoldaşıdır. X1 02 yanvar 2015-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmişdir. Mərhumun yas mərasimində də yaxından iştirak etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən 20 may 2021-ci il tarixdə verilmiş 120 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X11 2015-ci il tarixdə Naxçıvan Şəhər Qəbirstanlığında dəfn edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən 20 may 2021-ci il tarixdə verilmiş 120 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X2 Şəhər Qəbirstanlığında aşağıda göstərilən qəbirlərin yanında dəfn edilmişdir. sol tərəfi X15 1954-2015, sağ tərəfi X5 1928-2015, baş tərəf X7 1962-2015, ön tərəfi X6 1945- 2014. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ tərəfindən verilmiş 23.08.2021-ci il tarixli, 84 nömrəli məktuba əsasən 02 yanvar 2015-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş X3 adına vəfatı ilə əlaqədar ölüm haqqında şəhadətnamə yazılmamışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli, 1535 nömrəli məktuba əsasən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşın vəziyyəti aktları” avtomatlaşdırılımış qeydiyyat informasiya sistemində 08.07.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X3 ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli, 02/314 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də X3 ölüm qeydiyyatının aparılması mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və onun vəkilinin izahatını, şahid ifadəsini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X3 02 yanvar 2015-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi qayınanasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 02 yanvar 2015-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1025/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1025/2021
24.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver