Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1029/2023 11.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı cavabdehlər X1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı 1/3 payın naturada ayrılması tələbinə dair ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyənetdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən əmlakda ona çatası payın 1/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. İddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci və 152ci maddələrinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Lakin iddia ərizəsinə nəzər salındıqdan aydın olur ki, iddiaçı ərizənin forma və məzmununa riayət etməmiş, cavabdehlərə dair məlumatlar natamam formada göstərilmiş yalnız adları qeyd olunmuş, onlara aid zəruri məlumatlar- yaşadığı və qeydiyyatda olduğu ünvan göstərilməmişdir. Buna görə də məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər X1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı 1/3 payın naturada ayrılması tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin həmin maddədə o da qeyd edilir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı tərfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 25495 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər X1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı 1/3 payın naturada ayrılması tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçı tərfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 25495 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1029/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1029/2023
11.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver