Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1055/2024 13.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şahbuz rayon Mahmudoba kəndində yaşamış mərhum X1 26 mart 1972-ci ildə Şahbuz rayon Mahmudoba kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun anasıdır. O, 26 mart 1972-ci il tarixdə Şahbuz rayon Mahmudoba kəndində vəfat etmiş və Mahmudoba kənd Qəbirstanlığında dəfn olunmuşdur. Mərhum anasından miras qalan əmlakı sənədləşdirmək üçün onun ölüm haqqında şəhadətnaməsi tələb olundu. X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış ölüm akt qeydi aşkar olunmamışdır. Mərhum anası vəfat edərkən müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almadıqları üçün ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Mərhum anasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmət qərarına gəlmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nikah evi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə məktub göndərərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin anası 1972-ci ilin mart ayında cavan yaşında vəfat edib. Vəfat edəndə övladlarının birinin 5, digərinin təqribən 2 yaşı var idi. Mahmudoba kənd Qəbirstanlığında dəfn olunmuşdur. Yasında da qohum kimi yaxından iştirak edib. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə eyni məhəllədə yaşayır. Ərizəçinin anasını xatırlayır. 1972-ci ildə vəfat edib. Yas mərasimində iştirak edib. Mərhum Mahmudoba kənd Qəbirstanlığında dəfn edilib. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. Səkinə xala 1972-ci ildə vəfat edib. Yas mərasimində iştirak edib. Mərhum Mahmudoba kənd Qəbirstanlığında dəfn edilib. Məhkəmənin qiymətləndirməsi: Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, X3 barəsində xx.xx.2024-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, X3 barəsində xx.xx.2024-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki X2 26 mart 1972-ci ildə öldüyünə dair qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Şahbuz rayon Mahmudoba Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 03 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X3 1972-ci ildə vəfat edib və Mahmudoba kənd Qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X2 26 mart 1972-ci ildə Şahbuz rayon Mahmudoba kəndində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi anasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 26 mart 1972-ci ildə Şahbuz rayon Mahmudoba kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1055/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1055/2024
13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver