Məhkəmə qərarları › İş №2(078)-1082/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1082/2023

31.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1082/2023 31.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs “X5 Qrupu” MMC-nin kadr üzrə mütəxəssisi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Ərizəçi “X5 Qrupu” MMC-nin kadr üzrə mütəxəssisi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, V-354 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə “X5 Qrupu” MMC-nin rəhbəri Maraqlı şəxs ilə 12 aprel 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında verdiyi izahatında, 2018-ci il tarixdən Təbriz otelində xadimə işlədiyini, lakin adına iş stajı onun xəbəri olmadan yazılmadığını, həmçinin xadimə üçün nəzərdə tutulan əmək haqqısını bir il ərzində tam verilmədiyini, eyni zamanda 5 ay müddətində “ütücü” işlədiyi müddətə də ona zəhmət haqqı vermədiklərini, bununla bağlı X2 müraciət edərək ona iş stajı yazılmağını, xadimə işlədiyi müddətdə ona verilməyən əmək haqqının verilməsi və ütücü işlədiyi 5 ay üçün ümumilikdə əmək haqqı verilməsini xahiş etdiyini, qarşı tərəflə aralarında razılıq əldə olunaraq aylıq əmək haqqısına hər ay 50 manat məbləğində artım veriləcəyini “X6 Qrupu” MMC-nin rəhbəri X4 öhdəsinə götürdüyünü, bu barədə V-354 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə “X6 Qrupu” MMC-nin rəhbəri Maraqlı şəxs ilə 12 aprel 2023-cü il tarixdə barışıq sazişi imzaladıqlarını, barışıq sazişində “barışıq sazişinin şərtlərinə əsasən: Ərizəçi mübahisə göstərdiyi iddialardan, yəni adına iş stajı yazılması, xadimə və ütücü işlədiyi dövrdə əlavə əmək haqqı verilməsi iddialarından imtina etdiyini bildirir. Maraqlı şəxs “X6 Qrupu” MMC-nin rəhbərliyinin Holdingin struktruna daxil olan "xxxx" MMC-də ütücü vəzifəsində işləyən Ərizəçi aylıq əmək haqqısına hər ay 50 manat məbləğində artım veriləcəyi barədə qərar qəbul edildiyini bildirdi. Ərizəçi qəbul edilən qərarla razı olduğunu bildirdi” yazıldığını, bir ay işlədiyi əməkhaqqına 50 manat ödənilsədə may ayında onu işdən çıxardıqlarını, yeni müdriyyətə olanları dedikdə ondan əvvəl işləyənlərin problemi olduğunu, onlardan tələb edə biləcəyini ona bildirdiklərini, bunları nəzərə alaraq, V-354 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə “X5 Qrupu” MMC-nin rəhbəri Maraqlı şəxs ilə 12 aprel 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs “X5 Qrupu” MMC-nin kadr üzrə mütəxəssisi Maraqlı şəxs məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası maraqlı şəxsin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Ərizəçi və “X5 Qrupu” MMC-nin kadr üzrə mütəxəssisi Maraqlı şəxs arasında bağlanmış 12 aprel 2023-cü il tarixli, V-354 nömrəli barışıq sazişinə əsasən, Ərizəçi mübahisə göstərdiyi iddialardan, yəni adına iş stajı yazılması, xadimə və ütücü işlədiyi dövrdə əlavə əmək haqqı verilməsi iddialarından imtina etdiyini bildirir. X7 “X6 Qrupu” MMC-nin rəhbərliyinin Holdingin struktruna daxil olan "xxxx" MMC-də ütücü vəzifəsində işləyən Ərizəçi aylıq əmək haqqısına hər ay 50 manat məbləğində artım veriləcəyi barədə qərar qəbul edildiyini bildirdi. Ərizəçi qəbul edilən qərarla razı olduğunu bildirdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, Ərizəçi maraqlı şəxs “X5 Qrupu” MMC-nin kadr üzrə mütəxəssisi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilməməlidir. Belə ki: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiqedilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iş materiallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barışıq sazişi qanunazidd olduğundan onun təsdiqindən imtina olunmalıdır. Belə ki, barışıq sazişindən görünür ki, barışıq sazişi bağlanarkən tələbə uyğun öhdəlik məbləği müəyyən olunmamışdır. Həmçinin sazişin 24-cü bəndində saziş imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir qeyd olunmuşdur. Göründüyü kimi sazişdə öhdəliyin nədən ibarət olduğu və icrasının bitdiyi tarix müəyyən olunmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Ərizəçi və “X5 Qrupu” MMC-nin kadr üzrə mütəxəssisi Maraqlı şəxs arasında bağlanmış 12 aprel 2023cü il tarixli, V-354 nömrəli barışıq sazişində “X6 Qrupu” MMC-nin rəhbərliyinin Holdingin struktruna daxil olan "xxxx" MMC-də ütücü vəzifəsində işləyən Ərizəçi aylıq əmək haqqısına hər ay 50 manat məbləğində artım veriləcəyi barədə qərar qəbul edildiyini göstərilsə də müqavilə bağlanarkən həmin qərarın mövcudluğu qeyd edilməmişdir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi “X5 Qrupu” MMC-nin kadr üzrə mütəxəssisi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilməsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar