Məhkəmə qərarları › İş №2(078)-1088/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1088/2025

09.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1088/2025 09.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhərində yaşamış mərhum oğlu X8 18 dekabr 1988-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X7 ərizəsini onunla əsaslandırmışdır ki, 06 may 1988-ci il təvəllüdlü mərhum X14 onun oğludur. O, 18 dekabr 1988-ci ildə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər qəbristanlığında dəfn olunmuşdur. Buna sübut olaraq qəbrin fotoşəkilləri ərizəyə əlavə olunmuşdur. O müvafiq dövlət orqanlarına müraciət edib mərhum oğlu X8 ölüm haqqında şəhadətnaməsini indiyədək almamışdır. Bu səbəbdən də mərhum oğlu X8 ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Mərhum oğlu X8 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə mərhum həyat yoldaşı X9 miras qalan ünvan 1 ünvanındakı mənzilin sənədləşdirilməsi üçün mərhum oğlu X8 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vərəsəlik hüquqi haqqında şəhadətnaməsini ala bilmir. O mərhum oğlu X8 ölüm haqqında şəhadətnaməsini ala bilmir və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı izahat verən ərizəçi X7 ərizəsini müdafiə edərək izahatında oğlunun 8 dekabr 1988-ci ildə Naxçıvan şəhərində vəfat etdiyini, mərhum oğlunun 06 may 1988-ci ildə doğulduğunu, 5-6 ay yaşadığını, sonra xəstə olduğu üçün öldüyünü, yoldaşı vəfat etdiyi üçün miras məsələsi ilə bağlı ehtiyac olduğunu bildirmiş, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bacısının uşağının anadan olandan sonra 5-6 ay yaşayıb öldüyünü, aparıb uşağı dəfn etdiklərini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində uşağın 1988-ci ildə doğulduğunu, uşağın xəstə doğulduğunu, həkim gətirdiklərini, müalicə etdiklərini lakin bir çarəsinin olmadığını, uşağın 5-6 aylıq olarkən xəstəlikdən öldüyünü bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba, əsasən, ərizəçinin xx.xx.2025-ci il tarixli müraciətiniə əsasən bildirirlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X8 xx.xx.1988-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən sizə izah olunur ki, ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edəsiniz. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli çıxarışına əsasən X14 xx.xx.1988-ci ildə anadan olmuşdur.X6, anası X4r. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 859 nömrəli orderində bildirilir ki, X2 Atatürk küçəsi 5 №o-li evdə 19 №-li mənzildə 2-ci blokda 3-cü mərtəbədə 3 otaqdan ibarət ümumi sahəsi 89,6 kvadratmetr, yaşayış sahəsi 57,6 kvadratmetr mənzil sahəsi tutmağa ixtiyarı vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara dəfn xidməti bürosunun xx.xx.2025-ci il tarixli arayışında bildirilir ki, X14 xx.xx.1988-ci ildə Naxçıvan Şəhər qəbiristanlığında dəfn olunub. Naxçıvan Muxtar Respublikasının Səhiyyə nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubunda X3 xx.xx.2025-ci il tarixdə müraciətinə əsasən bildirilir ki, X8 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin arayışına əsasən, X14 barəsində Naxçıvan şəhər Nikah evinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmadı. Naxçıvan şəhər Nikah evi üzrə 1988-1990-ci ilədək olan dövr üzrə ölüm haqqında ilkin və bərpa akt qeydləri yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti akları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər 3 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 1191 nömrəli arayışından aydın olur ki, X1 şəhəri, xətai məhəlləsi, döngə 6, ev 30 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər Nikah Evindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, Naxçıvan şəhər sakini xx.xx.1988-ci il doğumlu X8 ölümünün müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi"nə xx.xx.2025-ci ilə qədər daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir ölüm akt qeydi müəyyən edilməmişdir. Mülki iş materiallarına qəbirin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X8 8 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi X8 ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X8 8 dekabr 1988-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar