Məhkəmə qərarları › İş №2(078)-1099/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1099/2025

25.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1099/2025 25.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh1, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı miras əmlakın qəbul edilməsi və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 ölümündən sonra miras qalmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 189,52 kv.m olan fərdi yaşayı evi və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində miras əmlakın qəbulu faktına dair və həmin miras qalmış əmlaklarda paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, mərhum anası X9 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Mərhum anasının ölümündən sonra Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X32 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş texniki pasportdan və Torpaq sahəsinin plan və ölçüsü sənədindən, xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarışdan göründüyü kimi ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 189,52 kv.m olan 2 (A və В tikililəri olmaqla) fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi miras qalmışdır. Anamızın ölümündən sonra miras qalmış və ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 189,52 kv.m olan fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini notariat ofisinə qanunla müəyyənləşdirilmiş müddətdə ərizə verməklə deyil, əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etdiyimizi şəksiz nümayiş etdirməklə qardaşı Cavabdeh1 və o qəbul etmişdir. Bunu da qeyd etmək istəyir ki, anası X9 ilə atası X12 arasındakı rəsmi nikah münasibətlərinə xx.xx.1974-cü il tarixdə xitam verilmiş, mərhumdan qalan əmlak isə, "Naxçıvan şəhərində yaşayan bəzi vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında" 19 avqust 1992- ci il tarixli 555 nömrəli Naxçıvan şəhər X15 qərarı əsasında əldə olunmuşdur. Qeyd olunan faktı xx.xx.2015-ci il tarixli Arxiv arayışı və Order sənədinin təsdiq etməkdə olduğunu nəzərə alaraq mərhu anası X4 aşağıdakı vərəsələri olduğunu məlum edir: 1. Qızı-Cavabdeh2 (xx.xx.1951) 2. X14 (xx.xx.1951), (xx.xx.2008-ci il tarixdə vəfat edib) 3. Qızı-Cavabdeh6 Şəmil qızı (xx.xx.1953) 4. Oğlu- İddiaçı (xx.xx.1956) 5. Qızı-Cavabdeh3 (xx.xx.1957) 6. Qızı-Cavabdeh7 (xx.xx.1959) 7. Oğlu-Cavabdeh1 (xx.xx.1961) 8. Oğlu-Cavabdeh5 (xx.xx.1966) 9. Oğlu-Cavabdeh4 (xx.xx.1972). Bunu qeyd edir ki, anasının vəfatından sonra Naxçıvan şəhəri, 52-ci məhəllə, döngə 4 ünvanda yerləşən texniki pasportda Liter A olaraq qeyd edilən, ümumi sahəsi 75,41 kv.m olan evdə o yaşamaqla, Liter B olaraq qeyd edilən və ümumi sahəsi 114,11 kv.m olan evdə isə qardaşı Cavabdeh1 yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişlər. Digər vərəsələr isə başqa ünvanlarda yerləşən evlərdə yaşayıblar. Vərəsəlik şəhadətnaməsinin alınması üçün yaşayan bütün bacı və qardaşlarının, habelə rəhmətə gedən mərhum bacısı X10 vərəsələrinin miras qalmış əmlakdan imtina etdiklərini özündə ehtiva edən, notariat ofisi tərəfindən rəsmi təsdiqlənmiş ərizələri vardır. Yalnız qardaşı Cavabdeh1 ilə onun anasından miras qalmış əmlaklarda yaşamaqla mirası faktiki olaraq qəbul etdiyini və vərəsəlik işinin rəsmiləşdirilməsi üçün zəruri olan digər sənədləri təqdim etməyinə baxmayaraq X25 Xidmət Mərkəzindəki Notariat Ofisinə müraciət etdiyi zaman notarius xx.xx.2023cü il tarixdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikas Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələblərinə əsaslanaraq, həmin Məcəllənin 1243.2 ci maddəsinin tələblərinə isə məhəl qoymayaraq, xx.xx.2025-ci il tarixli, 501/2025 nömrəl qeyri-qanuni qərarı əsasında vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Həmin imtina qərarından sonra mərhum anası X3 miras qalmış əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, miras əmlakdakı payların müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuş və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs, yəni qardaşı Cavabdeh1 izahat verərək miras qalmış əmlakı onun da qəbul etdiyini, həmin əmlakda onun da payı olduğunu, özünə düşən payı istədiyini, 6 sot torpaq olduğunu, həmin torpağın 3 sotunun özünün, 3 sotunun da onun mülkiyyətinə verilməsini istədiyini bildirdiyindən aralarında mübahisə olduğu qənaətinə gələrək Naxçıvan Şəhər Məhkəməsi ərizəni baxılmamış saxlanması barədə qərar verdi. Məhkəmə baxışı iclasında İddiaçı izahatında cavabdeh ilə bir həyətdə qaldıqlarını, 6 sot torpağın 3 sotunda özünün 3 sotda bu kişinin qaldığını, 6 bacı qardaş olduqlarını, cavabdehin hamısı ilə düşman olduğunu, cavabdehin bələdiyyə torpağını sənədləşdir mənə ver dediyini, digər bacılarının hər birinin nömrəsinin özündə olduğunu, bacılarının 70-80 yaşları olduğunu, Bakıda yaşadıqlarını, özünün 70 yaşı olduğunu, bu yaşına qədər nə polis, nə məhkəmə gördüyünü, iddiaçının 40 000 manat pul istədiyini, ya da torpaq istədiyini, iddiaçının iddiası ilə özünə 3 sotun ayrılmasını istədiyini, cavabdehin 1996-cı ildə orada ev tikdiyini, ölçülərin kvadratla alınmadığını, o zamanlar koluçkanı vurub ölçdüklərini, 20 metr uzunu və 18 metr eni gəldiyini, cavabdehin nə torpağa nə sənədlərə pul vermədiyini, özünün 33 il sonra pul verib bu sənədləri çıxardığını, cavabdehin oyun oynadığını, cavabdehin həyətinin miras olmadığını, iddiaçının həyətdə heç bir şey etmədiyini ona miras düşmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında izahatında anasının 1993-cü ildə vəfat etdiyini, vəfat etməzdən qabaq 1992-ci ildə anasının adına pul verib torpaq aldığını, anası vəsiyyət etdiyini, qardaşını yanına gətir dediyini, orderi məhkəmə deyənə qədər bilmədiyini, o zaman özlərinin koluçka vurub ölçdüyünü, özünün bu qədər xərc çəkdiyini, cavabdehin özünə pul lazım olduğunu dediyini, özünün 1994-cü ildə ev tikdiyini, iddiaçının 1995-ci ildə bir vaqon alıb gətirib qoyduğunu, anasının öz evinin olduğunu, öz adına olduğunu, anası vəfat etdikdən sonra evin bacısının adına keçdiyini, satdıqları evin Gülarənin adına olduğunu, evin birini bacısı Tamaranın adına olduğunu, digər evi anasının sağlığında Tamaranın adına keçirdiyini, anasının adına ev olmadığını bildirərək məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında özünün 30 il qabaq o torpağın artıq hissəsini götürdüyünü, onun da orada qaldığını, özünün evinin ayrı olduğunu, qonşu olduqlarını, bir həyətdə qaldıqlarını, özünün pul istəmədiyini, torpağını istədiyini, evi 3 dəfə tikdiyini, 3 dəfə gəlib bələdiyyə torpağıdır deyib sökdürdüklərini, torpağın o zaman boş torpaq olduğunu, torpağı ana sağ olanda bacısının adına bağışladığını, iki ev olduğunu birinin öz adına birinin atasının adına olduğunu, anası öləndə anasının adına təkcə bu torpağın olduğunu, torpaqda heç bir tikinti aparmadığını, anadan qalan 6 sotdan ona payın çatmadığını, iddiaçının yaxına imkan vermədiyini, 6 sota münasibətdə bir iş görmədiyini, iddiaçının imkan vermədiyini, özünün 1 ay qabaqcadan vəkilə inzibati məhkəməyə iddia vermək üçün dediyini, vəkilin iddianı verib vermədiyini bilmədiyini, vəkil Vüsal müəllimə iddia ilə bağlı müraciət etdiyini özünün yol istədiyini, bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında izahatında anası vəfat etdikdən sonra iddiaçıya pul verdiyini, gedib sənədləri düzəltməsini istədiyini, 300 dollara sənədləri düzəldə biləcəyini, iddiaçının o pulu xərclədiyini, torpağı sənədləşdirmədiyini, sonra da imkan verməədiyini. Ana torpağından istifadə edə bilmədiyini, anasının o torpağı ikiniz arasında bölün ikiniz birgə yaşayın deyib vəsiyyət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında mütəxəssis X2 izahatında arxiv arayışını, razılaşmanı, ölçüləri və digər sənədləri məhkəməyə təqdim etdiyini, torpaq sahəsinin 600 kvadrat olduğunu, ölçülərin 20-nin 30-a olduğunu, köhnə sənədində özlərinin arxivində olduğunu, iddiaçının bələdiyyə torpağında ev tikdiyini bildirdiyini, sənəddə 20x30 qeyd elədiklərini, cavabdeh əvvəlcədən 20x30 verilib dediyini, 20x30 ölçüdə 20 olan hissənin magistral yola olan hissə olduğunu, 30 uzunluğun, 20 də enin olduğunu, daşınmaz əmlakın ölçünü vətəndaşla, ölçülərin 30x20 olduğunu, daşınmaz əmlakın ölçüsünün orderdəki ölçü ilə eyni olmadığını, açıq balkonda 60 sm aşağı düşdüyünü, digər tərəfində 20 sm düşdüyünü, hər iki tərəfin yazılı izahatı ilə ölçüləri dəyişdirdiklərini. Cavabdehin də evi miras əmlaka düşsün deyə, bələdiyyə torpağında qalmaması üçün özünün və iddiaçının razılıq ərizəsi olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X16 anasının vəfatına qədər o əmlakda yaşamadığını, 1979-cu ildən qabaq anasının ailəli olduğunu, bacılarınında ailəli olduğunu, anasının vəfat edənə qədər öz evində yaşadığını, nənəsinin 1993-cü ildə vəafat etdiyini, vəfat edən zaman Gülarə xalasının orada qaldığını, elə indi də bugünkü gün də orada yaşadığını, Kərimin onun dayısı olduğunu, nənəsi vəfat edəndə Kərimin Bakıda yaşadığını, evləndiyini, ailəsi ilə birgə Bakıda yaşadığını, Güllü nənəsinin vəfatı zamanı öz evində olduğunu, nənə vəfat etdikdən sonra ev tikdiklərini, o torpağın o vaxt boş torpaq olduğunu, o torpağı dayısı İbrahimin aldığını, nənəsinin vəfatından sonra ev tikildiyini, nənəsi ölən zaman xalaları Tamara və Gülarənin orada qaldığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında izahatında onlara düşən payı İbrahim dayısına verilməsini istədiklərini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(078)-714/2025 saylı qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh1 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İ-ИЕ seriyalı 734387 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1959-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. AZ-İV 386683 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X9 04 mart 1993-cü il tarixdə vəfat etmişdir. AZ-İ 332110 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X17 23 iyul 2008-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 501 saylı qərarına əsasən ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən, mərhum 12 aprel 1993-cü il tarixdə vəfat etmiş, anası (Həsənova) X3 miras qalmış Naxçıvan şəhəri, 52-ci məhəllə, döngə 4 ünvarmda yerləşən 0.161 ha, sənəd üzrə 0.060 ha olan üzərində iki ayrı fərdi yaşayış evinə və həyətyani sahəsinə dair vərəsəliyin açılması üçün qanunda nəzərdə tutulmuş müddət buraxıldığından imtina edilmişdir. Bakı şəhər 4 saylı“ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən Cavabdeh2 xx.xx.1993-cü ildə ölmüş anası X5 irs qalmış (yaşayış (ev, mənzil ve otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirası faktiki qebul etməmişdir, etmək niyyətində deyil. Bakı şəhər 4 saylı“ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən Cavabdeh3 Şemil qızı xx.xx.1993-cü ildə ölmüş anası X3 irs qalmış (yaşayış (ev, mənzilve otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirası faktiki qəbul etməmiş, etmək niyyətində deyildir. Bakı şəhər 4 saylı“ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən Cavabdeh4 xx.xx.1993-cü ildə ölmüş anam-X3 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirası faktiki qəbul etməmiş, etmək niyyətində deyildir. Bakı şəhər 4 saylı“ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən Cavabdeh5 xx.xx.1993-cü lldə ölmüş anası X3 irs qalmış (yaşayış (ev, mənzilvə otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibaret) mirası faktiki qebul etmemiş, etmek niyyetində deyildir. Bakı şəhər 4 saylı“ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən X13 xx.xx.1993-cü lldə ölmüş anası X3 irs qalmış (yaşayış (ev, mənzil ve otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirası faktiki qəbul etməmiş, etmək niyyətində deyildir. Naxçıvan Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən Cavabdeh7 bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində 04 mart 1993-cü il tarixdə vəfat etmiş X3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) mənə çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişəm. Miras əmlaka dair istənilən əsaslarla mənə çatası vərəsəlik payına dair hüquqlarımı rəsmiləşdirmək istəmirəm, məni vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazım yoxdur. Bakı şəhər 5 saylı“ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən X11 bildirmişdir ki, mərhum nənesi X9 xx.xx.1993-cü il tarixində ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mərhumun ölümündən sonra mirası nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm.Nənəmdən qalmış mirasa dair heç bir tələbi və iddiası yoxdur. Bakı şəhər 5 saylı“ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən X16 bildirmişdir ki, mərhum nənəsi X9 xx.xx.1993-cü il tarixində ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mərhumun ölümündən sonra mirası nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyilem.Nənəmdən qalmış mirasa dair heç bir tələbi və iddiası yoxdur. Bakı şəhər 5 saylı“ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən X19 bildirmişdir ki, mərhum nənəsi X9 xx.xx.1993-cü il tarixində ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mərhumun ölümündən sonra mirası nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm.Nənəmdən qalmış mirasa dair heç bir tələbi və iddiası yoxdur. Bakı şəhər 5 saylı“ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən X18 bildirmişdir ki, xx.xx.1993-cü ildə vəfat etmiş nənəm - X3 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habələ digər əmlak hüquqlarından ibarət) mirası faktiki qəbul 'etməmişəm, etmək niyyətində deyiləm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edildi. Naxçıvan MR Daşınmaz Torpaq sahəsinin planı və ölçüsünə əsasən, Naxçıvan şəhəri, 52-ci məhəllə 4/2A ünvanında yerləşən, faktiki sahəsi 0.162 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Naxçıvan şəhəri, 52-ci məhəllə 4/2A ünvanında yerləşən, ümumi sahəsi 189.52 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz alınmışdır. əmlakın dövlət reyestrində 18/63 nömrəli reyestr kitabının 12431 nömrəli vərəqində qeydiyyata alınmışdır. (reyestr nömrəsi: **********26-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2025). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 23235 invertar nömrəli, **********26-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda hüquq subyekti X4 adına qeyd edilmişdir. Naxçıvan şəhər 2 sayli nikah evininin xx.xx.2025-ci il tarixli arayışında bildirilir ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1. qızı: Cavabdeh2 (xx.xx.1951) 2. qızı: X17 (xx.xx.1951) (vəfat edib) 3. qızı: Cavabdeh6 (xx.xx.1953) 4. qızı: İddiaçı (xx.xx.1956) 5. qızı: Cavabdeh3 (xx.xx.1957) .6. qızı: Cavabdeh7 (xx.xx.1959) 7. Oğlu: Cavabdeh1 (xx.xx.1961) 8. Oğlu: Cavabdeh5 (xx.xx.1966) 9. Oğlu: Cavabdeh4 (xx.xx.1972). Naxçıvan şəhər 2 sayli nikah evininin xx.xx.2025-ci il tarixli arayışında bildirilir ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1. Əri (arvadı): X26 (xx.xx.1947) (vəfat edib) 2. qızı: X19 (xx.xx.1973) 3. Oğlu: X11 (xx.xx.1975) 4. QİZİ: X18 (xx.xx.1978) 5. qızı: X16 (xx.xx.1979). Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi xx.xx.2015-ci il tarixli fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilməsi barədə arxiv çıxarışında bildirmişdir ki, Naxçıvan şəhər X15 sənədlərinə baxdıqda Naxçıvan şəhərində yaşayan bəzi vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında 19 avqust 1992 -сi il tarixli 555 №-li qərarında 12-ci ümumi mənzilalma növbəsində dayanan X6 şəhərin 52-ci məhəlləsində torpaq sahəsi verilsin. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın müayinəsinə dair xx.xx.2024-cü il tarixli akt iş materiallarına əlavə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin icraatına Cavabdeh1 cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidmətinə qarşı öhdəliyin qoyulması barədə iddia ərizəsi daxil olmamışdır. Məhkəmə iddia ərizəsini, izahatları və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Mülki prosessual qanunvericiliyin bu normasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinə qüvvədən düşmüş mülki qanunvericiliyin vərəsəlik hüquq normalarına əsaslanmaqla hüquqi qiymətləndirmə aparılmalıdır. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan X9 04 mart 1993-cü il tarixdə vəfat etmişdir. Belə olan halda hazırki tələbə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin adları yuxarıda qeyd edilmiş Qərarlarında formalaşmış mövqeyini qeyd etməkdə məqsədi ondan ibarətdir ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Məhkəmə miras qoyan X4 vərəsələrinin mirasın faktiki və formal əsaslarla qəbul edib-etməmələrini iş materiallarında olan sübutlarla araşdırmışdır. Araşadırılmış sübutlarla, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, X1 vəfatından sonra həmin miras əmlak iki vərəsə-İddiaçı və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Belə ki, hər iki vərəsə miras qoyandan qalan torrpaq sahəsini qəbul etməklə üzərində fərdi yaşayış evi inşa etmiş, bu günə qədər həmin fərdi yaşayış evlərində yaşamaqla, ondan qalan daşınmaz əmlaka sahiblik etməklə mirası faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hər iki vərəsənin sözügedən miras əmlakda ½ hissədə pay hüququ müəyyən edilməlidir. Nəticə: Yuxarıda qeyd edilən halları ümumiləşdirib məhkəmə aşağıdakı nəticəyə gəlir: -İddia əsaslı olduğundan təmin edilməli, - X1 ölümündən sonra miras qalmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 189,52 kv.m olan fərdi yaşayı evi və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi olan daşınmaz əmlak üzərində İddiaçı və Cavabdeh1 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmaqla hər birinin payı 1/2 hissədə müəyyən edilməlidir. Məhkəmə məsrəflərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabde Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X1 ölümündən sonra miras qalmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 189,52 kv.m olan fərdi yaşayı evi və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi olan daşınmaz əmlak üzərində İddiaçı və Cavabdeh1 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmaqla hər birinin payı 1/2 hissədə müəyyən edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabde Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar